Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beyin axını: ŞƏRQ VƏ QƏRBDƏ ALİMİN DURUMU

Tarix: 11-10-2018 10:18     Baxış: 2887 A- / A+
Beyin axını: ŞƏRQ VƏ QƏRBDƏ ALİMİN DURUMU


Həyatda ən həqiqi mürşid elmdir.
Atatürk

"Dəyərli alimlərin düzgün seçilib və yerləşdirilməsi ölkənin elm siyasətinin vacib məsələsidir".
İntellektual sahənin adamlarının öz potensiallarını reallşdırmaq arzusu, digər hisslərdən yüksəkdə durur və bu onların həyatının əsas məqsədidir. Təbii ki, alimlər elmlə məşğul olmağa şərait yaradan ölkələrə gedirlər. 1990-cı illərin əvvəllərində ölkədən xeyli sayda alim getdi. Yəni ölkədə “beyin axını” yaşandı. Bu gedənlərə misal olaraq Elyaz Babayev, Vəli Şahmurov, Məsud Əfəndiyev, Elman Həsənoğlu, Bəxtiyar Siracov, Azər Kərimov, Qərib Mürşüdov, Amrulla Mamedov, Nizami Həsənli, İsrafil Hüseynov, Hamdulla Mehrabov və digərlərini göstərmək olar. Bu sıraya şərti olaraq iki dahi azərbaycanlı alimin Lütfüzadə və Əli Cavanın adını da yazmaq olar. Lütfüzadəni hamı tanıyir. Əli Cavan Azərbaycan əsilli amerika fizikidir. Qərdə ona "Şərqin Eynşteyni" deyirlər. Şükürlər olsun,indi "beyin axını" yoxdur, ancaq onun yenidən baş vermə ehtimalı yüksəkdir. Amma bu axının müsbət cəhəti də var. Belə ki, onların bəziləri mükəmməl biliklə qayıdıb, ölkəsinə xidmət gostərə bilirlər.

Bu il avqust ayının 20- 21-də Parisdə Scientific Federationun təşkilatçılığı ilə keçrilən “Beynəlxalq Semiconductors-Optoelectronics-Nanostructures Konfransında" (İCSON- 18) mən “dəvət olunmuş məruzəçi” kimi çıxış etdim və 25 dəqiqəlik məruzəm: “Metal Yarımkeçirici Kontaktın xassəsinə qeyri-bircinsliliyin təsiri ( Influence of the Inhomogeneity on the Properties of the Metal-Semiconductor Contact)” - adlanırdı.
Konfransın məruzələrinin məzmunu ilə oxucuları yormaq istəmirəm, ancaq qeyd edim ki, Bakı Dövlət Universitetinin loqosu da konfransın pannosunda yer almışdır. Mənim əsas məqsədim konfransda müşahidə etdiyim bir sosial fenomen haqda fikir söyləməkdir.

Beyin axını

Qeyd edim ki, konfransda “Plenar məruzələri” ya ərəb mənşəli alimlər, ya da yapon alimləri edirdilər. Diqqəti cəlb edən məqam bundan ibarətdir ki, yaponlar öz ölkələrinin universitetlərindən gəlmişdilər, ancaq ərəblər öz ölkələrini deyil, müxtəlif dövlətləri təmsil edirdilər. Misal üçün, konfransın açılış məruzəsini Mahmoud A. El - Şerif etdi. O, ABŞ-da işləyir və çox müasir “Photonics Lab” –ın yaradıcısı və rəhbəridir. Prof. Mohamed Missous Birləşmiş Krallıqdan gəlmişdi və ifrat yüksək tezlklər elektronikası sahəsində dünyada aparıcı mütəxəsisdir. Və ya birinci günün ikinci yarısında sessiyaya rəhbərlik edən prof. Mohamed Benyoucef Almaniyanın Kassel Universitetindən gəlmişdi. Konfransın ikinci günü sessiyalara rəhbərliyi əsasən yaponlar edirdilər. Sual olunur: səbəb nədir ki, ərəb professorları öz ölkələrində yox, inkişaf etmiş ölkələrdən (ABŞ, Birləşmiş Krallıq və Almaniya), amma yaponlar öz unversitetlərindən gəlmişlər? Səbəb nədir ki, ərəb ölkələrindən (və 2-ci Dünya ölkələrindən) çox inkişaf etmiş ölkələrə “beyin axını” var, ancaq Yaponiyadan yoxdur?
Çox ehtimal ki, Yaponiyada da, ABŞ-da, Birləşmiş Krallıqda, Almaniyada alimin əməyi yüksək qiymətləndirilir, əmək haqqı yüksəkdir və bütün gün üçün hesablanır. Yəni, alim dənizdə çiməndə də “işdə” hesab olunur və ona əmək haqqı 24 saata hesablanır. Bununla da onun bütün yaşam qayğıları avtomatik öz həllini tapır və alim gündəlik zaman resursunu elmə həsr edir. Haşiyə: Rusiya Elmlər Akademiyasını təsis edəndə I Pyotrdan soruşurlar: yaratdığınız akademiyanın üzvlərinin maaşı nə qədər olmalıdır? I Pyotr deyir: Çarın maaşı qədər!

Alim və məmur əməyinin fərqi

Təəssüf ki, alim ilə məmurun fərqi araşdırılmayıb. Problem odur ki, 2-ci və 3-cü dünya ölkələrində səhv olaraq, alimin əməyi ilə məmurun əməyi eyniləşdirlir. Məmur və universitet müəllimləri gündəlik iş müddətində (8 saat ərzində) təqribən eyni işləri təkrar – təkrar görürlər. Bu insanlar iş günü bitdikdən sonra sabahkı iş haqqında fikirləşməyə borclu deyillər. Ancaq alimin işi fərqlidir və hər gün düşüncəsini yeniləşdirməlidir. Bu səbəbdən onlar işdən sonra da düşünməlidirlər. Alimlə məmurun fərqi nəzərə alınmayanda istedadlı alimlər o ölkələrə gedirlər ki, orada onların əməyi düzgün və dəyərincə qiymətləndirilir. Bu səbəbdən də çox inkişaf etmiş ölkələrə ikinci və üçüncü dünya ölkələrdən “beyin axını” var. "Beyin axıni" ancaq bir istiqamərdə baş verir, əks istiqamətdə baş vermir.
İkinci dünya ölkələrində bu problemi qaydasına qoymaq mümkündürmü? Əlbəttə mümkündür.
Fərz edək ki, 2-ci dünya ölkələrində hər hansı bir məmurun maaşı 1000 dollardır. O, bu əmək haqqını 8 saatlıq işə görə alır. Onda həmin ölkədə alimin əmək haqqı bundan üç dəfə çox (yəni 3000 doll) olmalıdır. Çünki alim məmurdan fərqli olaraq bütün gün elm haqda düşünməlidir. “Evrika” sözünü deyən alim, kəşfini hamamda etmişdi. Alim sutkanın istənilən saatında alim olmalıdır və elmlə məşğul olmalıdır. Məmur isə işini 8 saat ərzində görə bilər və sabah da bu işi təkrar edə bilər. Yeni biliyə, düşüncəyə ehtiyac yoxdur. Deməli, özünü gündə 24 saat elmə həsr edən tədqiqatçı -alimdir. Belə alimlərin sayı alim potensialımızın təqribən üçdə biri qədər olar. Pulla alınmış diplomlar geri qaytarılmalıdır. Əlbəttə, onlar kolleclərdə, universitetlərdə məmur kimi müəllimlik edə bilərlər. Belə ki, müəllim professorla, tədqiqatçı professor arasında fərq çox böyükdür. Bu fərqi nəzərə almaq lazımdır. Belə olanda gənclər elmin dalınca gedər, təhsildə, elmdə keyfiyyət də düzələr, vətənpərvərlik artar, sənaye də inkişaf edər. Ölkəni heç kəs tərk etməz və "beyin axını" da baş verməz.
İslam dünyasından dəqiq elmlər sahəsində Nobel mükafatı almış üçüncü alim türkiyəli Əziz Sancardır. İki il öncə Əziz Sancar Bakıda olarkən ona sual verdilər: niyə qayıdıb Türkiyə universitetlərində dərs vermirsiniz? Nobelçi alimin cavabı belə oldu, ABŞ dövləti mənə o qədər qaygı göstərib ki, sadəcə, onlardan keçə bilmirəm. Alimi 24 saat işlətmək üçün ona qaygı göstərmək lazımdır. Son olaraq fikrimi böyük Nizaminin sözləri ilə yekunlaşdırıram:

Alimdir gözümdə ən əziz insan.
Qüvvət elimdədir - başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz
Hər uca rütbədən biliniz
Alimin rütbəsi ucadır əlbət.


Şübhə etmirəm ki, dahi Nizami bu fikrləri söyləyəndə məmur professoru yox, gündə 24 saat düşünən tədqqatçı alimi nəzərdə tutub.

Prof. Şahlar ƏSGƏROV,
Əməkdar elm xadimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar