Xəbər lenti
Qərbdən Qarabağda MÜHARİBƏ siqnalı
“Böyük qurbanlara gətirib çıxaracaq”
“Ermənistan və Azərbaycan müharibəyə 1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalandığı gündən ötən 23 il ərzində Qarabağda müharibəyə daha yaxındır”. Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağın səmasında müharibə buludları sıxlaşır” başlıqlı hesabatında belə deyilir. Ekspertlər qeyd edir ki, tərəflər Ermənistanla və Azərbaycanla saziş bağlamış iki regional supergücün-Rusiya və Türkiyənin cəlb olunmasının mövcud gərginliyi artırdığını etiraf edirlər.
“Zorakılıq səviyyəsi aşağı olaraq qalsa da atəşkəs hər an nəzarətdən çıxa bilər. Dağıdıcı silahların tətbiqi ilə daha çox ölümlərə səbəb olan döyüşlərin baş verməsi təhlükəsi realdır. Bununla yanaşı, xarici müdaxilə yəqin ki, ağır qurbanlara gətirib çıxaracaq və gələcək gərginliyi cilovlamaq mümkünsüz olacaq. Hər hansı regional gücün qoşunlarını yerləşdirməsi özünün müstəqilliyinin 25-ci ildönümünü qeyd etmiş Ermənistanın və Azərbaycanın suverenliyinə ciddi təsir göstərəcək”- hesabatda belə qeyd edilir”.
Təşkilatın analitiklərləri bildirir ki, aprel döyüşlərinin başlıca səbəbini təşkil edən siyasi vəziyyət və təhlükəsizlik məsələləri daha da pisləşib. Tərəflər artıq yeni müharibə dalğasının başlanacağını bəyan edir.
“2017-ci il yanvar ayının ortalarında ağır artilleriya və tank əleyhinə silahlardan silahlardan istifadə nəticəsində ölüm halları çoxalıb. May ayında cəbhə xəttində vəziyyət kifayət qədər gərgin olub, əhalinin sıx yaşadığı məntəqələrin yaxınlığında, təmas xətti boyunca avtomatik tuşlanan raketlər yerləşdirilib. Nizamlanma prosesi dayanıb, hər iki tərəf güc tətbiqində günaha batmamaq üçün taktiki mülahizələrdən çıxış edir. Bu gərginlik genişmiqyaslı müharibəyə çevrilə bilər ki, bu da dinc əhali arasında böyük qurbanlara gətirib çıxaracaq. Bölgənin əsas gücləri vəziyyətə müdaxilə etmək məcburiyyətində qala bilər. Rusiya, Fransa və ABŞ mövcud fikir ayrılığını kənara qoymaq və vəziyyəti sabitləşdirmək üçün tərəflərə təzyiq göstərməli, zorakılığın yenidən baş verməsi riskini azaltmalıdır”.
“Ermənistan və Azərbaycan liderləri bir-birinə etimad göstərmir, bir-birinin maraqlarının nəzərə almaq istəmir. Onların, eləcə də rəsmi hökumət nümayəndələrinin və hərbi rəhbərlərin arasında əlaqə yoxdur. Nəticədə hər an nəzarətdən çıxa biləcək bir vəziyyət yaranıb. Hər iki cəmiyyətdə formalaşmış fikir buna xidmət edir-Dağlıq Qarabağ münaqişəsi heç bir halda sülh yolu ilə, hətta müharibə vasitəsi ilə də həll oluna bilməz, yeni müharibə qaçılmazdır”. Həmçinin qeyd edilir ki, hər bir münaqişənin həlli qarşılıqlı güzəştləri nəzərdə tutur. Ancaq tərəflər buna hazır deyil. Əksinə, Bakı ərazilərin Ermənstan tərəfindən işğalını tanımağı beynəlxalq ictimaiyyətdən daha təkidlə tələb edir, Qərbin sanksiyalar qəbul etməsini istəyir. Beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətini məhdudlaşdırmağa çalışır, Qarabağa səfərlərin və orada iqtisadi fəaliyyətinin qarşısını almaq üçün Ermənistana təzyiq göstərir. Ermənistan da öz növbəsində adekvat addım atacağını bildirir.
“Təhlükəsizliyin pisləşdiyi şəraitdə Ermənistan vəziyyətin qaydaya salınmasına maraq göstərmədi və “Millət Ordudur” konsepsiyasını həyata keçirməyə çalışdı. Cəmiyyətin silahlanması ehtimalı daha çoxdur. Öz növbəsində, Dağlıq Qarabağ faktiki olaraq, hücum olarsa, təmas xətti boyunca yeni təhlükəsizlik zolağı yaratmaq üçün Azərbaycanın əhalisinin daha çox olduğu dərinliklərinə qədər gedəcəyini və növbəti danışıqlarda öz mövqeyini möhkəmləndirəcəyini bəyan edib. Gərginliyin artacağı təqdirdə, beynəlxalq vasitəçilik dayanacaq. Bu məsələdə ən təsirli oyunçu olan Rusiyanın iştirakı birmənalı qarşılanmır. ATƏT-in Minsk Qrupunda Rusiya lider rolunu oynasa da Azərbaycana və Ermənistana digər dövlətlərdən daha çox silah satır. Sonuncu (Ermənistan) ümid edir ki, Rusiya öz maraqlarını bölgədə genişləndirməkdə maraqlıdır, nəinki münaqişənin nizamlanmasında”.
BBBQ belə qənaətə gəlir ki, vasitəçilərin vəzifəsi Ermənistan və Azərbaycan prezidentləri arasında əlaqəni bərpa etmək və münaqişə tərəfləri arasında gərginliyi azaltmaqdan ibarətdir. “Onlar hər iki tərəfi qarşılıqlı etimadın və təhlükəsizliyin qəbul olunması üçün təxirəsalınmaz tədbirlərin bərpasına dair razılaşmaya gətirməlidir. Bura həmçinin, ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT-in rəhbərliyi ilə fəaliyyət mexanizminin araşdırılması, hər iki tərəfdən olan yüksək rütbəli zabirlər arasında əlaqənin yaradılması da daxildir. Bununla yanaşı, tərəflər həll olunmamış məsələlərə, o cümlədən, Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizliyin təmin edilməsi və məcburi köçkünlərin öz yurdlarına qaytarılması barədə substantiv danışıqları davam etdirməlidir. Cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar