Xəbər lenti
Yoxsul yaşayan prezidentlər :Hendrik də Elçibəy kimi... -FOTOLAR
Tarixçi: “Elçibəy prezident kimi yalnız kiçik bir məbləğlə dolanırdı”
Dünyanın bir çox ölkələrində prezidentlərin həyatları, xüsusilə də gəlirləri sadə insanların böyük marağına səbəb olur. Həmçinin mediada da bu kimi xəbərlər daha çox oxunanlar sırasında yer alır. Lakin tarixdə bəzi prezidentlər də olublar ki, onlar maddi səhətdən heç də yüksək səviyyədə yaşamayıblar. Bunu elə hazırkı dövrə də şamil etmək olar.
Məsələn, Estoniya prezidenti Tomas Hendriki göstərə bilərik. Belə ki, iki prezidentlik müddətindən (2006-2016) sonra vəzifəsini tərk etməyə hazırlaşan T. Hendrik, son müsahibələrinin birində maddi durumunun yaxşı olmadığını və borcu olduğunu söyləyib.
Tomas Hendrik
Prezident deyib ki, vəzifəsini borclu tərk edir. Ancaq o, bu borclu olmasını heç də qeyri-adi hal hesab etmir: “Lakin bu, normaldır. Oğlum tez-tez mənə mətbuatda çıxan məqalələrin istinadlarını göndərir, həmin yazılarda hansısa növbəti rusiyalı məmurun oğlunun xaricdə 10 milyon dollara ev almasından bəhs olunur. Oğlum zarafatla məndən soruşur ki, ata, bizim üçün problem nədir? Estoniya kimi normal ölkələrdə siyasətlə məşğul olaraq varlana bilməzsən”, deyə o bildirib.
Xose Muxika
Bundan başqa oxşar xüsusda Uruqvayın keçmiş prezidenti Xose Muxikanın da adını çəkə bilərik. Təsadüfi deyil ki, o, dünyanın ən kasıb prezidenti hesab olunurdu. Belə ki, məlumatlara görə, 1935-ci il təvəllüdlü Xose, prezident olmasına baxmayaraq yalnız 2010-cu ildə maşın sahibi olub. Xose Muxika 1987 istehsalı olan, qiyməti 1810 dollarlıq “Wolksvagen” alıbmış. Onun kasıblığını mübaliğə ilə bu cür bildirirlər ki, yaşadığı evin ətrafında bitən otlar, onun evindən hündürdür. O, istefaya çıxdıqdan sonra ona verilən aylıq 12 min dollar maaşın 90%-ni yoxsullara bağışlaması ilə də məşhurlaşıb.
İosif Stalin
Hətta SSRİ lideri İosif Stalinin də Kremlindən borc istəməsi ilə bağlı faktlar var.
Oxşar hadisələr Azərbaycan tarixində də baş verib. Belə ki, məlumatlara görə, Azərbaycan Xalq Cümhuriyyəti illərində nazirlər, yüksək vəzifədə çalışan şəxslər öz yaxınlarına, atalarına məktub yazıb, borc pul istəyiblər.
Eyni zamanda Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy də maddi durumunu demək olar ki, sonuncu sıraya qoyub. Onun barəsində modern.az saytına danışan bibisi qızı Zərnişan xanım eks-prezidentlə bağlı belə bir məqamı qeyd edib: “Bakı Dövlət Universitetində baş müəllim işləyəndə biz onunla bir yerdə kirayə qalırdıq. Bir də görürdün ki, kəndin uşaqlarını yığıb başına gəlirdi. Deyirdim, bunları nəyə gətirmisən, mən yemək də çatdırmıram. Deyirdi ki, Zərnişan, hamı dağılışıb gedəcək, hörmət bizə qalacaq. Cibində 1 manat saxlamazdı. Soruşardı ki, kimin pulu yoxdur. Kimin pulu yoxdursa, axırıncı manatını da çıxardıb ona verirdi. Bir də görürdün ki, qonaq gələn uşaqlar bunun köynəyin geyinib gedərdilər”.
Elçibəy
Mövzu ilə bağlı danışan tarixçi Dilavər Əzimli bildirib ki, Azərbaycanda bu kimi ənənələrin əsası AXC dönəmində qoyulub: “1918-20-ci illər Azərbaycanda vəziyyət fərqli olub.
Həmin illərdə Cümhuriyyət dönəminin insanları sevgi, xüsusi bir enerji ilə dövləti qurdular. Onların amalları, məqsədləri yalnız dövlət qurmaq idi. Bu məqsəd uğrunda həyatlarını belə qurban verdilər. Onları üçün dövlət və millət əsas rol oynayırdı. Bu baxımdan təbii ki, pul, maddi durum məsələsi yada belə düşməyib. Həmin insanların niyyətləri saf idi. 1992-ci ildə isə Əbülfəz Elçibəyin prezidentliyi ilə yenidən hakimiyyətə xalq hərəkatının insanları gəldilər. Xüsusilə Elçibəyin adını qeyd etmək istəyirəm. O, prezident kimi yalnız kiçik bir məbləğlə, maaşı ilə dolanırdı. Elçibəy prezident seçildikdən əvvəl də, sonra da eyni evdə yaşadı. Həmin dövrdə vəzifədə olan insanlar haqqında da təbii ki, eyni fikirləri söyləmək olar. Lakin bunun ümumi nümunəsi kimi Əbülfəz Elçibəyin adını qeyd edirəm. Bu adamdan hətta doğma qardaşı pul istəyərkən ona deyib ki, ”maaşımı alıb, verərəm". Bu ənənə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadədən gələn bir ənənə idi. Yəni bizim də tariximizdə yalnız maaşı ilə dolanan, maddi durumları hər zaman aşağı olan liderlər olub".musavat.com.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar