Xəbər lenti
Elgün Həmidov “O”dur (“Metamorfoza”tamaşası haqqında)
Son zamanlar çox az tamaşa olur ki, diqqətimi cəlb edir. Hər tamaşa haqqında da yazmaq olmur axı. Olmur, olmur, vallah olmur… Dünən YUĞ Dövlət Teatrında səhnələşdirilən “Metamorfoza” kiçik səhnədə böyük fikirlər ifadə edirdi. Aktyorların tamaşaçı ilə “nəfəs-nəfəsə dayanması”, aktyor-tamaşaçı sərhəddinin ortadan (müsbət şəkildə) götürülməsi birbaşa tamaşanın tamaşaçıya çatdırılmasına xidmət edirdi. Üç roldan ibarət bu tamaşada “MƏN”- Zümrüd Qasımova, “SƏN”-Oktay Mehtiyev və “O”-Elgün Həmidov idi. Aktyorların səhnəyə üz tutduğu monoloqlarında qəribə bir sərbəstlik vardı. Hələ aktyor Amid Qasımovun tərtibatında təqdim olunan fon musiqi mütləqiyyətlə insanlara səhnənin ecazkarlığını çatdırırdı. Ümumiyyətlə müəllifin “Metamorfoza”da sözlə üstüörtülü çatdırdığı ifadələri gənc aktyorlar səslə və hərəkətlə tamaşaçılara məharətlə aşıladılar. Tamaşanın təhlilini tamaşaçı gözü ilə etsək, onu 3 mərhələyə bölə bilərik: 1-ci mərhələ “MƏN”in qadın azadlığını seçməyi, 2-ci mərhələ həmin azadlıqdan iztirab çəkməsi və nəhayət 3-cü mərhələ isə qadın azadlığından qurtulmaq üçün “mən qərar verdim:- ölmək istəyirəm” deməsidir. Tamaşada mənfi xarakter daşıyan “SƏN” insanlara aktyor zarafatı kimi görünsədə, bu günün insan xislətini özündə daşıyan obrazdır. Çoxlarına üçüncü şəxs kimi görünən “O”, əslində tamaşada mütləq obrazdır. Diqqətlə fikir verin:- hər sakit tərzdə dediyi cümlənin sonundakı uca səs yeni bir hadisəyə addım deməkdir. “O”un səhnədə bu cür hərəkətlərindən tamaşaçıların üzündə təəbbəssüm yaranması məsələnin vizual tərəfidir. Hadisələrin alt qatına enəndə hər təəbbəssüm yaradan ifadələrdə bəşəri bir nisgilin göz yaşına çevrildiyini görmək mümkündür. Rejissorun gənc aktyor Elgün Həmidova “O” deməyi onun istedadının səhnədə canlı sübutu idi. Mənimlə tamaşanı diqqətlə ayaqüstə izləyən əsmər, qaragöz bir xanım çox incə bir səslə:- bağışlayın Elgün Həmidov “O”dur? Bəli, xanım qız. Düz buyurdunuz. O “O”dur. *Qeyd edək ki, üç mərhələ tamaşanın üç hissəli olması deyil, tamaşada hadisələrin üç mərhələdə cərəyan etməsinə aiddir.
Əntiqə Səməndər
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar