Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov: "Dədə Şəmşirin yaradıcılığına senektik baxış"

Tarix: 19-03-2018 13:48     Baxış: 1580 A- / A+
Şahlar Əsgərov: "Dədə Şəmşirin yaradıcılığına senektik baxış"


Dədə Şəmşirin doğum gününün 125 illiyi ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasında yüksək səviyyədə təşkil olunmuş “Saz-Söz Bayramı”- da mən də iştirak etdim. Saza çox yer verildi, nəinki, sözə. Saz sevərlər məclisdə daha çox idilər. Məclisi də Aşıqlar Birliyinin sədri açdı.

Senektika deyilən bir elm var. Bəzən dəqiq elm mütəxəssisləri bir problemi həll edə bilməyəndə, qeyri-mütəxəssislərdən foks qrup yaradıb, problemlə bağlı yeni ideya axtarırlar və nəticədə problemi çözmək mümkün olur. Bu yanaşmanın üstün cəhəti ondadır ki, bəzən qeyri-mütəxəsislər də faydalı fikir söyləyə bilirlər. Son illərdə şairlər, ədəbiyyatçılar Aşıq Şəmşirin aşıq, yoxsa daha çox şair olduğunu müzakirə edirdilər. Dədə Şəmşirlə bağlı məclislərdə çıxış edənlərin çoxu onun aşıqlığını şairliyindən çox qəlbi tuturlar. Məncə, senektik baxışa ehtiyac vardır. Bu söhbətə qarışmağa mənim mənəvi haqqım da var. Çünki ibtidai sınifdə oxuyanda Dədənin dizinin dibində oturub “Xoruz” şerini də eşitmişəm.

Akademik Nizami Cəfərova görə, Aşıq Şəmşir aşıq ədəbiyyatımızın son ən görkəmli nümayəndəsidir: “Bu da o deməkdir ki, Aşıq Şəmşirdən sonra o çapda, o səviyyədə aşığımız olmayıb. Aşıq ifaçılığı baxımından olub, amma söz qoşmaq, böyük ədəbiyyat hadisəsi kimi ortaya çıxmaq, zəngin irs qoyub getmək baxımından Aşıq Şəmşir son magikan hesab olunur. Bu da bir həqiqətdir”.

Digər hörmətli şairimiz, ictimai– siyasi xadim Sabir Rüstəmxanlı deyir: “Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrindən biridir. Bəzilərində belə bir təsəvvür var ki, güya onun məşhurlaşmasında Səməd Vurğunla görüşü ciddi rol oynayıb. Amma Aşıq Şəmşir öz özlüyündə elə Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi əslində, aşıq desək də. Bunu isbat etmək üçün əsərləri araşdırılmalıdır, bütövlükdə çap olunmalıdır”. Hörmətli Sabir müəllimin fikri (“Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi”) mənim düşüncəmə daha yaxındır. Mənim texnokratik baxışım bənzərdir.
Məlumdur ki, meşədə ağacı görən meşəni görməz, meşəni görən ağacı görməz. Deməli, Aşıq Şəmşir yaradıcılığına fəlsəfi baxış zəruridir. Məlumdur ki, Kəlbəcər ədəbi mühiti 1955- ci ildən sonra təkamül ilə yox, sıçrayışla formalaşdı. Bu ədəbi mühitin “birinci dalğa” nümayəndələri Azərbaycanda məşhur şairləridir: Məmməd Aslan, Ənvər Rza, Bəhmən Vətənoğlu, Şamil Əsgərov, Qənbər Qurbanov, Dastancı Əli, Sucaət və digər onlarla sevilən şairlər. Sual olunur niyə bu sayda şair sıxlığı qonşu Tərtərdə, Laçında, Bərdədə, Şuşada, Gəncədə yoxdur? Niyə əvvəllər (XIX əsrdə, XX əsrin birinci yarısında) Kəlbəcərdə bu qədər söz ustası olmayıb? Bu fenomeni (hadisəni) necə izah etmək olar?

Şahlar Əsgərov: "Dədə Şəmşirin yaradıcılığına senektik baxış"


Dünyanın əmələ gəlməsinin "Böyük partlayış" nəzəriyyəsi var. Fərz olunur ki, bütün göy cisimləri o böyük partlayışdan sonra yarandı. Sanki Kəlbəcərdə də bir "bədii partlayış" olub və nəticədə birinci və ikinci dalğa (Adil Cəmil, Ələmdar Cabbarlı, Namiq Dəlidağlı, Mehdixan, Yusif Hüseyn və digər sevilən şairlər) böyük şairlər ordusu yaranıb. Həmin partlayış 1955 -ci ilin yay ayında Kəlbəcər qəsəbəsinin 5 km-də olan Boyaqlı Turşsuyunun üstündə böyük Səməd Vurğunla Dədə Şəmşirin görüşü zamanı baş verib. Sual olunur, Səməd Vurğun Dədə Şəmşirin sözünə, yoxsa sazına vurğun idi? Əminliklə cavab vermək olar: sözünə! Səhv etmirəmsə Səməd Vurğun aşıq Şəmşiri görmək istədiyini deyəndə, əzbərdən ondan bir şeir parçasını da söyləyib...
Bir texnokrat kimi mənim gəldiyim qənaət belədir: Dədə Şəmşir də elə Səməd Vurğun qədər böyük şairdir. Burada böyüklük sözü zəruridir. Əks halda həmin tarixi görüş "Böyük partlayış" effekti yaratmazdı. Aşıqlıq sənəti şair Şəmşir üçün vasitə olub və iki məqsəd daşıyıb: a) şeirlərini ictimai şüura yerləşdirmək və b) maddi tələbatın ödəmək. O zamanlar kitab çapı müşkül olduğundan Aşıq Ələsgər də, Aşıq Şəmşir də öz sözlərini ictimai şüura yeritmək üçün SAZ-dan bir vasitə kimi istifadə etmişlər.
Bu səbəbdən də məncə Dədə Şəmşirə şair Şəmşir demək daha düzgündür. Bu fikir onun ustad aşıq olmasına xələl gətirmir. Fəlsəfi baxımdan onun şairliyini birinci, aşıqlığını ikinci yerə qoymaq daha düzgündür.
Rezorfordun belə bir aforizm var: "istənilən həqiqət üç etapdan keçir. Birinci etapda deyirlər ki, bu ola bilməz. İkinci etapda deyirlər bu ola bilər. Üçüncü etapda deyirlər ki, bu ki çoxdan məlumdur". İnanıram ki, gələcək nəsillər "Dədə Şəmşirin Səməd Vurğun qədər böyük şair olması çoxdan məlumdur"- deyəcəklər.

Şahlar Əsgərov: "Dədə Şəmşirin yaradıcılığına senektik baxış"

Prof.Şahlar Əsgərov,
Əməkdar elm xadimi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar