Xəbər lenti
Ağdamın rəmzinə çevrilən “Çay Evi” - Yenidən inşa olunacaq?
Manevr.az xəbər verir ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri, əslən Ağdamdan olan Vüqar Tofiqli Medianews.az-a bildirib ki, məşhur “Çay Evi” Ağdam sakinləri üçün rayonun əsas rəmzlərindən biridir.
Onun sözlərinə görə, Ağdam Mədəniyyət Evinin tağları, “İmarət” kompleksi, Ağdam Cümə məscidi, “Çay Evi” ümumilikdə bir abidə kompleksini təşkil edir: “Bu abidələr qısa vaxt ərzində görkəminə, yerləşdiyi mövqeyə, ərazidə göstərilən xidmətin səviyyəsinə görə, hər kəsin diqqətini cəlb edirdi. Hər kəs həmin əraziyə az qala müqəddəs yer kimi baxırdı. Hamı bilirdi ki, onun inşası, formalaşması, ərsəyə gətirilməsində əsas səbəbkar, təşəbbüskar Ağdamın sayılıb-seçilən, brend imzalarından olan, tanınmış ziyalı, AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədovdur. O vaxtlar Ağdamda bir çox təşəbbüslər olmuşdu, rayonda yeni layihələrin icra olunması təklif edilmişdi. Onlardan biri də Xudu Məmmədovun irəli sürdüyü ideya idi ki, belə bir formada, zövqlə “Çay Evi” tikilsin”.
V.Tofiqli deyib ki, Ağdamda “Çay Evi”nə, həmin əraziyə olan diqqət, həm də Xudu Məmmədova olan diqqət sayılırdı: “Səksəninci illərdə Ağdam Rayon Partiya Komitəsinə rəhbərlik etmiş Sadiq Murtuzayevin rayonda həyata keçirdiyi layihələrin demək olar ki, əksəriyyətinin ideya müəllifi professor Xudu Məmmədov idi. Xudu müəllim alim kimi elmdə, qarabağlı kimi Ağdamda bir çox ilklərə imza atıb. Bu ilklərdən biri də Ağdamda inşa edilən “Çay Evi” idi. Obyektin yerini də Xudu Məmmədovla Sadiq Murtuzayev birgə müzakirədən sonra müəyən etmişdilər. Belə qərara gəlinmişdi ki, “Çay Evi” məscidin yanında tikilsin. Layihəni icra edən Ağdamda baş memar işləyən Naiq Səmədov olmuşdu. O, 1984-1988-ci illərdə Ağdamın qızıl dövrünün yaradıcılarından biridir. Şəhərdə unikallığı ilə seçilən məşhur “Passaj” Ticarət mərkəzi də məhz onun layihəsi ilə inşa edilmişdi. Naiq Səmədov inşa zamanı “Çay Evi”ni milli kaloritlə zənginləşdirmişdi. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan məhrum edilmiş şəxslərin əməyindən də istifadə edilmişdi. Çünki onların arasında çox bacarıqlı ustalar var idi. Çay evi”nin damının vurulması işini Kamal usta öz üzərinə götürmüşdü. O, oğlanları ilə birlikdə az müddət ərzində kümbəzi sinkləşdirilmiş dəmirlə vurub başa çatdırmışdı. 1986-cı ilin iyulun 26-da “Çay Evi”nin açılışına rayon rəsmiləri ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də gəlmişdi. Moskvada o illərdə keçirilən sərgidə bu layihə “Sovet dövrünün qeyri-adi layihələri” sırasında yer almışdı”.
V.Tofiqli “Çay Evi”nin mürəkkəb kontruksiyasından, özəlliyindən də söhbət açıb: “Sözügedən “Çay Evi”nin memarlıq və dizayn baxımından özəlliyi ondan ibarət idi ki, bu, mürəkkəb dəmir konstruksiya üzərində yığılmışdı. Belə ki, “Çay Eevi”nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. Çay evi”nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi. Təəssüf ki, Ermənistan işğalı dövründə bir çox mədəni-maddi irs nümunələrimiz kimi, Ağdamın məşhur “Çay Evi” də dağıdılıb, məhv edilmişdi. Düzdür, 2015-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində bu layihənin oxşarı olan “Çay Evi” tikilərək istifadyə verilib. Amma indi yenidən qurulan, müasir şəhər infrastrukturu yaradılan Ağdam şəhərində “Çay Evi”nin əvvəlki qaydada inşa edilməsi bütün ağdamlıları sevindirir. Bu, hər kəsin ürəyincədir, eyni zamanda tanınmış ziyalı Xudu Məmmədovun əziz ruhuna hörmət və ehtiramdır. “Çay Evi” Ağdamın digər memarlıq nümunələrindən “gənc” olsa da yerləşdiyi mövqeyə, memarlıq üslubuna və əhaliyə göstərilən xidmətə görə, hər kəsin yaddaşında iz buraxıb”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar