Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaz Mütəllibov:“Rəhbərlikdə Heydər Əliyev olsaydı, SSRİ dağılmayacaqdı” – MÜSAHİBƏ

Tarix: 08-12-2016 21:04     Baxış: 4715 A- / A+
Ayaz Mütəllibov:“Rəhbərlikdə Heydər Əliyev olsaydı, SSRİ dağılmayacaqdı”


Manevr.az sabiq prezident Ayaz Mütəllibovun publika.az-a verdiyi müsahibəni təqdim edir:

– Bildiyiniz kimi, bu gün 1991-ci il dekabrın 8-də Sovet Sosialist Respublikaları İttifaqını (SSRİ) təşkil etmiş – Rusiya, Ukrayna və Belarusun ittifaqın parçalanması haqqında istəklərini bildirməsindən 25 il ötür. Bu hadisədən cəmi 17 gün sonra, 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Necə düşünürsünüz, həmin dövrdə SSRİ dağılmaya bilərdimi?

– Əlbəttə ki, SSRİ dağılmaya da bilərdi. Həmin dövrün hadisələrini yada salsaq, bilərik ki, o zaman SSRİ-də son hakimiyyət dəyişikliyi baş verdi və Mixail Qorbaçov iqtidara gəldi. Həmin vaxtdan sonra Mixail Qorbaçovun islahatçı kimi rolu mənfi nəticələr verdi. Mixail Qorbaçovun rəhbərliyi altında SSRİ-nin “Yenidənqurma” mərhələsi başladı. Bu “Yenidənqurma” siyasəti nəticəsində də SSRİ ölkələrində millətlərarası münaqişələr yaranmağa başladı. Həmin vaxtı bu heç kəsin ağlına gəlməyən hadisələr idi. O dövrdə Dağlıq Qarabağda baş verən hadisələr də tezliklə SSRİ-ni dağılmaq təhlükəsi səviyyəsinə çatdırdı. Ancaq “Yenidənqurma” siyasətini elan edən, ancaq öhdəsindən gələ bilməyən Mixail Qorbaçov hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də münaqişənin alovlanmasına qarşı çıxmadı. Əksinə, SSRİ-dəki ölkələrdə etnik münaqişələri daha da alovlandırdı. Bütün bunlara görə də təbii ki, Mixail Qorbaçov səriştəsiz və xəyanətkar idi.
Əgər o dövrdə SSRİ-nin rəhbərliyində Heydər Əliyev və onun kimi təcrübəli şəxslər olsaydı, o zaman bu ittifaq dağılmayacaqdı. Mən dəfələrlə Mixail Qorbaçovla görüşürdüm və hər dəfə ona açıq şəkildə deyirdim ki, Azərbaycandan konkret nə istədiyinizi bizə bildirin. Hələ o dövrdə Qorbaçova sual verdim ki, sizin “Yenidənqurma” siyasətinin Dağlıq Qarabağdakı əhaliyə nə bağlılığı və təsiri var? Dedim ki, siz Ermənistana ayrı, bizə isə ayrı sözlər deyirsiz. Sizin bu mövqeyinizi necə başa düşək? Həmin vaxtı SSRİ-də vəziyyət də pisləşməyə doğru gedirdi. Qorbaçov isə açıq şəkildə Boris Yeltsin ilə şəxsi ədavət aparırdı. Hətta, mən deyərdim ki, Qarabağ münaqişəsi ilə bağlı da Boris Yeltsin ilə Mixail Qorbaçov arasında ciddi fikir ayrılığı var idi. Yəni, tarixdə şəxsiyyət iki cür yadda qalır. Bunlardan biri müsbət, digəri isə mənfi olur. Əfsuslar olsun ki, o zaman SSRİ-də hakimiyyətə gələn şəxslərin rolu mənfi idi.

– SSRİ dağılandan sonra Mixail Qorbaçovun Qərbin adamı olması barədə müxtəlif ittihamlar və fikirlər səslənmişdi. Bütün bunlar nə qədər həqiqəti əks etdirir?

– Mən dəqiq deyə bilmərəm ki, Mixail Qorbaçov Qərbin yüz faiz adamı olub. Çünki bunu sübut edən konkret dəlilim yoxdur. Amma Mixail Qorbaçovun apardığı siyasətə nəzər salan zaman onun haqqında hər cür fikir söyləmək olar. Çünki Mixail Qorbaçov SSRİ rəhbəri olan zaman kobudcasına ciddi səhvlər buraxıb. Bu səhvlərin nəticəsində də SSRİ dağılmağa məcbur qalıb. Bütün bunlar öz-özünə baş vermədi. Bunu edənlər Mixail Qorbaçov kimi rəhbər şəxslər olub. Burada insanların rolu olub. SSRİ bir nəhəng gəmi idi. Həmin gəmi də məhz Mixail Qorbaçov kapitan olan zaman iflasa uğradı. Əgər bir gəmi batırsa, onun ilk məsuliyyətini kapitan daşıyır. İndi SSRİ də süqut edirdisə, onun başında dayanan adam Mixail Qorbaçov idi, ən çox məsuliyyəti də o daşıyırdı.
Şəxsən mən dəfələrlə demişəm ki, Azərbaycanın tarixi ərazilərində ermənilərin etnik münaqişə yaratması məhz Mixail Qorbaçovun SSRİ-yə rəhbərliyi dövründə açıq vüsət aldı. Mixail Qorbaçov Azərbaycan torpaqlarında ermənilərin baş qaldırmasına göz yumurdu. Bunun nəticəsində də o, Azərbaycanda və digər bu kimi dövlətlərdə nifrət qazandı. Təsəvvür edin ki, SSRİ-də dünənə kimi bir-birinə qardaş deyən insanlar Mixail Qorbaçovun dövründə düşmənə çevrildilər. Bəs SSRİ niyə Leonid Brejnevin dövründə dağılmadı, məhz Mixail Qorbaçovun dövründə dağıldı? Bütün bunların kökündə ilk növbədə etnik münaqişələr dayanırdı.

– Sizə elə gəlmirmi ki, SSRİ rəhbərliyi üzv ölkələrdəki etnik münaqişələri bilərəkdən yaratmışdı?

– Etiraf etməliyəm ki, SSRİ-də ötən sərin 90-cı illərinə qədər baş verən hadisələrin kökündə əsasən o dövrdə Moskvada rəhbərlikdə olan şəxslərin bir-biri ilə yola getməməsi dayanır. Konkret olaraq, həmin dövrdə Mixail Qorbaçov ilə Boris Yeltsin arasında ciddi qarşıdurma gedirdi. Onlar öz aralarında hakimiyyət uğrunda dava aparırdılar. O dövrdə mən tez-tez Moskvada iclaslara qatılırdım və hər şeyin şahidi olurdum. Görürdüm ki, Mixail Qorbaçov ilə Boris Yeltsin yola getmirlər. Hələ bir neçə il öncədən görürdük ki, bu gedişlə SSRİ dağılacaq. Biz onlara bu barədə xəbərdarlıq edirdik. Deyirdik ki, bunların nəticəsi pis qurtaracaq. Misal üçün, 1991-ci ilin sentyabrında Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana səfər etmişdilər. Onlar Dağlıq Qarabağa səfər edərək, orada baş verən hadisələrin həllinə kömək etmək istədiklərini bildirmişdilər. Həmin vaxtı Mixail Qorbaçov isə hələ SSRİ rəhbəri idi, istefa verməmişdi. Mixail Qorbaçov mənə zəng edib qısqanclıqla dedi ki, guya Boris Yeltsin Azərbaycana münaqişəni həll etmək üçün gəlib? Mixail Qorbaçov bunu mənə istehza ilə dedi. Mən də ona dedim ki, kim olur-olsun, münaqişənin həllinə kömək etsin. Bizim istəyimiz budur. Yəni, Mixail Qorbaçov istədiyi işə Boris Yeltsin, Boris Yeltsinin görmək istədiyi işə isə Mixail Qorbaçov mane olurdu. Bu şəxslərin arasında şəxsi ədavət var idi. Bütün bunları görəndən sonra isə düşünürsən ki, SSRİ-nin dağılması heç də Qərbin reallaşdırdığı plan olmayıb, SSRİ daxildə gedən bu cür çəkişmələr nəticəsində dağıldı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar