Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilinə “Türk dünyasına Üstün Xidmət Ödülü” təqdim edildi - Şəkillər

Tarix: 08-12-2020 13:23     Baxış: 3425 A- / A+
Millət vəkilinə “Türk dünyasına Üstün Xidmət Ödülü” təqdim edildi - Şəkillər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q. Paşayeva “Türk dünyasına Üstün Xidmət Ödülü”-nə layiq görülüb. Türk Ədəbiyyatı Vəqfinin rəsmiləri 2020-ci ildə mükafatlara layiq görülmüş ziyalılara ödüllərini təqdim ediblər.

Manevr.az-ın məlumatına görə, qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub. TƏV başqanı Serhat Kabaklı, “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşarın daxil olduğu nümayəndə heyətinin Bakı səfəri çərçivəsində Vəqfin 2020-ci il ödülləri və "fəxri üzvlük" baratı təqdim edilib.
TƏV-in 2020-ci il üçün “Yaşayan Dədə Qorqud” ödülü Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıya, bu il ilk dəfə verilən “Türk dünyasına Üstün Xidmət” ödülü isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təqdim edilib. Araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı isə TƏV-in fəxri üzvü seçilib. Təqdimat “Covid-19” pandemiyası ilə bağlı məhdud tərkibdə keçirilib.
TƏV təltifləri haqqında məlumat verən İmdat Avşar qeyd edib ki, Vəqfin İdarə heyətinin bu il oktyabrın 10-da keçirilmiş toplantısında, 2020 ilində veriləcək ödüllər və ödül veriləcək isimlərlə bağlı qərar qəbul edilib. Bəlli olduğu kimi Vəqfin 2018-ci ilindən bu yana Türk dünyası nəzdində “Yaşayan Dədə Qorqud” ödülü verilməktədir. İdarə heyətinin bu il bir də “Türk dünyasına Üstün Xidmət Ödülü” təsis edilib.
“Bu il birincisi verilən “Türk dünyasına Üstün Xidmət Ödülü”nün, Azərbaycan Milli Məclisinin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya verilməsi uyğun görülmüşdür. – Bu zaman onun Türk dünyasının qanayan yaralarını bir çox beynəlxalq platformda gündəmə gətirməsi, keçirdiyi konfranslar, icra etdiyi layihələr səbəbiylə türk dövlətlərində böyük sevgi qazanması, işğalçı Ermənistana qarşı Azərbaycanın haqlı mübarizəsinə töhfələr verdiyi, “Mən”, “Sən”, “O”, “Allah sevən qəlblərdədir”, “Qarabağ hekayələri”, “Turan yolçusu”, “Vətən qoxusu” kimi kitabların müəllifi olduğu nəzərə alınmışdır”.
Ödülü Komitə sədrinə TƏV başqanı Sərhat Kabaklı təqdim edib.
Qənirə Paşayeva təşəkkür edərək, bu anlamla ödülün şərəfi qədər məsuliyyəti də olduğunu deyib: “Məni bu il birincisi verilən “Türk dünyasına Üstün Xidmət" ödülünə layiq gördüyünüz üçün hörmətli Serhat bəy, şəxsən Sizə, Bakıya səfər edən heyət üzvlərinin hər birinə, eləcə də, Türk Ədəbiyyatı Vəqfinin bütün üzvlərinə, əməkdaşlarına könül dolusu təşəkkürlərimi bildirirəm. Azərbaycanla Türkiyə iki bədəndə bir candır. Ruhumuz birdir. Biz bu birliyi, 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsində bütün mənəvi, siyasi aspekti ilə bir daha gördük. Mən Türk Ədəbiyyatı Vəqfinin ödülünü də bu can və ruhla qəbul edirəm. Bu ödülü, şəhidlərimizin əziz ruhu qarşısında baş əyərək, onların ruhuna ehtiramımı bir daha ifadə edərək qəbul etməyi özümə borc bilirəm. Özümə borc bilirəm ki, türk dünyasına xidmət etmiş ustadları anım – ruhları şad olsun! Eləcə də, hazırda yaşayan-yaradan və yaradıcılığı, fəaliyyəti ilə türk dünyasına xidmət edən ziyalılarımıza sayğılarımı yetirirəm.
Və nəhayət, bu ödülü türk dünyasına xidmət edən dostlarım, fikirdaşlarım, könüldaşlarım adına qəbul edirəm. Onu da deyim ki, mənimçün ödül etdiyim işlərə verilən qiymətdən daha çox, etməli olduğum işlərin məsuliyyətini ifadə edir.
Bir daha təşəkkür edirəm”!
İmdat Avşar “Yaşayan Dədə Qorqud Ödülü”nün bu il Millət vəkili, Xalq şair Sabir Rüstəmxanlıya verildiyini qeyd edərək, onun xidmətlərindən söz açıb: “Sabir bəy ömrü boyunca türk mədəniyyətinə xidmət edib, hələ SSRİ dönəmində, öz əsərləriylə milli ruhun dirçəldilməsinə, yeni nəsillərə türk kimliyinin aşılanmasına xidmət edib. Azərbaycanın müstəqillik hərəkatının öndəgələn isimlərindən olan Sabir Rüstəmxanlı, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, anadilim”, “Qan yaddaşı”, “Zaman məndən keçir”, “Cavad Xan”, “Bu sənin xalqındır”, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Şair və şər” kimi əsərlərin müəllifidir”.
Ödülü Xalq şairinə TƏV başqanı Serhat Kabaklı təqdim edib.
Daha sonra, TƏV İdarə heyətinin qərarı ilə Əkbər Qoşalının Vəqfin fəxri üzvü seçildiyini bildirən İmdat Avşar, bu qərarın, onun türk xalqları ədəbiyyatçıları arasında əlaqələrin qurulması, türk dünyasının istedadlı gənc yazarlarının üzə çıxarılması kimi xidmətləri nəzərə alınaraq verildiyini bildirib.
Əkbər Qoşalının baratını TƏV başqanı Sərhat Kabaklı təqdim edib.
Əkbər Qoşalı TƏV rəhbərliyinin onun haqqında qərarına görə təşəkkür edərək, yeni statusunu şərəfi qədər məsuliyyəti də olan status kimi xarakterizə edib.
TƏV nümayəndə heyəti Millət vəkilləri və Vəqfin yeni fəxri üzvü ilə Azərbaycan Böyük Vətən Müharibəsində tarixi zəfərin qardaş ölkələrin ədəbiyyatçıları tərəfindən tərənnümü, bədii inkası mövzusunu, eləcə də, Azərbaycan-Türkiyə ədəbi-mədəni əməkdaşlığına dair yeni imkan və çağırışları müzakirə edib.
Qeyd edək ki, qardaş ölkə vəqfinin rəhbərliyi səfər müddətində, ADDU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə də görüşüb, onu 70 illik yubileyi münasibəti ilə təbrik edərək, bu münasibətlə nəşr edilmiş kitabı və TƏV-in xüsusi ödülünü təqdim edib.
Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın dəvəti ilə Bakıya səfər çərçivəsində “Hünər Qrup” Holdinqin rəhbəri Ehtiram Quliyev, “Azərsun Holdinq” İdarə Heyətinin üzvü Tahir Gözəl və “Azman Holdinq " MMC-nin rəhbəri İlham Məmmədovun təmsilçiləri ilə görüşüb. Hər üç işadımına ədəbiyyata, mədəniyyətə, o cümlədən mədəni irsin qorunması və beynəlxalq mədəni əlaqələrin təşviqinə verdiyi töhfələrə görə TƏV-in “Təşəkkür Bəlgəsi” təqdim edilib.
İşadamları ilə görüşlərdə iş dünyası ilə ədəbiyyatçıların, mədəniyyət xadimlərinin əməkdaşlığının insanların maariflənməsinə, mənəvi zənginliyinə xidmət etdiyi vurğulanıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, iş dünyası ilə ədəbiyyat, mədəniyyətyönümlü qurumların əməkdaşlığının Şuşada, eləcə də, işğaldan azad edilmiş digər şəhər və rayonlarımızdakı mədəniyyət abidələrinin bərpası, oralarda yeni kitabxanaların qurulması kimi praktik addımlarla ifadə olunmasını məqsədəuyğun saydığını bildirib. Q.Paşayeva ortaq layihələrin icrası ilə bağlı təkliflərlə çıxış edib.
Qeyd edək ki, TƏV başqanı Serhat Kabaklının rəhbərlik etdiyi nümayəndə heyətinə “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşar daxildi.

Manevr.az
Millət vəkilinə “Türk dünyasına Üstün Xidmət Ödülü” təqdim edildi - Şəkillər[/center]
Millət vəkilinə “Türk dünyasına Üstün Xidmət Ödülü” təqdim edildi - Şəkillər[/center]
[center]Millət vəkilinə “Türk dünyasına Üstün Xidmət Ödülü” təqdim edildi - Şəkillər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar