Xəbər lenti
“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda arxeoloji qazıntı işləri aparılmışdır
Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir.
Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunduqdan sonra, Xınalıq kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması, dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər görülmüşdür.
2011-ci ildən etibarən hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri aparılmaqdadır. Arxeoloji qazıntı işləri nəticəsində çox saylı kurqanlarla yanaşı, “Zangar” (Xınalıq) və “Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunmuşdur. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.
2017-ci ilin iyul ayından etibarən “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qədim qəbiristanlıq aşkar edilmişdir. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunmuşdur. Əldə olunan tapıntılar Xınalıq ilə Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan 5000 illik tarixə malik Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi olaraq qalır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar