Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan bu həftə mina xəritələri verəcək - qarşılığında nə umacaq...

Tarix: 30-01-2024 11:06     Baxış: 4192 A- / A+


Ermənistan bu həftə ərazində Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib. Bu haqda ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb. 
Qeyd edək ki, vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir. 2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir. Bu günədək İrəvanın verdiyi mina xəritələri isə təxminən 25% düz çıxıb. Bəs budəfəkilər necə olacaq? Ümumiyyətlə, xəritələr təmənnasız veriləcək, yoxsa nəyinsə qarşılığında? Erməni hüquqşünas Siranuş Saakyanın iddiasına görə, xəritələrin müqabilində Azərbaycanda saxlanılan müəyyən sayda erməni öz vətəninə qaytarılacaq. Lakin onun fikrincə, söhbət qanunsuz rejimin keçmiş liderlərindən yox, 2020-2023-cü illərdə hərbi əməliyyatlar zamanı ələ keçmiş silahlı ermənilərdən gedir. “Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ liderlərini saxlamağa davam edəcək və onların azadlığa buraxılması üçün daha yüksək qiymət tələb edəcək”, - Saakyan iddia edir. Hansı qiymət?
Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır
Bəhruz Məhərrəmov: “Azərbaycan üçün vacib olanı mina xəritələrinin sayı yox, dəqiqliyidir”
Deputat Bəhruz Məhərrəmov dedi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana 8 yeni mina xəritəsinin təhvil veriləcəyini bəyan etməsi özlüyündə müsbət məqamdır: “Lakin Azərbaycan üçün vacib olan mina xəritələrinin sayı yox, dəqiqliyidir. Bildiyiniz kimi, bu günə qədər Azərbaycanın təzyiqlərindən sonra İrəvanın verməyə məcbur qaldığı xəritələrin yalnız 25%-də müəyyən uyğunluq olub. Nəticədə, Vətən müharibəsinin başa çatdığı gündən etibarən 350-yə yaxın mülki insan mina qurbanına çevrilib. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsi üzrə birbaşa təmasların yarandığı və intensivləşdiyi bir vaxtda, xüsusən 7 dekabr bəyanatı ilə real xoş niyyət təcrübəsinin mövcudluğu şəraitində Qarabağ və Şərqi Zəngəzurda hələ də mina terrorunun davam etməsi etimad quruculuğu prosesində ən böyük əngəllərdən biridir. Ermənistan dövlətinin işğalçı-təcavüzkar strategiyasına müvafiq olaraq, planlı şəkildə yerləşdirilmiş minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, əvvəlcə belə xəritələrin mövcud olmadığını iddia etməsi, daha sonra verilən xəritələrin qeyri-dəqiqliyi İrəvanın sülh prosesinə sədaqətini və bütövlükdə bu istiqamətdə əsl niyyətlərini şübhə altına alır. Əgər Paşinyan hökuməti həqiqətən sülh prosesində maraqlıdırsa, bəyanatlarda bunu ifadə etmək çox azdır, Ermənistan planlı formada basdırılmış minaların xəritələrini təqdim etməlidir. Əks halda, vaxtaşırı, mütəmadi şəkildə partlayan minalar sülh quruculuğuna imkan verməyəcək, yaxud sülh imzalansa belə, dinc qonşuluq əlaqələrindən danışa bilməyəcəyik. Bu isə regionda dayanıqlı sülh arzu etməyən bir sıra Qərb subyektlərinin arzuladığı mənzərədir. Görünən odur ki, İrəvanın bu günə qədər dəqiq mina xəritələrini təqdim etməməsində Ermənistanın Qərbdəki "pis məsləhətçilərinin" rolu böyükdür.  Ermənistan başa düşməlidir ki, Azərbaycan gec-tez onsuz da mina problemini həll edəcək. Amma bunun mina xəritələri olmadan öz gücümüz hesabına, planlı axtarışlar vasitəsilə daha ləng formada edilməsi İrəvan-Bakı münasibətləri üçün yaxşı heç nə vəd etmir. Əksinə, cari durum qalib tərəf olaraq Azərbaycanın şərtlərinin sərtləşməsi, həmçinin hüquq müstəvisində iddia tələblərinin məntiqi olaraq ağırlaşmasına səbəb ola bilər. Belə olduğu halda, necə ki, Vətən müharibəsi və antiterror tədbirlərində, eləcə də bu halda da heç bir protektoru Ermənistanı müdafiə edə bilməyəcək. Mina xəritələrinin hələ də Azərbaycana təqdim edilməməsi eyni zamanda bəşəri problemdir və əslində yalnız azərbaycanlıların yox, həm də bütün insanlığın hədəfə alınmasıdır. Bu baxımdan, dünya birliyi bütün siyasi məqsədləri kənara qoyaraq, ən azı ümumbəşəri niyyətlər naminə Ermənistana mina xəritələrinin verilməsi üçün təzyiqlər göstərməlidir. Xüsusən regionda sülh prosesində vasitəçilik niyyəti ilə çıxış edən subyektlər üçün ən yaxşı vasitəçilik nümunəsi elə bu ola bilər.
İndi Azərbaycana vəd olunan yeni xəritələrə gəlincə, Ermənistan bunun əvəzində nəsə gözləyirsə, yaxud mina xəritələrini mübadilə predmetinə çevirmək istəyirsə, bu, özlüyündə cinayətdir. Mina - özlüyündə müharibə cinayətidir və Ermənistan minalanmış ərazilərə - mülki insanların həyatını təhdid edən mina terroruna şantaj üsulu kimi baxırsa, bu, özlüyündə bəşəriyyəti hədəfə almaq deməkdir. Bu mənada, hesab edirik ki, Ermənistan mina xəritələrini şərtsiz, əvəzsiz təhvil verməyə beynəlxalq hüquqla borcludur. Ermənistanın bu addımından, daha dəqiqi, yararlı mina xəritələrini təqdim etməsindən sonra Azərbaycan hansısa xoş niyyət nümayiş etdirəcəksə, bu artıq Bakının suveren hüququ olacaq".
Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI
Elçin Mirzəbəyli: “Ermənistan hakimiyyəti həlledici seçim qarşısında qalıb”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Ermənistanın 8 yeni mina xəritəsini ölkəmizə vermək niyyətinin əsasında nə xoş məram, nə də Azərbaycan tərəfinin bunun qarşılığındakı vədi dayanır: “Rəsmi İrəvan regional müstəvidə inkişaf edəcək proseslərdən geri qalmamaq, həmçinin sülh prosesinin davam etdirilməsi üçün bu addımı atmaq məcburiyyətindədir. İndi Ermənistan hakimiyyəti həlledici seçim qarşısında qalıb. Kollektiv Qərbdən, həmçinin sözügedən qütbün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində alternativ faktor kimi qlobal ictimai rəyə sırımağa çalışdığı Fransa kimi "geosiyasi menecer"indən verilən hərəkət planı üzrə Nikol Paşinyanın icra etməyə çalışdığı “xarici siyasətin diversifikasiyası” layihəsi mahiyyət üzrə iflasa uğrayıb. ABŞ-da ştatların mərkəzdənqaçma meylləri ilə müşayiət olunan proseslərin, həmçinin Qərbin Şərqi Avropadakı uğursuzluğunun yaratdığı qlobal geosiyasi fon Ermənistan hakimiyyətini regional inteqrasiyaya yönəlik addımlar atmağa məcbur edir. Bu xüsusda Ermənistanın sülh prosesini sürətləndirmək üçün regional proseslərə, o cümlədən Azərbaycanla bağlı olan məqamlara daha sürətli reaksiya verəcəyini düşünürəm. Bu proses aprel ayının əvvəllərindən etibarən daha da sürətlənə bilər və çox güman ki, bu zaman kəsiyindən başlayaraq, biz MDB məkanında inteqrasiya proseslərinin dinamikasının artacağını, xüsusilə də Avrasiya İqtisadi İttifaqı bir sıra yeniliklərin nəzərə çarpacağını müşahidə edəcəyik. Separatçılara, müharibə canilərinə gəldikdə isə, indiki şəraitdə onlar heç bir halda Ermənistana təhvil verilməyəcək. Bu şəxslərin Paşinyan hakimiyyətinə də hər hansı bir faydasının ola biləcəyini düşünmürəm. Digər tərəfdən, Ermənistanın müharibə canilərinin qarşılığında Azərbaycana verə biləcəyi heç nə yoxdur. Separatçılarla bağlı məsələ nə sülh prosesi, nə də Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda müzakirə predmeti olaraq keçmir, keçməsi də mümkün deyil. Separatçı-terrorçuların, müharibə cinayətkarlarının ədalət məhkəməsi qarşısında dayanması bölgədə erməni separatizmi faktorunun tamamilə aradan qaldırılması, 1987-ci ildən etibarən başladılan bölücülük prosesinin qaranlıq məqamlarının gün işığına çıxarılması, qonşu dövlətlərə qarşı ərazi iddialarına, separatizmin hər cür təzahürlərinə son qoyulması baxımından həyati əhəmiyyət kəsb edir və düşünürəm ki, bu məhkəmə proseslərində həqiqətlərin ortaya çıxmasında Azərbaycanla yanaşı, maraqlı olan digər dövlətlər də var".lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar