Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qohumu Mikayıl Müşfiqlə bağlı GİZLİNLƏRİ AÇDI: Bağırov ona bir güllə vurur, sonra...

Tarix: 02-11-2018 06:49     Baxış: 3691 A- / A+
Qohumu Mikayıl Müşfiqlə bağlı GİZLİNLƏRİ AÇDI: Bağırov ona bir güllə vurur, sonra...

Qohumu Mikayıl Müşfiqlə bağlı gizlinləri açdı.
Manevr.az görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadənin teleqraf.com-a müsahibəsini təqdim edir:

- Görkəmli şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı xəbərini şairin ailəsi necə qarşıladı?

- Sevindirici olmasa da, təsəlliverici xəbərdir. Mikayıl Müşfiqi büstünün qarşısında yad edirdiksə, indi dua oxutmağa imkan yaranar, ziyarət etmək üçün də konkret güman yerimiz olar. Bu məsələni, hadisənin kökünü ortaya çıxaran şəxslərə təşəkkür etmək istəyirəm, doğrudur, öz ailələri ilə bağlı addım atılıb, amma arxiv kimi də baxa bilərdilər, zəhmətlərini halal etsinlər. O məzarın bir nəfərlik olmadığı bildrilir, digər şəxslər barədə də yəqin araşdırma olacaq.

- İndiyədək Mikayıl Müşfiqin güllələnib dənizə atıldığı barədə informasiya yayğın olub. Sizcə, tapılan sümüklər mərhum şairə aid ola bilərmi?
- Ola bilər. Bunu ekspertiza müəyyən edəcək. Bu, 3-5 günün araşdırması ilə bəlli olmaz, arxivlərdə tozu çırpılmamış materiallar çoxdur, ümid edirəm, axtarışlar davam edəcək. İmkan olsa, o arxiv sənədlərilə məşğul olan ərəfədə biz də bu prosəsə qoşulardıq. Bizim üçün də təsəlli olar ki, şəxsən özümüz gördük. Mikayıl Müşfiqin ailə üzvləri ilə bağlı şəcərə tərtib olunub, orada Mikayıl Müşfiqin atasının 25 yaşında ikən bir yaşında Əbdülvahab adlı oğlunun olması qeyd edilməyib.

Özüm arxivdə olarkən, bu barədə məlumat əldə etmişəm, əlimizdə təsdiq olunmuş sənəd var. Yəqin səhlənkarlıqdan olmaz, hər şeyi dəqiqliklə qeyd etmək lazımdır, əks halda illər sonra hər hansı fakt təsdiqini tapmır. Mikayıl Müşfiqin bacılarının taleyi barədə müxtəlif versiyalar var. Guya Müşfiqin bacısı “NKVD”nin işçiləri gəlib onu götürmək istəyəndə özünü yandırıb. Əslində belə deyil, bu, ailə münaqişəsi zəminində baş verib. Bir şey fakta əsaslanmırsa, kökü yoxdursa, hansısa mənbədə təsdiqini tapmırsa, kimlərsə tərəfindən nə zamansa üzə çıxarılıb tənə kimi qabağımıza qoyulacaqsa, ən yaxşısı özümüz bunu indi deyək də. Ona görə də arxiv materialları ilə məşğul olan hər bir kəsə diqqətli olmağı tövsiyə edirəm.

- DNT analizi götürülməlidir, ata xəttindən bağlılığı olan Sizsiniz, çox güman razı olacaqsınız.
- Əlbəttə, razıyıq. Qazıntıda da iştirak etməyə hazırıq.
Qohumu Mikayıl Müşfiqlə bağlı GİZLİNLƏRİ AÇDI: Bağırov ona bir güllə vurur, sonra...


- Ölümün icrası barədə də müxtəlif versiyalar irəli sürülür. Ailə hansı versiyaya inanır?

- 1970-ci ildə Mikayıl Müşfiqin bacısı Balacaxanım bibi rəhmətə gedəndə məclisi evimizdə oldu, həmin ərəfədə gəlib-gedənlər çox idi. Bir nəfər atama yaxınlaşdı ki, kimsə xahiş-minnətə gəlib, icazə ver, gəlsin. Atam soruşdu, kimdir? Dedi ki, Müşfiqin güllələnməsində iştirak edən adamdır, peşmandır, vicdan əzabı çəkir, halallıq almaq istəyir. Atam razılaşmadı ki, qanqaraçılıq olar. Bu, məhz həmin gün danışılan məsələ deyildi, o vaxtadək müxtəlif zamanlarda belə söhbətlər vardı ki, Mircəfər Bağırov kameraları yoxlamağa girir və Müşfiqi acılayır, o da cavab qaytara-qaytara onun üstünə gəlir.

Bağırov acıqlanır bir güllə vurur, sonra da yanındakı iki dəfə kontrol gülləsi vurur. Bu söhbəti bəlkə də 15-20 dəfə ayrı-ayrı adamlardan eşitmişəm. Biz onda uşaq idik, həmişə də Müşfiq barədə söhbət düşmürdü axı, ehtiyat edirdilər, atam Sibirə gürgün olunmuşdu, qayıdandan sonra Müşfiqin əmisi oğlu olduğuna görə çox yerdə yaxın buraxmırdılar. O da abrını saxlayan adam idi. “Kirpi”nin rəhbərliyi bizimlə qohum idi, kiminsə şeirlərini çap etmək üçün redaksiyaya gedibmiş, deyiblər 5-10 dəqiqə gözləyin, o da qayıdıb gəlmişdi. Atam qapı döyən adam olmayıb. Biz böyüklərin yanında oturmağa cürət etməmişik, qonaqlar gələndə qulluq edən ərəfədə, çay-çörək gətirəndə Mikayıl Müşfiq barədə nə eşitmişdiksə, onda eşitmişdik, sonra da bizə danışmırdılar ki filan şey belə olub. Dəfələrlə eşitmişəm ki, birinci gülləni Bağırov vurub. Hətta Balacaxanım bibinin hüzr mərasiminə üzrxahlıq etməyə gələn şəxsi Səlim dayım yola salmağa getdi. Mən də tez çölə çıxdım, gördüm hündür bir adam durub gözləyir, xəbər gətirən şəxs ona yaxınlaşıb nə isə dedi, o da pərt olmuş halda getdi.
Qohumu Mikayıl Müşfiqlə bağlı GİZLİNLƏRİ AÇDI: Bağırov ona bir güllə vurur, sonra...


- Tarixçi Ədalət Tahirzadə iddia edir ki, bir dövlət qulluqçusundan eşitdiyinə görə, Müşfiq bir binada divara diri-diri hörülüb. Bu versiya nə dərəcədə inandırıcıdır?
- Olanı dedim, əlimdə fakt olmadığına görə iddia edə bilmərəm ki, söylədiklərim 100 faiz düzdür. Sanballı kişilərin dediklərinə istinad edirəm.

- Müşfiqin ailəsi sonradan sərt təqiblərə məruz qalıb. Bəs əvvəldən təhlükə olub?
- Böyüklərdən eşitdiyimə əsasən deyə bilərəm, demirəm atam deyib, yığıncaqlarda ağsaqqallar danışırdı ki, Müşfiqin özünü aparmazdan qabaq ailə üzvləri ilə maraqlanıblar. Mikayıl Müşfiqin dosyesi Bağırovun masasının üzərinə gələndə tapşırıq verib ki, ailəsini araşdırın, öyrənin görün, kimlərdəndir. Deyiblər ki, Ədülhəsən, Əbdülvahab adlı əmisi oğlanları var. Əvvəl onları götürüblər, Əsəd əmimi söz almaq üçün o qədər döyüblər ki, ciyərləri partlayıb istintaq ərəfəsində dünyasını dəyişib. Əbdülvahab əmimi isə sürgünə göndəriblər, 1938-ci ilədək Sibirdə olub, ondan sonra bir xəbər almayıblar. Fakt yoxdur, onlar dünyasını dəyişiblər, eşitdiyim fərziyələri bölüşürəm.

- Bir sözlə, təqiblər müxtəlif formalarda olub, eləcə də mənəvi basqı ediblər. Müşfiqin xanımı Dilbər xanım, bacıları...
- Belə bir məsələ var kişinin başına iş gələr. Kişinin başına nə iş gəlir-gəlsin, eybi yox, zənənlərin başına gələnlər çox ağır olub. Dilbər xanım, Balacaxanım bibinin başına gələnlər çox dəhşətli olub. Mükayıl Müşfiq güllələnmə ilə canını qurtarıb, amma o qadınlar çox müsibətlər yaşayıblar, nələr çəkdiklərini özləri ilə sirr kimi apardılar. Müşfiqin bibisi oğlu Əlihüseyn Dağlı o vaxt komissar olub, Lavernti Beriya ilə yaxın idi, evlərində atam üçün söhbət edəndə şəxsən eşitmişəm, dedi ki, Beriyaya zəng elədim ki, qardaşım kimi mənə əziz olan Mikayılı tutublar, şairdir. Bağırova zəng gəlib ki, təcili azad edin. O da qayıdıb ki, “uje pozdno”. Bəlkə də bir neçə dəqiqənin söhbəti olub. Əlühüseyn Dağlı sonra “NKVD”nin sədri olub, böyük vəzifələrdə işləyib.
Qohumu Mikayıl Müşfiqlə bağlı GİZLİNLƏRİ AÇDI: Bağırov ona bir güllə vurur, sonra...


- Yazıçı mühitində Mikayıl Müşfiq birmənalı qarşılanmırdı. Onun üzünə duranların əksəriyyəti şairlər, yazıçılar olub.
- Bəli, Mikayıl Müşfiq hündür, yaraşıqlı, şirin olub. Xuliqan idi, Yazıçılar İttifaqına girəndə birinə sillə, birinə təpik vurarmış. Mir Cəlal Paşayev onu çox istəyirmiş. Qubernator bağı deyilən yer vardı, o vaxt cavanların çoxu ora yığılıb şəhər içinə gəzməyə çıxırdılar, Müşfiq məhəllədən aşağı düşürmüş, Mir Cəlal Paşayev nişanlısı ilə rast gəlir, deyirlər, ay Müşfiq, nə yaxşı bizə rast gəldin, nikah üçün şahid lazımdır. Deyib, xeyirli iş üçün gedib şahidlik edərəm. Yəni onların nikah şahidi olub. Bu günün özündə də Müşfiqi qəbul etməyənlər var. Bu yaxınlarda bir saytda oxudum, bir nəfər var, deyir cavan olduğuna görə camaat onu istəyir, mən ondan yaxşı yazıram. Hərdən artistlər ortaya çıxır. Bu barədə sözü olan gəlsin oturaq mənə başa salsın, özü necə şairdir, Müşfiq necə şairdir, onda cavablarını alarlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar