Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə - FOTO/VİDEO

Tarix: 04-11-2016 14:14     Baxış: 82 542 A- / A+
Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə



Sinqapur Avstraliya, Asiya və Avropa arasında yerləşən, fen-şuinin bütün qanunlarına riayət edilməklə inşa olunan nadir və eklektik dövlət, ən əsası isə "Asiyanın qapısıdır”. Bu ölkə eyni zamanda həm şəhər, həm paytaxt, həm də dövlət olan yeganə yerdir.

Sinqapur, adətən Avropadan Avstraliyaya və ya İndoneziyaya uçuş zamanı dayanacaq məntəqəsi rolunu oynayır. Sinqapurun beynəlxalq hava limanı Çanqi bütün Cənub-Şərqi Asiyada ən böyük aviasiya mərkəzi hesab olunur. Amma son vaxtlar yerli sakinlər turistləri cəlb etmək və şəhərin yalnız hava limanının tranzit zonası olmaqdan çıxması üçün əlindən gələni edib və buna nail olub. Məsələn, memarlıq möcüzələri, otellər, uşaqlar üçün müxtəlif əyləncə atraksionları, ucsuz-bucaqsız parklar, şəhərin ümumi görünüşü bizi bir daha inandırır ki, bu ölkə səyahətə tamamilə layiqdir və səyyahların ən ağlasığmaz tələblərinə cavab verir. İstirahət yeri kimi Sinqapuru seçən turistlər isə hesab edir ki, bu şəhər ən unudulmaz emosiyalar bəxş etməyə qadirdir.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Beləliklə, Manevr.az Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində oxucuları ziddiyyətlər ölkəsinə virtual səyahətə dəvət edir. Odur ki, kəmərləri yaxşı bağlayın uçuşa hazırıq.

Sinqapur böyük bir adada yerləşir, lakin onun tərkibinə 63 kiçik ada daxildir. Malay dilindəki “sinq” – şir, sankrit dilindən “pur” sözü isə şəhər mənasını verir. Bu ölkənin milli dili malayziya dili hesab edilsə də, Sinqapurda dörd rəsmi dil mövcuddur. Bunlar ingilis, çin, tamilya və malayziya dilləridir. Sinqapurun əhalisi 5,4 milyondur. Bununla belə hamı ingiliscə danışır, irq və milli mənsubiyyət problemi yoxdur.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapur əsl ziddiyyətlər şəhəridir. O, parlaq və sönük, yağışlı və günəşli, uca və sakit, şən və kədərli ola bilər. Sinqapur demək olar ki, ekvatorda yerləşir. Burada hətta göy üzünü buludlar əhatə edəndə də günəş yanıqları almaq mümkündür. Bu ölkədə il boyu yağış yağır desək, o qədər də yalan olmaz. Buna görə yerli əhali özləri ilə çətir gəzdirməyə daim məcbur qalır.


Gələcəyə səyahət

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapur Asiya ilə tanışlıqdan başlamaq üçün ən yaxşı yer sayılır. Burada antisanitariya yoxdur, motosikletçilər qaydalara görə gedirlər, əhalisi palçıq və ya malayziya tarakanları barədə heç vaxt eşitməyib. Üstəlik, bütün ölkələr Sinqapuru gələcək dünya adlandırır, çünki müasir texnologiyalar hər bir sakinin evinə daxil olub. Burada korrupsiya yoxdur, işsizlik cəmi 2% təşkil edir, razılaşın ki, heç bir təbii sərvəti olmayan ölkənin müasir iqtisadiyyat şəraitində belə uğur əldə etməsi inanılmazdır. Sinqapur bütün bunları 1959-1990-cı illərdə baş nazir vəzifəsini tutan Li Kuana borcludur. O, ölkədə korrupsiyanın kökünün kəsərək iqtisadi inkişafa nail olub.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Küçələrdə heç kim yerə zibil atmır, təsadüf nəticəsində əlinizdən yerə zibil düşsə, o sizə bütün səyahətin ümumi dəyərindən bir neçə dəfə baha başa gələ bilər. Burada avtomobil azdır, çünki vergi və cərimələrin dəyəri çox yüksəkdir. Beləliklə, Sinqapurda avtomobillərin sahibləri ancaq dövlətli insanlardır. Ümumiyyətlə, avtomobil sahibi olmaq üçün bu ölkənin sakinləri xüsusi auksionlarda avtomobili idarə etməyə aid icazə almalıdır. İcazənin qiyməti və avtomobillərin dəyəri rüsumlara görə çox bahadır. Üstəlik Sinqapurda yol sahələri, körpülər, tunellər ödənişlidir. Hər bir avtomobilə ödənişli terminallar quraşdırılır.
Если повезет, так, как живут сегодня в Сингапуре, мы все будем жить лет через сто. А пока в мир будущего можно заглянуть со смотровой площадки Sands SkyPark на крыше небоскреба Marina Bay Sands

Pulunuz cibinizə ağırlıq etmirsə, diqqətli olun!

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapurda cinayətkarlıq səviyyəsi dünyada ən aşağı yerlərdən birini tutur. Bununla belə, burada qanunlar olduqca sərtdir. Bəzi cinayətlərə görə çubuqla döyülə, başqa cismani cəzalar tətbiq edilə, qaydaları pozduqda hətta həyatdan məhrum edilə bilərsiz. Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla “Son şəhər” adlandırırlar. Sinqapurda həqiqətən də cərimələrin sayı-hesabı bitmir. Məsələn, yerə tüpürdükdə, ictimai yerlərdə siqaret çəkdikdə, zibili küçəyə atdıqda, nəqliyyatda yemək yedikdə insanları 500 dollarından başlayan cərimələr gözləyir. Ən gülməli cərimələrdən biri: gülləri suladıqdan sonra dibçəkdə su qalarsa, həmin şəxs cərimə edilir. Bu cərimənin tətbiqi suyun ağcaqanadları cəlb etməsi ilə izah olunur. Çünki Sinqapurun hökuməti artıq neçə ildir ki, burada həşəratların kökünü kəsib. Və bu addımın sayəsində Sinqapur malyariya epidemiyasından xilas olub. Bundan savayı, Sinqapurda uşaqlara qarşı ev cəzaları tətbiq olunur. Mağazalarda bu məqsəd üçün balaca, yüngülləşdirilmiş qamış çubuqları satırlar. Həmçinin ölkədə ölüm cəzası da (dar ağacından asmaq) həyata keçirilir. Bu cəzalar xüsusi qəddarlıqla qətl hadisələri törətmiş, narkotiklərin ticarəti ilə məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş, dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı istifadə olunur.

Saqqız əfsanəsi

Sinqapurda əhaliyə saqqız çeynəmək də qadağandır. Mağaza və dükanlarda saqqız satılması qəti qağan olunub. Saqqız almaq istəyən şəxslər yalnız şəxsiyyət vəsiqəsi ilə xüsusi yerlərdən bunu edə bilir. Qeyd edək ki, uzaq şərqin inkişaf etmiş ölkələrindən olan Sinqapur bu ölkəyə səfərə gələn turistlərə də saqqız çeynəməyi qadağan edib.
Əfsanələrə görə, burada metropolitenin ilk açıldığı gün metroda qəza baş verir və ölkə milyonlarla dollar ziyana düşür. Metronun qəza səbəbi isə həssas nöqtəsinə yapışdırılmış saqqız olub. Qəzanın baş vermə səbəbi aydın olandan sonra ölkə rəhbərliyi Sinqapurda saqqız çeynəməyi rəsmən qadağan edib.
Başqa bir hekayəyə görə sinqapurlu vətəndaşlar adətən, saqqızı çeynədikdən hara gəldi atıb. Bir dəfə isə çeynənmiş saqqız ölkə rəhbərlərinin birinin oturduğu kresloya yapışdırılıb. Bununla da ölkədə saqqızın satışı qadağan edilib.
Saqqızın qadağan edilməsi ilə bağlı ölkədə müxtəlif rəvayətlər söykənsə də, gənc nəsil bu qadağanı insanların onu çeynədikdən sonra yerə ataraq təbiəti çirkləndirməsiniə bağlayır. Əgər saqqızı yola atsanız, onda sizi 1000 dollar cərimə gözləyir. Amma son vaxtlar ölkə turistlərin bu günahını bağışlayır.

Şeytan çarxı

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapurun Sentoza adasında hər yaşda olan uşaqlar, eləcə də böyüklər üçün böyük həzz və əyləncə parkı yerləşir. Orada nələr yoxdur ki? "Fantaziya adası" "Sualtı səltənət", attraksionlar parkı, Vulkanouid, Kəpənək parkı və s. Bundan başqa, dünyanın ən böyük 42 mərtəbəli şeytan çarxına mütləq minmək lazımdır. Çarx 30 dəqiqə ərzində tam dövriyyə edir, bu zaman Sinqapurun gözəl mənzərəsinə bütün təfərrüatlarına qədər tamaşa etmək imkanınız olacaq.

Qəzəbli quşlar

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Məşhur qəzəbli quş oyunu bütün dünyanı bürüyüb, Sinqapur da bu həyəcandan yan keçməyib. Bu oyunun ən parlaq nümayəndəsi sizi Sentoza adasına qədər aparıb-gətirən funikulyordur. Kabinlərin çölü də, içi də oyun qəhrəmanlarının dekorasiyaları və fotoları ilə bəzədilib. Qısası, “Qəzəbli Quşlar” səfər boyu sizi müşayiət edəcək. Və təəccüblənməyin ki, kabinlərin hər birində tualetlər var. Bu qeyri-adi səfə sizə 24 dollara başa gələcək.

Lazer şousu

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Hər gün axşam Sentoza adasında füsunkar musiqili lazer, pirotexnik və fəvvarələr şousunu özündə birləşdirən əyləncə gecələri keçirilir. Su şırnağı bir-birinə dəyərək sanki melodik musiqi altında rəqs edir, bütün bunlar atəşfəşanlığın müşayiəti ilə baş verir.

Gecə həyatı və leqallaşdırılmış fahişəlik

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Məhkəmə sisteminin və qanunvericiliyinin sayəsində Sinqapur dünyanın ən təhlükəsiz və qanunlara riayət olunan ölkəsi sayılır. Bu ölkədə cinayətlərin səviyyəsi isə dünyada ən aşağı göstəricidir. Şəhərin hər bir məhəlləsində həm səhər, həm də gecə rahatlıqla gəzmək olar. Küçələrdə demək olar ki, polislər olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.
Sinqapurda həqiqətən sonsuz sayda barlar, gecə klubları və diskotekalar var. Onlardan ən məşhurları Klarki və Oçard Roud küçəsində cəmləşib. Gecəni dünyada ən yüksək “Raffles Place” ticarət mərkəzinin damında yerləşən “1-Altitude” barında başlamaq, sonra isə çoxsaylı klublarından birinə gedib ən yaxşı dünya klub musiqisinin sədaları altında rəqs etmək olar. Yeri gəlmişkən, gecə həyatını sevənləri nəzərə alaraq Sinqapur fahişəliyi leqallaşdırılıb. Rəsmi məlumatlara görə, barların, diskotekaların daha sıx yerləşdiyi Gey küçəsində 10 000 yaxın qız çalışır.

Qeyri-adi memarlığı

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Şəhərin mənzərəsinə: sahil boyu yerləşən 5-6 mərtəbəli evlər, viktorian dövrünün üslubunda tikilmiş binalar və onların arasında ucaldılan ultra müasir beton və şüşəli binaların vəhdətinə heyran olmamaq mümkünsüzdür. Bununla yanaşı, şəhərətrafı mühasirəyə alınmış həyətyanı sahələri, kənd üslubunda tikilmiş kiçik evciklər Sinqapura ayrıca rəng qatır.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Etnik məhəllələr Sinqapurda yeni miqrantların adaptasiya üzrə milli getto planı nəticəsində yaranıb. Bu rayonlar indi əvvəlki əhəmiyyətini itirsə də, binalar ölkənin mədəniyyət mərkəzləri, etnik koloriti olaraq qalıb. Hər addımda qeyri-adi hind şirniyyatları və milli çin yeməklərini dadmaq olar. Bundan başqa, Sinqapurda bir neçə hinduizm və daossix, buddist məbəd, məscid və xristian kilsələri var.

Dünyanın ən gözəl hovuzu

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapurun unikal məkanlarından biri də beş ulduzlu “Marina Bey Sends” kompleksi hesab edilir. Bu kompleks üç 200 metrlik 55 mərtəbəlik qüllədən ibarətdir. Qüllələrin damında gəmi şəklində “Sky Park” meydançası və onun içində 150 metrlik hovuz yerləşir. Bu meydançaya giriş haqqı 20 SGD təşkil edir. Turistlərə hovuzun yanına yaxınlaşmaq icazəsi gündə bir dəfə saat 14:00 da 15 dəqiqə ərzində icazə verilir.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Siz sonuncu dəfə nə vaxt akvariumda olmusunuz?


Sonuncu dəfə nə vaxt akvariumda olmusunuz? Bəs orada yaşamısnız? Heç vaxt? Onda gəlin bu anlaşılmazlığı aradan qaldıraq. “Resorts World Sentosa” kurortunda dünyanın ən böyük ikimərtəbəli okeanariumu yerləşir. Burada yataq otaqları suyun altındadır. Tsəvvür edin ki, siz çarpayıda sakit yatırsınız və kitab oxuyursunuz, pəncərədən isə balığı və müxtəlif dəniz heyvanları üzür. Həkimlər deyirlər ki, cəmi bir neçə dəqiqə belə bir mənzərə izləmək insanı stressdən xilas edə bilər. Bir gecəlik sizə 2 500 dollara başa gələcək.

Yaşıllıqlar şəhəri

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapur çox yaşıl şəhərdir, orada yay çox isti keçir. Çoxlu sayda parklar burada təkcə yaşıllıqdan zövq almaq üçün nəzərdə tutulmayıb, onun ərazisində bir çox mədəni-əyləncə və ya idman qurğuları var. Məsələn, Yapon və Çin bağçaları, "Bağlar körfəzi" kompleksi və s. Küçənin qərb hissəsində Sinqapur Botanika bağı yerləşir, hansı ki vaxtilə bütün adanı tutan köhnə rütubətli meşələri hələ də qorunub saxlanılıb.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapur zooparkı dünyada heyvanların saxlanıldığı ən gözəl yerlərdən biridir. Zoopark heyvanların qəfəslərdə saxlanılmaması və onlara sərbəst şəkildə gəzməyə icazə verilməsi ilə xarakterikdir.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Ekzotik dadlar

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Bir çox qurmanlar Sinqapuru bu ölkənin zəngin mətbəxi olduğu üçün sevir. Sinqapurun Kulinariya məktəbi dünyada ən yaxşılardan biri sayılır. İndi Asiya yeməkləri hazırlamaq oxumaq dəbdədir, ona görə də belə məktəblərin birinin tələbəsi olmaq sizə ancaq əlavə xal gətirəcək. Yalnız kurslara dərslərin başlanmasına bir neçə ay qalmış yazılmaq lazım gələcək. Sizə Asiya mətbəxi ilə yanaşı fars, türk, livan və pakistan mətbəxinin də sirlərini öyrədəcəklər.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Burada bir sıra ölkələrin (Çin, Malayziya, Fransa, İtaliya, Yapniya və Hind) milli mətbəxləri qarışdığı üçün hər bir zövqə uyğun yemək tapmaq olar. Amm mütləq çili və yerli məzə ilə hazırlanmış krabların, həmçinin lobster və ananaslı qiymənin dadına baxın.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Küçə yeməkləri


Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Dünyanın bir çox ölkələrində olduğu kimi burada da küçə ticarətlərinin hər addımbaşı açdığı kiçik kafe və restoranlara rast gəlinir. Lakin Sinqapurda küçə yeməkləri Asiyanın digər ölkələrindən çox fərqlənir. Birincisi, bura gigineyik cəhətdən təmizdir, onlar tualetlər, kondisionerlər və digər müvafiq əşyalarla təchiz olunub. İkincisi, yeməklər kifayət qədər ucuzdur, hər şey tez başa gəlir və çox dadlı olur: Toyuq kababı, düyü, dim-sam, əriştə və s. Ümumiyyətlə, burada adi küçə ticarətçiləri ilə qarşılaşmaq mümkün deyil, amma şəhərdə çoxlu ixtisaslaşmış küçə ticarət mərkəzləri var. Bu ölkədə restoranların və qiymətlərin səviyyəsindən asılı olmayaraq hər zaman təmiz və keyfiyyətli yeməklər əldə etmək olar. Bütün dünyada qastronomiya səyahəti üçün Sinqapurdan yaxşı yer tapılmır!


Alış-veriş


Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


Sinqapurlular özləri alış-veriş dəlisidir. Ona görə də ölkədə çoxlu sayda böyük ticarət mərkəzləri tikilib. Burada bazarlıq insana tükənməz zövq verir, axı ticarət mərkəzlərində bütün mağazalar rahat planlaşdırılıb və satış üçün yaxşı təchiz olunub. Bu kiçik dövlətə mallar bütün dünyadan ixrac edilir. Sinqapurun ən böyük ticarət mərkəzləri hər gün açıqdır. “Louis Vuitton” moda evinin şüşədən və metaldan tikilmiş butiki isə ayrıca adada yerləşir.

Maraqlı faktlar

Sinqapurluların orta gəlirləri ildə 34 min dollar təşkil edir.
Bu ölkədə 100 minə yaxın milyoner yaşayır. Hətta şəhərdə xüsusi “milyonerlər məhəlləsi” (Keppel Bay) də var.
Dünyada yeganə gecə Formula-1 yarışları “Formula 1 Singtel Singapore Grand Prix” Sinqapurda keçirilir.

Qızları açıq bazara çıxaran, saqqızı qadağan edən ölkə


P.S. Çox gəzən çox bilər deyiblər. Ümid edirik ki, virtual olsa da, bugünkü səyahətimizdən razı qaldınız və yeni faktlarla tanış ola bildiniz.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar