Xəbər lenti
“Xoşqədəm xanımla aramız dəyib, efirə çıxmıram...” – Seymur Verdizadə danışdı
Tanınmış jurnalist Seymur Verdizadə: “Efirdə olduğuma görə mənə heç vaxt qonorar ödənilməyib”
“Psixoloqlar, vəkillər efirə çıxmaq üçün pul ödəyirlər”
Təcrübəli və populyar jurnalist Seymur Verdizadə "Yeni Müsavat" qəzetinə müsahibə verib. Manevr.az maraqlı müsahibəni təqdim edir:
Biz Seymur Verdizadəni tanıyanda sıravi jurnalist idi. Köşələri, müsahibələri ilə çap mediasında yer alan vicdanlı həmkarımız. Amma Xoşqədəm Hidayətqızının “Səni axtarıram”ının eksperti olandan sonra bir anda parladı, məşhurlaşdı. Yolda görənlər saxlayıb dərdini danışdılar, toyda-nişanda yuxarı başda yer göstərdilər. Efirin möcüzəsi –doğmaca anam belə illər öncə onunla birgə çalışdığımı öyrənib, mənə “ulduzun tanışı” münasibəti göstərəndə, onun kimliyi ilə bağlı sorğu-suala tutanda televiziyanın sehrini bir daha qəbullandım.
Seymuru redaksiyaya dəvət edib, televiziya və çap mediası arasında keçən fəaliyyətindən danışdıq. Bu günə qədər çoxlarının bildiyi, amma səsləndirməkdən çəkindiyi gerçəkləri anlatdı....
-Seymur bəy, neçə vaxtdı efirdə yoxsuz. Tamaşaçılar son bir neçə ildə sizi verilişlərin, xüsusən də Xoşqədəm xanımın verilişində eksperti olaraq görməyə öyrəşmişdi... Nədir bu ortadan qeyd olmanızın sirri?
- Mən də ilk olaraq sizə bir açıqlama verim. Xoşqədəm xanımla aramız dəyib. Belə demək mümkünsə, Xoşqədəm xanım məndən inciyib. O, hesab edir ki, ötən il ANS-də onun müəllifi olduğu “Sən tək deyilsən” və “Səni axtarıram” verilişləri bağlananda onu yetərincə müdafiə etməmişəm. Hansı ki, həmin vaxt mən sizin qəzetinizə, o cümlədən başqa bir saytda bu verilişin əhəmiyyəti barədə geniş açıqlamalar vermişdim.
Qafqazinfo.az saytında “Yenə Amaçinin ümidinə qaldıq” adlı köşə yazısı yazmışdım. Amma Xoşqədəm xanım bunu yetərli hesab etmədi. ANS-də növbəti verilişini başlayanda da məni bir müddət verilişə dəvət etmədilər. Daha sonra verilişin prodüseri məni dəvət elədi. O zaman da mən Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib getmədim. Beləcə, arada bir soyuqluq yarandı. Mən Xoşqədəm xanımın verilişi ilə paralel olaraq Xəzər TV-də Zümrüd xanımın müəllifi olduğu “Yeri gəlmişkən” verilişində də ekspert idim. Hər həftə o verilişə də çıxırdım.
Amma növbəti yayım mövsümündə Zümrüd xanımın da verilişi qapandı. Və nəticə etibarilə mən televiziyadan uzaq düşdüm. Keçən dəfə Xoşqədəm xanımın verilişi bağlananda da demişdim ki, mənim o verilişdə iştirakım davamlı ola bilməz, mən televiziya jurnalisti deyiləm. Mənim işim yazmaq, danışmaqdır. Hazırda bir neçə layihədə də rəhbər vəzifəsində olduğuma görə efirlərə can atmıram. Mənə elə gəlir ki, efirdə öz sözümü demişəm.
“Mən də bir dəfə bu verilişə çıxmadım. Nə oldu, bilirsizmi? Mənim yerimə Rəqsanəni çıxardılar. Ona görə də çalışıram bütün veriliş dəvətlərinə gedim”
- Efirdə fəal olana qədər də siz yazırdız, aktiv jurnalistika ilə məşğul idiniz, amma demək olar ki, tanınmırdız. Verilişlərə çıxandan sonra isə bir anda populyarlaşdız, yolda-izdə, toyda... insanlar sizə yaxınlaşır, dərdini deyir, təşəkkür edir... Demək sizin həyatınız da “efirə qədər” və “efirdən sonra” bölümlərinə ayrılıb...
- Bu, acınacaqlı bir haldır. Azərbaycanda belə bir şəraitin hökm sürməsinə görə çox məyus oluram. Efirə çıxana qədər təxminən 15 illik jurnalist təcrübəm var idi, Azərbaycanın xəbər saytlarında, qəzetlərində köşə yazıları yazmışdım. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mən əsgərliyə gedəndə əsgər yoldaşlarım məndən avtoqraf istəyirdilər. Mən 24 min tirajla çıxan “Bu gün” qəzetində çalışmışdım. Deməzdim ki, məni təkcə efir məşhurlaşdırdı. Mən kölgədə qalan jurnalist olsaydım, məni heç efirə dəvət də etməzdilər. Çox tanındığıma, mövqeyim olduğuna görə dəvət olundum...
Amma mənim daha geniş auditoriyada tanınmağımda “Səni axtarıram” verilişinin böyük rolu oldu. Fürsətdən istifadə edib deməliyəm ki, bu verilişin Azərbaycan cəmiyyətinə heç bir ziyanı olmadı. Xoşqədəm xanım xeyirxah bir əməllə məşğul idi. İndi aramızda soyuq küləklər olsa da, onun əməyini yerə vura bilmərəm. Amma küçədə, ictimai nəqliyyatda, bazarda insanlar yaxınlaşıb məni o verilişə görə tanıdıqlarını deyəndə xoşhal olmurdum. Hesab edirəm ki, mənə yazılarıma, prinsipial mövqeyimə görə hörmət edilməlidir.
- Verilişdə də öz prinsipial mövqeyinizi müdafiə etdiyinizi deyirsiz axı... Bu halda niyə bu cür tanınmaqdan xoşhal olmurduz? Efirdəki kimliyiniz sizi niyə narahat edirdi?
-Efirin auditoriyası geniş, azadlıqları məhdud idi. Biz efirdə daha çox məişət mövzularından danışırdıq. Amma köşə yazılarımda mən ölkənin ictimai-siyasi problemləri, insanların ən müxtəlif qayğıları barədə yaza bilirəm. Çox cəsarətlə yazıram həm də. Efirdə isə senzura var, məişət mövzularından kənara çıxmaq olmaz.
- Senzura altında olan mövzular hansı idi?
-Konkret mövzular seçirdilər – ata-oğul, gəlin-qayınana münasibətləri.... Konkret elə bir göstəriş yox idi ki, bu sözü demək olar, o birini yox. Sadəcə verilişlər sonradan montaj olunurdu deyə, mənim partizanlıq etməyimə də ehtiyac yox idi. Mən orda hansısa senzuradan kənar fikir söyləsəydim də, onun montaj prosesindən sağ çıxma şansı yox idi.
-Amma qəribə də bir missiyanız vardı – insanların həyatını təhlil etmək, məsləhət vermək... Narahat deyildiz? Xüsusən də bunu başqalarının həyatına detallı müdaxilə kimi qəbul ediləcəyi ehtimalını nəzərə alanda....
“Əgər Kəmaləddin Heydərov, Ziya Məmmədov və Rövnəq Abdullayev bilsələr ki, onları tənqid etdiyim yazıya görə 5 manat qonorar alıram, ürəklərini tutarlar”
- Biz öz ayağı ilə ora gələn, öz taleyini ictimai müzakirəyə təqdim edən insanlarla bağlı danışırdıq. Heç vaxt sizin, sıravi vətəndaşımızın həyatını təhlil etməmişik. Adam çıxıb gəlirdi canlı efirə və deyirdi ki, həyat yoldaşım evdən qaçıb, mən nə etməliyəm? Bizim də hərəmiz öz məntiqimizə uyğun olaraq cavab verirdik. Mən hesab edirəm ki, biz təkcə öz övladlarımızın tərbiyə olunması ilə məşğul olmamalıyıq. Biz həm də qonşunun uşağının da tərbiyəli və savadlı olmasına çalışmalıyıq. Bizim uşağımız nə qədər ağıllı olsa da, qonşunun uşağının xuliqan, pozğun olması bizim övladımızı pis yola çəkə bilər.
Ya da əksinə... Ona görə də hesab edirəm ki, evdən qaçan qız, narkomaniyaya qoşulan gənc... təkcə bir ailənin yox, cəmiyyətin problemidir. Ona görə də heç bir adam deyə bilməz ki, yaxşı edib uşağımı atmışam. Çünki onun atdığı uşaq gələcəkdə oğru olanda gedib onun Rusiyadakı evini yox, mənim burdakı evimi qarət edəcək. Etiraf edim ki, efirdəki fəaliyyətim müsbət qarşılanırdı, çünki qərəzli deyildim. Orda hansısa ekspert nəyisə deməyə ehtiyatlanırdı. Çünki gəlini ilə arasının pozulacağından qorxurdu, ya da qudasına xoş gəlməz deyə sözünü udurdu. Amma mənim övladlarım azyaşlı olduğu üçün kürəkən, quda, gəlinim olmadığı üçün (gülür) fikirlərimi söyləməkdə daha azad idim. Kişilərdən bəzən məzəmmət alırdım. İctimai fikri təmsil edən dostlarım da düşünürdülər ki, mən efirdə qadınları daha çox müdafiə edirəm. Qadınlardan isə hər zaman özümə qarşı məhəbbət və diqqət görmüşəm. Onlar da hər zaman məni özlərinin qızğın müdafiəçisi kimi qəbul edirlər.
-Son illərin tendensiyasıdır: daha çox ağladan seriallar reytinq qazanır, acılı verilişlər populyarlaşır... Niyə? Sevinc insanları özünə cəlb etmir?
- Bilirsiz, mən insanları ağlatmaqdan, güldürməkdən daha çox düşündürməyin tərəfdarıyam. Bəzən serial ssenaristləri insanları ağlatmaq xətti seçərək daha asan yola gedirlər.
-Amma eksperti olduğunuz verilişdə daha çox ağlama janrı vardı, ağlayan insanlar çox idi... O zaman siz də asan yola getmisiz?
-Biz insan taleyini müzakirə edirdik. Bilirsizmi, mən o verilişdə heç bir dəfə də olsun ağlamamışam. Ağlayanlara acımamışam, ağlayanların göz yaşını da silməmişəm. Əksinə ağlayanlara qarşı daha aqressiv olmuşam...
-Niyə? Bu, sərt olmadımı?
-İnsan bir ovuc göz yaşı ilə öz mənfur əməlinə bəraət qazandırmamalıdır. 20 il atasız-anasız qalan uşaq anasının axıtdığı bir damcı göz yaşına görə onu bağışlamamalıdır. 20 illik əzab-əziyyətinin bədəli bir ovuc göz yaşı olmamalıdır. Bizim xalq sentimentaldır və onda ağlayana qarşı dərhal mərhəmət hissi yaranır. Mən orda ağlayan insanı tənqid edəndən sonra insanlar qınayırdılar ki, ağlayanı niyə sındırırsan? Halbuki həmin ağlayan kiçik uşağını və ərini bir damın altında qoyub, qonşudakı evli adama qoşulub gedib, 20 ildən sonra isə bir neçə damcı göz yaşı ilə problemi həll etmək istəyir. Əgər biz bu gün valideynini, övladını atan insanlara qarşı aqressiv olmasaq, bir müddət sonra Azərbaycanda bunu etmək adi hala çevriləcək.
-Bayaqdan bir neçə dəfə ictimai nəqliyyatdan istifadə etdiyinizi təkrarladız. 20 ilin jurnalistisiz. Bundan başqa da insanlarda elə təəssürat var ki, hər gün efirə çıxmaq ciddi qonorar almaq deməkdir. (gülərək) Düzdü, başqasının pulunu saymazlar, amma ekspert olaraq qonorar qazanırdız?
“Efirdə senzura var, məişət mövzularından kənara çıxmaq olmaz”
-Efirdə olmağıma görə mənə heç bir qonorar ödənilməyib. Mənim qohumlarım, dostlarım soruşurlar ki, orda qazancın nədir? Hər zaman zarafatla deyirdim ki, əvvəllər hər verilişin sonunda bizə “çox sağ ol” deyirdilər. Amma indi hər verilişin sonunda dava düşdüyü üçün heç “sağ ol” deyən də olmur (gülür).
Təəssüf ki, Azərbaycan teleməkanında ekspertlərə pul ödənilmir. Sizə bir sirr açım, Azərbaycanda bir çox insanlar efirə çıxmaq üçün veriliş aparıcıya və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr edirlər. Vəkillər, psixoloqlar bu məsələdə öndə gedirlər. Mən umurdum ki, verilişə çıxdığıma görə mənə qonorar verilməlidir. Amma sonra gördüm ki, mənim sağımda-solumda oturan adamlar pul ödəyib gəlirlər.
Söhbət birbaşa Xoşqədəm Hidayətqızının verilişindən getmir. Mənə bu yaxınlarda danışıblar ki, özəl kanallardan birindəki verilişdə müğənni canlı yayım zamanı, hələ veriliş bitməmiş 300 manat pulu efirdə oturduğu kreslonun üstünə qoyub. Psixoloqlar, vəkillər isə efirə çıxmaq üçün bu pulu ödəyirlər. Çünki daha sonradan bu, onlara gəlir olaraq qayıdır. Jurnalistika elə sənətdir ki, burda şöhrət sərvət gətirmir. Amma tanınmayan bir vəkil mülki bir işlə bağlı müqaviləni 300 manata bağlayırsa, tanınan vəkil bu müqaviləni 2000-2500 manata bağlayır.
Tanınmayan psixoloqun aylıq qazancı 800-1000 manatı keçmir. Efirə çıxan, tanınan psixoloqlar isə ayda 10 min manata yaxın qazanırlar. Mənimsə efir vasitəsilə populyar olmağım şəxsi büdcəmə müsbət təsir göstərmədi. Ona görə ictimai nəqliyyatdan istifadə edirəm ki, aylıq qazancımı ailəmin dolanışığı, uşaqlarımın təhsilinə ancaq bəs edir. Maşın almaq üçün gərək övladlarımın boğazından kəsim. Öz şəxsi rahatlığım üçün övladlarımın nəinki bir gün, bir saat belə ac qalmasına razı ola bilmərəm.
-Onlar sizə qonorar ödəməyiblər. Siz də illərlə hər gün bir neçə saat canlı efirə çıxdığınıza görə pul tələb etməmisiz onlardan...
-Azərbaycanda belə bir ənənə yoxdur. Bəzi veriliş aparıcıları hesab edirlər ki, ekspertlərin onların verilişinə gəlməyə borcu var, əksinə buna görə ekspert onlara pul ödəməlidir.
-Bəzən görürsən ki, şəxsi həyatı bərbad vəziyyətdə olan biri ekspert kimi ağıl verir, yol göstərir...
- Efirə daha çox şou biznes əhli hakimdir. Onların da intellektual , mədəni səviyyəsi Azərbaycan xalqının səviyyəsindən aşağıdır. Dostlarım dəfələrlə irad bildiriblər ki, bu verilişlərə çıxmayım. Mən də bir dəfə bu verilişə çıxmadım. Nə oldu, bilirsizmi? Mənim yerimə Rəqsanəni çıxartdılar. Mən çıxmayanda Rəqsanəni çıxarırlar. Ona görə də çalışıram bütün dəvətlərə gedim. Çünki inanıram ki, səviyyəm, hadisələrə yanaşmam Rəqsanəninkindən daha yüksəkdir və cəmiyyətə ondan artıq fayda verə bilərəm. Biz rəqsanələrin əlini-qolunu bağlamaq üçün efirə çıxmışıq.
- Hərdən sərt köşələriniz də olur...
“Veriliş boyu ağlayanlara acımamışam, ağlayanların göz yaşını da silməmişəm. Əksinə ağlayanlara qarşı daha aqressiv olmuşam”
-Bəli, mən efirdə ancaq məişət mövzularından danışsam da, mətbuatda hər zaman cəmiyyəti narahat edən mövzularda köşələrlə çıxış etmişəm. Bu günə qədər nazirlərin, yüksək çinli məmurların əleyhinə mindən artıq yazı yazmışam. Mövzu seçimində heç vaxt çətinlik çəkmirəm. 6-7 il həftəlik “Reytinq” qəzetində yazmışam. Bu qəzet ölkənin ən populyar həftəlik qəzeti olsa da, olduqca məhdud büdcəsi var idi. Hər ay Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Rövnəq Abdullayevin əleyhinə yazılar yazırdım. Yazdığım hər yazıya görə 5 manat qonorar alırdım. Qəzetin büdcəsi çox kasad idi. Dostlara zarafatla deyirdim ki, əgər Kəmaləddin Heydərov, Ziya Məmmədov və Rövnəq Abdullayev bilsələr ki, onları tənqid etdiyim yazıya görə 5 manat qonorar alıram, ürəkləri tutar (gülür). Kənardan elə təəssürat yaranırdı ki, kimsə ya sifariş verib, ya da yazdırıb. Amma belə deyildi, bu, mənim vətəndaş kimi etirazım idi. Bu tənqidlərə görə heç vaxt təzyiqə məruz qalmamışam. Amma hər dəfə Kəmaləddin Heydərovu tənqid edəndən sonra müxtəlif insanlar mənə zəng edib qınayırlar ki, sən onu şəxsən tanımırsan, o, xeyirxah adamdır, hamıya əl tutur. Bunu deyənlər də tanınmış adamlar, xalq artistləri, ziyalılar... olur.
-Efirə çıxmanın hansı üstünlüyünü yaşamısız? Qonaqlıqlar, maddi yardımlar, tanınmış adamlara müraciət etmə imkanı...
“Yolda insanlar mənə yaxınlaşıb, övladlarının FHN-də, Nəqliyyat Nazirliyində işə düzəltməyimi istəyirlər. Mən də bunun heyfini o nazirlər haqda sərt köşə yazmaqla çıxarıram”
-Mən efirin üstünlüklərindən heç vaxt istifadə etməmişəm. Dostlarımın qonaqlıqlarında olmuşam. Dezavantajı da o olub ki, insanlar yolda-izdə görəndə yardım üçün müraciət ediblər. Hətta insanlar mənə yaxınlaşıb, övladlarının FHN-də, Nəqliyyat Nazirliyində işə düzəltməyimi istəyirlər. Onlar hesab edirlər ki, mən ömrümdə üzbəüz gəlmədiyim Ziya Məmmədova və ya Kəmaləddin Heydərova onun övladı üçün müraciət etsəm, dərhal həll olunacaq. Həmin insanları bunun belə olmadığına inandırmaq üçün xeyli vaxt və enerjimi sərf edirəm. Mən də, cığallıq belə olsa, bunun heyfini, dərhal həmin nazirlərdən sərt tənqid yazıram ki, əgər siz yerinizdə olsaydınız, bu gün insanlar yardım üçün mənə yox, sizə müraciət edərdilər. (gülərək) Mənim də bu prosesdən qazancım bir köşənin qonorarı olur.
Sevinc TELMANQIZI
Fotolar Məhəmməd TÜRKMƏNindir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar