Xəbər lenti
Tanınmış ekspertdən ANS rəhbərliyinə təklif - Qalır saat satmaq...
c
ANS-in yüksəlişi və qürubu
ANS bağlandı. Artıq elə bil ki, bu adda televiziya heç olmayıb. Bu, unutqanlıqla bağlı deyil, camaatın və hökumətin ANS-ə münasibətidir. Bu televiziya tez-tez Nuşirəvan Məhərrəmlini əsəbləşdirdi. Nədən başqa televiziyalar MRTŞ sədrini əsəbləşdirmədiyi halda, ANS onu tez-tez özündən çıxmağa məcbur edirdi? Nəhayət Nuşirəvan müəllimin uzaqgörənliyi təsdiqini tapdı. ANS-in özü tora düşdü. Ancaq etiraf etmək lazımdır ki, Nuşirəvan müəllim onu torun qırağına qədər itələmişdi...
Bundan sonra biz Mirşahinin “Hesabat”na, Ulviranın “Beş barmağ"ına, İradə İsaqın “Deməsək olmaz” və s. verilişlərinə baxa bilməyəcəyik. Yəqin ki, Mirşahin müəllimin əsəbləri xeyli sakitləşəcək. Çünki o, verilişini çox əsəbi və gərgin aparırdı. Yadımdadır, cəmi bircə dəfə parlamentə deputat seçilmiş rəhmətlik “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov hansısa səhvə yol vermişdi. Görün Mirşahin ona nə dedi: "Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq bağçası deyil. Lap elə uşaq bağçası sayırsansa, onda böyüklərə qulaq as". Doğrudan da böyüklərin sözünə baxmaq lazımdır. Axır ki, o da böyüklərin sözünə baxmalı oldu. Mirşahin müəllim həftə içi obyekt müəyyənləşdirə bilmədiyindən Etibar Hüseynovu seçmişdi...
Amma o, yekəlikdə Etibar Hüseynov ona cavab vermədi. Mirşahin məmurları biabır eləyəndə elə bilirdilər ki, tapşırıq yuxarıdan gəlib. Hamı kirimişcə dururdu. Beləcə hökumət və cəmiyyət ANS-i yola verirdi. Həddindən artıq hiyləgər olan bu şirkətin rəhbərliyi kritik momentlərdən ustalıqla çıxırdı. Ancaq siyasət limiti bitməyən bir sahədir. Bismark demişkən: “Siyasət elm deyil, sənətdir”. Siyasət elə bir kabusdur ki, o insanı qarabaqara izləyir.
Türkiyədə baş verən hadisələrdə bunlar gecə yarısından çevrilişlə bağlı reportajlar verməyə başladılar. Elə bil ki, camaatın və dünya mediasının bunlara ehtiyacı var idi. Qardaş Türkiyədəki hadisələrə bunlar niyə belə əndişələnmişdilər? On illər yada düşməyən Gülən haradan düşmüşdü bunların yadına? Bunları başa düşmək üçün güclü məntiq lazım deyil. Hökumət dərhal bunların nəbzini tutdu. Taxikardiya aritmiyaya çevrildi. Artıq təkzibə, filana eytiyac qalmadı...
Bu televiziya işçilərinin qədrini bilməyən televiziya idi. İşdən çıxarılan 10 - larla ANS-çinin narazılıqları barədə dövri mətbuatda xeyli informasiyalar dərc olunub. Gedənlərin çoxu qalmaqalla gedib. Yəqin ki, yeni işə qəbul olunanlar isə xəyal qırıqlığı ilə işə başlayırmışlar.
ANS yaranandan bizim camaatın təhtəlşürunda özünə yer tapıb. Kiminsə hasarını sökəndə, suyu gəlməyəndə “ANS-i çağıraram” deyirdilər. ANS isə Semuel Beketin Qodosu kimi çox vaxt gəlmirdi.
Bizim televiziyalarda işdən çıxarılanlar başqa televiziyalara işə düzəlirlər. Məsələn, İbrahim Məmmədov bu televiziyadan çıxdıqdan sonra AzTV-yə düzəlmişdi. Ancaq görəsən Mirşahin Ağayevlə Vahid Naxışa başqa televiziyalardan təkilf gələcəkmi? “Hesabat”ın, “Beş barmağ”ın başqa televiziyalarda davamı olacaqmı? Bu verilişlər dövlət və cəmiyyət üçün maraqlı olsa idi yəqin ki, davamı olardı. Yaxud onlar İnternet TV yaradacaqlarmı? Inandırıcı görünmür. Qalır saat satmaq. Hər halda bu da pis dolanışıq yeri deyil...
Ancaq unutmaq olmaz ki, efiri inhisara almaq mümkün olmadığı kimi, saat satışını da inhisara almaq mümkün deyil.
ANS-in yüksəlişindən çox qürubu daha çox yadda qalacaq..
Moderator.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar