Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixi möcüzə: qalibləri mühakimə edən paranoidlər

Tarix: 17-11-2020 17:03     Baxış: 23 448 A- / A+
Tarixi möcüzə: qalibləri mühakimə edən paranoidlər

Məhəmməd Cəbrayılov
fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi


Təqvimdəki 27 sentyabr gələcəyə ümidlə boylandığımız, 10 noyabr isə keçmişə qürurla baxığımız sıradan bir gün deyil. Bu həm də Cənubi Qafqazda beynəlxalq güclərin, bütövlükdə dünyanın şahidlik etdiyi müharibə poliqonunda Azərbaycanın yenidən doğulduğu gündür.
Bundan sonra Cənubi Qafqazın ən önəmli probleminin həlli Türkiyə və Azərbaycanın siyasi –iqtisadi-hərbi iradəsi ilə baş verəcək. Rusiyanın Cənubi Qafqazda baş verən geosiyasi şərtləri nəzərə alması Ermənistanın Azərbaycana qarşı başlatdıı müharibə fonunda axıra qədər izlənilən mühüm fakt olmaqla bir çox qəlibləşmiş düzənləri dəyişərək yeni tarixi reallıqlar yaratdı. Putinin Paşinyanın ona dəfələrlə müraciətinə cavab olaraq “müharibə Azərbaycanın tarixi ərazilərində gedir” mövqeyini və rəyini nəzərə almayan rəsmi Ermənistan indi həm regionda, həm də bütün dünyada yaranmış bu yeni reallıqlarla hesablaşmaq məcburiyyətindədirlər.

Beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan artıq yoxdur. Bu yeni reallıqdır. Bu gün öz ölkəsinin mənfur düşmən tərəfindən işğala məruz qalan ərazilərinin bütövləşdirməsində Azərbaycan ordusunu saxlayacaq qüvvə ona komandanlıq edən Ali Baş Komandanın əmri ola bilərdi və 10 noyabrda da bu baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında Rusiya prezidentinin vasitəçiliyi ilə kapitulyasiya bəyannaməsinə qəbul etdi.

Birinci Qarabağ savaşında Ermənistan qalib gəlmişdi, ancaq aradan 30 ilə yaxın müddət keçməsinə baxmayaraq bu qələbəni rəsmiləşdirə bilməmişdi. Demək ki, qələbə müharibədə sülh əldə etməyin ən qısa yolu olsa da, bunu bir çox hallarda reallaşdırmaq qələbəni əldə etməkdən daha mürəkkəb prosesdir.

Bir müddətdir ki, sosial şəbəkəlrədə və müxtəlif mətbuat orqanlarında Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlara kölgə salmağa çalışan, ictimai rəyi populist ideyalarla çaşdırmaq istəyən fikirlər gündəmi zəbt etməkdədir. Bu gün Azərbaycanın əldə etdiyi bu böyük qələbəyə çamur atmağa cəhd edən, beynəlxalq prosesləri, qlobal güclərin oyun qaydalarını öz xəyallarında cizgi filimləri kimi təsəvvür edən bəzi xəyalpərəstlərə arzuladıqları mümkün senariləri izah etmək məcburiyyətindəyik.

Əvvala, rusların Qafqazda 200 illik erməni siyasətini sürdürməsi və bu günkü qurama Ermənistan dövlətini yaratması, Dağlıq Qarabağ problemini ssenariləşdirərək separatçı rejimi silahlandırması və ona dolayısı ilə dəstək verməsinə xalqımın bir nümayəndəsi olaraq həmişə etiraz etmişəm və düşüncələrimi bir çox akademik və mətbuat çıxışlarımda açıq söyləmişəm. Lakin bu gün məhdud sayda rus qoşununun (1960 nəfər) sülhməramlı missiya ilə Dağlıq Qarabağa gətirilməsini tamamilə yeni bir geosiyasi şərtlərin nəticəsi olaraq, xüsusilə Ermənistanın kapitulayasiyasını ona imzalatdıra bilən yeganə güc mərkəzi kimi nəzərdən keçirmək lazımdır.

Burada dayanıb maksimalist xəyalpərəstlərin arzuladıqları senarini nəzərdə keçirək:

Birinci ssenari: Azərbaycan ordusu dayanmır, Şuşadan Xankəndinə doğru irəliləyir. Separatçıları Ermənistan ərazisi sərhədlərinə qədər qovur. “Müvəqqəti mütləq qələbə qazanırıq”... Rusiya onun mövqeyini nəzərə almayan Azırbaycanın yanında deyil, Ermənistanın yanında olmağa açıq qərar verir. Azərbaycan kapitulyasiyanı imzalatdıracaq gücdən dətəyini itirir.

İkinci ssenari: Separatçı rejim Ermənistan ərazisində “mühacir hökuməti” elan edir. Güc toplayaraq Azərbaycan ərazisinə yenidən hucumlar təşkil edir.

Üçüncü ssenari: Fransa Azərbaycana uduzan Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarması üçün sonuncu qurduğu tələdə Azərbaycan oyuna çəkə bilir. Azərbaycan ordusunun Xankəndi və başqa şəhərlərə də daxil olmasına əmin olaraq orada dinc insanların yaşadıqları ərazilərdə əvvəlcədən yerləşdirmiş hərbi obyektlərdən Azərbaycan ordusuna qarşı atəş açmaq əmri verilir. Onların bu planı Azərbaycan ordusunu cavab atəşiylə orada yerləşən hərbi obyektləri məhv etmək

məcburiyyəti ilə üz-üzə qoyur. Nəticədə Xankəndində çox sayda dinc sakin öldürülür. Bu zaman Azərbaycan soyqırım və genosid ittihamına məruz qalır. Təcili bütün dünyanı həyacanlandıran erməni diasporu və onlarla bir yerdə olan Fransa, ABŞ, Avropa Birliyinin təşəbbüsü ilə BMT –nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul olunur. Azərbaycan 27 sentyabrdan əvvəlki vəziyyətə qayıtmağa məcbur edilir.

Dördüncü ssenari: Ermənistandan Azərbaycan ərazisinə ağır artileriyyadan raketlər və mərmilər atılır. Azərbaycan cavab vermək məcburiyyətinə məhkum edilir. Müharibə uzanır. Azərbaycanın əleyhinə 907-ci düzəlişin müəllifinin sahibi, qatı ermənipərəst Co Bayden ABŞ-da hakimiyyətini rəsmləşdirir. Müharibə dövründə neytrallığını göstərən Donald Trampı erməni diasporunun təzyiqi altında olan Co Bayden əvəzləyir. Azərbaycan həm vaxtı uduzur, həm də əldə etdiyi qələbəni.

Arzulanan nəticənin yuxarıda qeyd etdiyim istiqamətlərdə inkişaf ssenarisinə inanmayan xəyalpərəstlər üçün 44 günlük müharibədə dünyanın güc mərkəzlərinin informasiya nəhənglərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi erməni təsübkeşliyi ilə açıq-aydın “sual yağışına” tutması, bir dinc erməninin ölmədiyi halda onlarla dinc sakinimizin vəhşicəsinə öldürülməsini görməzdən gələrək: “müharibəni dayandır” təzyiqləri real vəziyyəti dəyərləndirmək üçün yetərli deyilmi?

Azərbaycanın birmənalı qələbəsi fonunda 10 noyabr kapitulyasiya bəyanatı bir sıra dövlətlərin Cənubi Qafqaz siyasətində sonuncu təhlükəni aradan qaldırdı. Azərbaycanın döyüş meydanında Ermənistana qarşı qazandığı tarixi müzəffər qələbəsi diplomatiya meydanında da yüksək peşəkarlıqla hazırlanmış kapitulyasiya sənədinin imzalanması ilə sonuclandı.

Bu gün ərazizisinin nə vaxt bərpa ediləcəyi barədə düşünən, hətta buna ümidini az qala itirməklə özgüvən hissini də itirmək təhlükəsi ilə üzləşən Azərbaycan vətəndaşı da yoxdur. Əksinə, dövlətinin və ordusunin tarixi zəfərindən özünü

dünyanın ən parlaq millətləri sırasında görən, dövlətinə, ordusuna, vətəninə heyranlıqıa bağlı olan, özünü hər şeyə qadir qüdrətli ölkənin sakini kimi hiss edən özgüvəni və qüruru sərhədlərimizə sığmayan Azərbaycan vətəndaşı var. Bu gün ərazisi bütöv, işğaldan azad edilmiş yurdlarımıza geri dönüşün quruculuq layihələrini nəzərdən keçirən, bölgəni tamamilə yenidən dizayn edilməsinə hazırlaşan güclü və modern Azərbaycan var.

Artıq bölgədə Rusiyanın dəstəyinə arxayınlaşaraq özü haqqında miflər uyduran, lovğalanan işğalçı Ermənistan da yoxdur. Onun yerində miskin duruma salınmış, bir dövlət olaraq mövcudluğunu qoruya bilməsi ciddi suallar doğuran, iqtisadiyyatının bütün önəmli sahələri darmadağın edilən, on illərlə reabiltasiyaya ehtiyacı olan Ermənistan var.

Bu gün qlobal güclərin və bəzi dövlətlərin maraqlarının kəskin şəkildə toqquşduğu hərbi-siyasi poliqona çevrilmiş Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşdirilməsində məhz güclü Azərbaycan dövlətinin hərbi-siyasi iradəsi ilə hesablaşılan fərqli bir regionu görürük və görməkdəyik.

Bu gün Azərbaycan dövləti, xalqı və vətəndaşı olaraq ciddi bir tarixi mərhələdən keçirik. Bizim üzərimizə düşən əsas vəzifə bu tarixi zəfərin dəyərini bilmək, qalib xalq və qalib ölkənin vətəndaşları kimi əldə etdiyimiz tarixi birliyimizi saxlamaq və onun nəticələrini daha da möhkəmləndirməkdir. Çünki bu möhtəşəm milli birliyimizlə mümkünsüz görünənləri mümkün etdik, dünya erməniçiliyinə qalib gəldik, Qafqazda 200 illik oturuşmuş geosiyasi prosesləri darmadağın etdik, qardaş Türkiyənin bölgəyə girişinə zəmin yaratmaqla gələcəyə etibarlı düzən verdik.

10 noyabr kapitulyasiya bəyannaməsinə görə Laçın koridoruna və Qarabağda ermənilərin də yaşayacağı ərazilərə müvəqqəti, yəni 5 il müddətində Rusiya sülhməramlıları nəzarət edəcək. Üstəlik, bu prosesdə Türkiyə əsas iştirakçı tərəflərdən biri roluna sahib olacaq. Halbuki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Türkiyənin adının belə çəkilməsinə razılaşmırdı. Türkiyə və Rusiya arasında ortaq müşahidə və nəzarət mərkəzinin yaradılması barədə rəsmi sazış imzalandı.

Proseslərin digər mühüm tərəfi ondan ibarətdir ki, Türkiyənin sülhyaratma prosesinə qatılması məsələsi Ermənistanın rəyi soruşulmadan birbaşa Rusiya və Azərbaycan arasında həll edildi. Müharibəni uduzan rəsmi İrəvanın mövqeyi ümumiyyətlə, heç bir əhəmiyyət daşımır.

Bu möhtəşəm qələbə və zəfərlə Azərbaycan vətəndaşlarının qürür duymaq haqqı var.

Artıq biz qalib dövlətik. Qaliblər isə mühakimə olunmur!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar