Xəbər lenti
"Elə böyük uğursuzluqlara "imza" atmışam ki, uğurlarımı sadalamağa üzüm yoxdu - MÜSAHİBƏ
Namiq Dəlidağlı – 50
Həmsöhbətim söz adamıdı. Ruhu sözə köklüdü, yazıb-yaradır, sözlə nəfəs alır. Həm də çörəyi sözdən çıxır, jurnalistikayla məşğuldu. Sözə çox həssas yanaşır, bəzi hallarda söz haqqı, deyir, sözə and içir. Onunla doğum günü - 50 illik yubileyi ərəfəsində görüşdük. Sentyabrın 29-da doğulsa da, doğum şəhadətnaməsində anadan olduğu tarix noyabrın 1-i yazılıb. Deyir, ağlım kəsəndən doğum günümü sentyabrın 29-da qeyd etmişəm. Bu il yubileyim olduğu üçün ənənəni pozdum. Sənəddə göstərilən tarixdə yubileyim olacaq. Beləliklə, müsahibim tanınmış şair, jurnalist Namiq Dəlidağlıdı.
Öncə qısa tanıtma: Namiq Dəlidağlı 01 noyabr (29 sentyabr) 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.
Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan” və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeir kitablarının müəllifidir. “Əllidə ələnənlər” adlı növbəti şeirlər kitabı nəşriyyatda çapa hazırlanır.
Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan Namiq Dəlidağlı Qarabağ ağrımız, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkənin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına, Azərbaycan Yazıçılar Birliyinin xətti ilə birillik Prezident təqaüdünə layiq görülüb. “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər saytının köşə yazarıdır. Ailəlidir, 2 övladı var.
- Bəs, Namiq Dəlidağlının nəzərində o kimdir?
-Namiq Dəlidağlı ilk olaraq bir vətəndaşdı. Şəxsiyyətinə, Türk adına, sevgiyə söykənən, özünə, sözünə, millətinə sadiq bir vətəndaş. Və artıq ömrünün 50 ilini geridə qoyan, əli doğulduğu yurd-yuvaya uzalı qalan, ancaq tezliklə geriyə dönəcəyinə ümid edən, bütün ruhu sözə köklənən, olduğu kimi görünən, sevinci ilə nifrətini gizlədə bilməyən bir adamdı...
-Artıq bir neçə gündən sonra 50 yaşınız tamam olur. Bu 50 ildə qazandığınız ən böyük uğurlar və uğursuzluqlar nədir?
- Həyatımda elə böyük uğursuzluqlara "imza" atmışam ki, uğurlarımı sadalamağa üzüm yoxdu. Ancaq əldə etdiklərim, qazandıqlarım da az deyil. Ən şox məyus olduğum isə yurd yerlərimizin işğalda olması, tələbə qardaşım oğlunun vaxtsız itkisi, "Kəlbəcər" deyə-deyə anamın dünyasını dəyişməsi və s...Həyat davam edir. Qarşıda hədəflər var, görmək istədiyim, arzuladığım xoş məqamlar var. Bu həm yaradıcılığıma, həm də milli kimliyimizə, Turan ellərinin bütövlüyünə aiddi.…
-Ən dəyərli xatirələriniz?...
- Kəlbəcərli günlərimin hamısı ürəyimdə bir xatirə arxividi. Və hər anı mənim üçün əzizdi. Eləcə də atalı-analı günlərim, uşaqlıq və gənclik illərim.
...xatirələrim bağımızdakı alma
ağaclarının budaqlarından,
alça ağaclarının çiçəklərindən asılı qaldı.
Bir də atamın məzarına qısılı qaldı.
Bir gün geri dönəcəm xatirələrimi
yığmaq üçün-alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərindən.
Bir də....
Heyif ki, xatirələri təzədən yaşamaq olmur. Elə xatirə olaraq xatırlanır. Buna rəğmən, yeni yaşantılar, gələcək xatirələr üçün xəyalımda biçdiyim arzuların üzünə bir işıq boylanır ümidlərimdən.
-Sizin üçün daha vacib nədir, maddiyyat, yoxsa mənəviyyat?
- Sözsüz ki, mənəviyyat. Ancaq həyatımızda maddiyyat da vacib amildi. Yaşayırıqsa, qayğılardan, problemlərdən uzaq olmağımız mümkünsüzdü. Təbii ki, bunları qarşılamaq üçün də maddiyyata ehtiyac duyuruq. Amma maddi qazancımız mənəvi itkilərimiz, məddahlıq, yaltaqlıq bahasına başa gəlməməlidi.
-Yarıməsrlik həyat təcrübəniz sizə nələri öyrədib?
-Həyat özü bir məktəbdi…Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım…Öyrəndiklərim, hələ də öyrənəcəklərim çoxdu. Ancaq nələri öyrəndiyimi konkret deyə bilmərəm...
-İndən belə ömür möhlətində Tanrıdan nələri dilərdiniz?
- Tanrıdan diləyəcəklərim çoxdu. Hələlik isə Bütöv Azərbaycanı görmək, Qarabağın, Kəlbəcərin, bütün işğal edilmiş torpaqlarımızın azad olunmasını diləyirəm...
- Qələm dostlarınızın sizə xüsusi rəğbəti var. Bunun sirri nədir?
-Hamı üçün yaxşı olmaq mümkün deyil. Kimsə belə görünürsə, o yaxşı adam ola bilməz. Ancaq söhbət qələm dostlarımdan və onların rəğbətindən gedirsə, nə xoş mənim halıma. Əgər bunun adı sirdisə, açılmasa yaxşıdı...
-Nə vaxtdan şeir yazırsınız?
-Erkən yaşlarımdan yazıram. Buna əslində yazmaq yox, bəlkə də yamsılamaq desəm, daha doğru olar. Orta məktəbin aşağı sinfində oxuyandan şeir və məqalələrim Kəlbəcərdə çıxan "Yenilik" rayon qəzetində və dövri mətbuatda dərc olunub.
-Bəlkə söhbətimizi bir şeirinizlə bitirək?
-Olar…
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran
quruca səsmiş demə.
Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım badə içə-içə,
bu da bir həvəsmiş demə.
Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə…
-Sağ olun! Bir daha sizi yubileyiniz münasibətilə təbrik edirəm, bütün arzularınızın çin olmasını, başlıcası isə tezliklə tam QƏLƏBƏ sevincimizi bölüşməyi diləyirəm!
-Siz də sağ olun! İnşallah...
İlhamə Məhəmmədqızı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar