Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan rəsmisinin Xankəndiyə səfərinin şifrələri - TƏHLİL

Tarix: 13-02-2021 17:08     Baxış: 3544 A- / A+
Azərbaycan rəsmisinin Xankəndiyə səfərinin şifrələri - TƏHLİL

Dünən Xankəndidə müharibədən sonra əsas hadisə sayıla biləcək görüş keçirildi: Azərbaycanın rəsmi nümayəndəsi, Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbəri, Rusiya sülhməramlılarının komandanı və separatçıların “rəhbəri”.

Erməni tərəfinin məlumatında qeyd olunur ki, görüşdə “axtarış işləri, əsirlərin qaytarılması, eləcə də I Qarabağ müharibəsində itkin düşmüşlərin taleyi” müzakirə olunub.

Bu gün I Qarabağ müharibəsində itkin düşmüş 7 vətəndaşımızın nəşinin qalıqlarının qaytarılması görüşdə “birinci müharibədə itkin düşmüşlərin taleyinin” müzakirə olunduğunu təsdiqləyir, lakin digər iki məqam “axtarış işləri (ikinci müharibədə erməni hərbçilərin cəsədlərinin axtarılması) və əsirlərin qaytarılması” iddiasının erməni təbliğatıdır.

Birincisi, axtarış işlərinin aparılması Rusiya sülhməramlılarının vasitəçiliyi ilə həyata keçirilir;
İkincisi, əsirlərin qaytarılması kimi məsələlər Azərbaycan və Ermənistan arasında müzakirə olunur;

Bunun fonunda diqqətçəkən və görüşün məqsədinə fərqli rakusdan baxmağa vadar edən başqa bir məqam da var: I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı məsələ də Ermənistan tərəfi ilə müzakirə olunur, erməni tərəfdən prosesə milli təhlükəsizlik xidmətinin direktoru, Xankəndidəki görüşdə də iştirak edən Armen Abazyan rəhbərlik edir.

Sual yaranır: o zaman humanitar xarakterli məsələnin müzakirəsi üçün niyə Xankəndi seçildi və niyə görüşdə Araik də iştirak edirdi, görüş nəyə hesablanmışdı?

1. Görüş yerinin Xankəndi seçilməsi müharibədən sonra ilk dəfə Azərbaycanın rəsmi nümayəndəsinin bölgəyə getməsi, bununla ermənilərin yaşaması üçün ayrılan ərazilərdə Bakının hakim olduğunu diktə etmək üçün lazım idi: humanitar məsələlərin müzakirəsinin bu şəhərdə keçirilməsini Azərbaycan istəyib;

2. Görüşdə niyə Araik iştirak edirdi?

- Azərbaycan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı istintaq aparır və bu istintaqda Abazyanın iştirakı ilə Araik “məlumatlı şəxs” kimi dindirilib: bunu cinayət işi açdığımız Araikin ilkin dindirilməsi də hesab etmək olar;
- Bu həm də siyasi manevrdir: ruslar rəsmi olmasa da, Araiki bölgədə “səlahiyyətli şəxs” kimi qəbul edir, onunla danışırlar, hərçənd, ona Paşinyanın “adamı” olaraq inanmırlar və separatizmin qalıcı olması üçün Vitali Balasanyanı Araikə alternativ hazırlayırlar;
- İndiki dövrdə - Bakının bölgədə idarəçiliyi bərpa etməsinə qədər Araikin “güclü olması” daha sərfəlidir və cinayət açdığımız şəxsin masaya gətirilməsinin arxasında siyasi manevrlərin olması istisna deyil;
- Mümkündür ki, Xankəndi, Xocavənd və Xocalıda istədiyimizə nail olana qədər bəzi proseslərə və şəxslərə göz yumulacaq;

3. Belə bir görüşdə təkcə humanitar məsələlərin müzakirə edilmədiyi şübhəsizdir, xüsusilə Araik də masaya gətirilibsə, deməli konkret addımların atılması ətrafında müzakirə olub və istisna deyil ki, bu, Xankəndi, Xocalı, Xocavənddə idarəçiliklə bağlıdır:

- Erməni silahlı birləşmələrinin bölgədən çıxarılması;
Azərbaycan Prezidentinin ermənilərin yaşadığı ərazilərə xüsusi nümayəndəsinin təyin edilməsi və onun səlahiyyətləri;
- Xüsusi nümayəndənin idarəçiliyi altında erməni polisinin, prokurorluğunun olması;
- Araikin və digər separatçılarınm taleyi (silahlıların çıxarılması, xüsusi nümayəndənin idarəçiliyi tam bərpa etməsinə qədər onlara “səssiz” qalınacağı mümkündür);


44 günlük müharibədən sonra ilk dəfə Bakının istəyi ilə Xankəndidə keçirilən bu görüş həm də bölgənin gələcək taleyinin müəyyən edilməsidir: bundan sonra, Azərbaycan rəsmilərinin Xankəndiyə səfərlərinin intensivləşəcəyini də görəcəyik.

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar