Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus və cəmiyyətdə psixoloji durum

Tarix: 08-09-2020 12:53     Baxış: 2348 A- / A+
Koronavirus və cəmiyyətdə psixoloji durum

Bu yay Tovuz rayonunun Ağdam kəndi istiqamətində Ermənistanın azğınlaşmış silahlı qüvvələrinin məlum sərhəd təxribatı hadisələrdən bir qədər sonra - avqustun 15-də Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şürasının “COVİD-19 diaqnozu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda keçirilən onlayn konfransda ictimai birlik sədri olaraq mənim üçün çıxış etmək çox çətin və ağrılı oldu. Bunun bir neçə səbəbi vardı: canı-qanı ilə torpaqlarımızın bütövlüyü uğrunda ölməzlik zirvəsinə ucalan yeni şəhidlərimizə saxladığım hüzn, məcburi köçkün olaraq doğulduğum və itirdiyim yurd yerim sayılan Kəlbəcər və Dağlıq Qarabağda hələ də düşmən tapdağı altında inildəyən doğma torpaqlarımızın ağrısı, namərdcəsinə öldürülən hərbiçilərimizin qanlı həyatı...

Bu il iyulun 12-sində, gecənin bir yarısında qardaşım Əlirza qəfildən evdə bizimlə sağollaşmağa başldı. O, Tovuz rayonuna gedəcəyini bildirəndə, biz iki bacı etiraz etdik. Bacımla mənim özümüzə məxsus arqumentlərimiz vardı: qardaşımızın atdığı addımının pandemiya və karantin qaydalarına zidd olduğunu, bu cür qeyri-rəsmi yola çıxmağının xeyrindən çox, zərrəri olacağını söylədik.

Düzünə qalsa, mən sözümün davamını ürəyimdə pıçıldadım: “Əziz qardaşım Əlirza, bilirəm, qəlbin yalnız Qarabağla, Kəlbəcər həsrəti ilə döyünür. Uşaq vaxtı vaxtsız itirdiyimiz anamızın, doğmalarımızın, əzizlərimizin əbədi yatdığrı müqəddəs yerlər tez-tez mənim də, sənin də yuxuna girir.

“Bu gün də bir döyüşçü kimi vətənim uğrunda döyüşməyə, Kəlbəcər uğrunda ölümə belə getməyə hazıram. Mən bu müqəddəs yolda döyüşmək, qalib gəlmək istəyirəm. Lap lazımsa, şəhid olmağa belə hər an hazıram. Çünki Vətən eşqi bütün sevgilərdən ucadır!” - Bunlar sənin ürək sözlərindir, mediada da geniş yayımlanmışdı: www.ortaqdeyerler.com=xeberoxu&id=540.

Bəli, canım qardaşım, biz öz doğma elimizə, Qarabağımıza, Kəlbəcərə, Zəngəzura, bütövlükdə işğal olunmuş torpaqlarımıza dönəcəyimiz günü həsrətlə gözləyirik. Hələ də uşaqlıq illərimizin xatirələrinə qayıtmaq arzusu ilə yaşayırıq. Allah o günü görmək qismətini bizdən almasın!

Həmin tədbir zamanı - onlayn konfrans iştirakçılarını, etiraf edim ki, dilim topuq çala-çala salamladım.

Çıxışıma isə beləcə başladım:

“Öncədən təəssüf hissi ilə qeyd edim ki, bugünkü onlayn görüş zamanı nəzərdə tutulan mövzu ətrafında heç də ətraflı söz açmaq imkanımız olmayacaq. Çünki Ermənistanın növbəti təxribatının ölkəmizdə yaratdığı gərgin emosional-psixoloji vəziyyət, sərhəddə verdiyimiz şəhidlər bizi, istər-istəməz, mövzudan bir qədər kənara çıxmağa vadar edəcək.

İyulun 12-dən etbarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər hər birimizin psixologiyasına mənfi təsir edib. İşğalçı Ermənistan ordusunun rayonun Ağdam kəndi istiqamətində dövlətlərarası məlum sərhədləri pozaraq, ölkəmizə yönəli növbəti silahlı təcavüzünün - təxribat xarakterli hücumlarının qarşısı rəşadətli rərbiçilərmiz tərəfindən qətiyyətlə alınsa da, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilsə də, bir məsələdə qəti əminik. Bu hadisələr zamanı itikilərimiz bizi sarsıtmadı, Vətən uğrunda canını fəda etmiş, ağır döyüşlərdə igidcəsinə iştirak etmiş, general-mayor Polad Həşimovla bərabər bir neçə yüksəkrütbəli zabit və sıravi əsgərimiz qəhrəmancasına torpaqlarımızın toxunulmazlığı uğrunda şəhid olublar. General Polad Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycanın yüksək rütbəli zabitlərin əsgərlərlə birgə ön cəbhədə, birbaşa döyüşlərdə iştirak etməsi, vətən şərhədlərini öz qanları hesabına qorumaları böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsi sayılır. Müqəddəs şəhidlərimizi bir daha geri qaytara bilməyəcəyimizi düşünəndə, düşmənə nifrətimiz daha da artır.

Onu da bildirim ki, Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan ağır artilleriya atəşi nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı mülkü vətəndaşımız Əziz İzzət oğlu Əzizov həlak oldu. Dinc, mülki əhalini ağır silahlardan atəşə tutmaq, qocaları, qadınları, uşaqları qətlə yetirmək erməni

faşizminin ənənəvi əclaflığı kimi qəbul edirik. Bu döyüşlər onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa, düşmənə layiqli cavab verməyə daim hazırdır və ona qadirdir.

Bəli, hadisələr göstərdi ki, qatı düşmən hər zaman oluğu kimi, çox hiyləgər və məkirli siyasət aparır. Ermənilər dəfələrlə belə təxribatlara əl atmaqla, ölkəmizdə həyata keçirilən qlobal və milli tədbirləri, dəyərli layihələri arxa plana keçirmək istəyirlər. Lakin, ermənilər yaxşı bilir ki, xalqımız və dövlətimizin vəhdəti əbədidir! Bu birliyi elə bu günlərdə də gördük, istər qəhrəman şəhidlərimizin dəfn mərasimlərində, istərsə də Bakıda “Qarabağa azadlıq!” şüarı altında keçirilən mitinq-yürüşdə. Bununla belə, təəssüflər olsun, bir qrup şəxs vətənpərvərlərin ozamankı məlum gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək, evlərinə getdiyi halda, kiçik bir qrup rəsmi qurumların çağırışına məhəl qoymaq istəmədi. Milli orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşan bir qrup təxribatçı Milli Məclisin binasına qeyri-qanuni yolla daxil oldu, içəridəki avadanlığa zərər vurdu. Bu zaman hər kəs xatırlayır ki, həmin təxribatçı qrup üzvləri tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş verdi. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd etsələr də, geniş kütlə “Prezident İlham Əliyev”, “Ali Baş komandan, əmrinə müntəzirik”, “Milli Orduya dəstəkik!” şüarlarını səsləndirdi.

O günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə məruz qoyması ilə bağlı məlumatlandırsa da, bu təcavüzkar dövlətə qarşı heç bir ciddi əməli ölçü götürülmədi, beynəlxalq ictimaiyyət tərəfindən siyasi təzyiqlər edilmədi. Halbuki adıçəkilən beynəlxalq təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə çağırmalı, düşmənin hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə vaxtında reaksiya verməli və bunu ciddi qınamalı idi. Hər dəfəki kimi, yenə də ikili standartlardan Azərbaycan zərər gördü.

O məlum yürüş gecəsi aralarında gəncləri təxribata sürükləyənlər də vardı: minlərlə insan paytaxtımızın müxtəlif ərazilərindən yürüş edərək, “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, “İrəli, irəli, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirir, Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edirdi. Dəstək aksiyaları paytaxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilirdi. Bu onu göstərirdi ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək, cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.

Bu ilin əvvəllərindən etibarən koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda özgə ərazilərinə təcavüz edən Ermənistan öz layiqli cəzasını aldı. Ali Baş Komandanın rəhbərliyi altında ordu birləşmələrimiz növbəti dəfə, 2016-cı il aprel döyüşlərini, 2018-ci il Naxçıvan zəfərini ermənilərə xatırlatdı, yağı düşmənə layiqli cavab verildi. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah, dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyəti hesab olunur. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Bəli, biz bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüşməyə məcburuq. COVID-19 pandemiyası gözəgörünməz, ermənilər isə çirkin siyasətli, fürsətbazdırlar. Konfransımızın belə bir şəraitdə keçdiyini nəzərə alsaq, məsələyə bir qədər uzaqdan başlamağa məcbur oduğum üçün iştirakçılardan üzr diləyirəm.

Əslində, pandemiya dövründə insanların bir-birindən təcrid olunması, onların sevdikləri peşələrdən uzaq düşməsi, psixoloji təsirsiz ötüşmür. Ruh düşkünlüyü, açığını deyək, bekarçılığın yaratdığı stress cəmiyyətdə mənfi ovqatın fəallaşmasına səbəb olur. Buna görə də yaranmış vəziyyətdə mənəvi tərəfləri düşünmək daha

vacibdir. İstər telekanlallar, istərsə də mətbuat vasitələri, o cümlədən, İnternet və müxtəlif sosial şəbəkələr əhalidə ruh yüksəkliyini qoruyub saxlamağa xidmət etməlidir. Qeyri-Hökumət Təşkilatları və digər ictimai birliklər cəmiyyətin mənəvi tarazlığını tənzimləyən orqanlarla, təşkilatlarla birlikdə ideoloji-mənəvi sahələrdə fəaliyyətlərini yüksək psixoloji hazırlıqla həyata keçirməlidirlər. Bir sözlə, keçirilən yığıncaqlar, konfranslar daha çox insan amilinə hesablanmalıdır. Bu məsələ öz əksini, hətta, gündəlik, aylıq və illik iş planlarında da tapmalıdır.

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dövlətimizin sosial-mədəni siyasətini dəstəkləyərək, mütəmadi olaraq Azərbaycan ailə dəyərlərinin, milli-mənəvi məsələlərin tanıtımı və təbliği istiqamətində layihələr həyata keçirir. Təşkilat mütəmadi olaraq milli ailə modellərinin təhlili məqsədi ilə kütləvi araşdırmalar, elmi-sosioloji təhlillər də aparır.

2019-cu ildə "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində "Modern Azərbaycan ailə modeli” adlı elmi-kütləvi topluda, bundan sonra hazırda təklif etdiyimiz “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələri üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” adlı yeni layihə çərçivəsində nəşri nəzərdə tutulmuş topluda vətəndaş - cəmiyyət məsələlərinin psixo-sosial tərəfləri də təhlilə cəlb olunur.

Biz təşkilat olaraq hər zaman ənənəvi metodlarla yanaşı, innovativ üsullardan da yararlanmağa çalışırıq. Görüşlər, tanıtım mərasimləri ilə bərabər, kitabların, elmi-kütləvi topluların nəşri, onların təqdimatları və paylanması, eyni zamanda, virtual aləmdə, sosial şəbəkələrdə, İnternet saytlarında, elektron kitabxanalarda nəşrlərimizin elektron variantlarını yaymağa hər vaxt üstünlük vermişik. Azərbaycan milli ailə adətləri, etnik ənənələri, xalqımızın milli-mental dəyərləri pandemiya dövründə insanlarımıza necə kömək edər bilər? Bu yöndə insanlara psixoloji, mənəvi kömək etməyə çalışmışıq və bundan sonra da o mövzularda layihələrimizi davam etdirmək fikrindəyik.

İctimai təşkilatlar post-pandemiya dövründə və ümumiyyətlə, pandemiyanın gözlənilən ikinci və yaxud 3-cü mərhələsində koronavirusla mübarizə aparmaq

üçün mütləq ən yeni innovativ metodlardan, informasiya texnologiyalarından bəhrələnməli, yeni üsullarla maarifləndirmə, təbliğat işlərini aparmalı, bu problemin həllində vətəndaşlarımıza və cəmiyyətimizə kömək etməlidir. Vətəndaş cəmiyyəti olaraq bizlər işimizi müxtəlif istiqamətdə qurmalıyıq. Fikir versək, görərik ki, bütün dünyada belədir: ictimai təşkilatlar innovativ təkliflər, fərqli metodlarla çıxış edirlər. İctimai təsisatlar və vətəndaş cəmiyyəti ortaya çıxan hansısa problemin həllində, hər hansı bir məsələnin cəmiyyətin böyük bir hissəsinə çatdırılmasında xüsusi rolları müəyyənləşməlidir. Bu baxımdan da COVİT-19 virusuna yoluxmuş xəstələrlə bağlı ictimai qrumların vəzifələri, görəcəkləri işlər aydın müəyyənləşdirilməlidir.

Yoluxmuş vətəndaşın xəstəliyini hansı dərəcədə keçirdiyi səhiyyə təşkilatları ilə birlikdə dəqiq müəyyənləşdirilməlidir ki, o cür insanlar cəmiyyətə yenidən inteqrasiya etmələri asanlaşsın. Koronavirus xəstələrinə psixoloji yardımların göstərilməsi, eyni zamanda, onlara öz sağlamlıqlarını sona qədər bərpa etmələri və istehsalata, cəmiyyətə, yaxud köhnə iş yerlərinə qayıtmalarına kömək etmək indi daha vacib sayılır. Bu baxımdan ictimai təsisatların, vətəndaş cəmiyyəti qurumlarının və QHT-lərin üzərinə çox böyük məsuliyyət düşür. Sözsüz, belə mürəkkəb dövrdə biz QHT-lər öz üzərimizə düşən ictimai vəzifələri layqincə yerinə yetirməliyik.

Çıxışımın sonunda onu da bildirim ki, belə bir onlayn konfransın təşkili olduqca vacib idi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvlərinə, şəxsən, cənab Azay Quliyevə və virtual tədbir iştirakçılarına xüsusi minətdarlığımı çatdıram...”
Koronavirus və cəmiyyətdə psixoloji durum
Cəmilə Çiçək (İsbəndiyarova),
"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə
Yardım İctimai Birliyinin sədri,
tədqiqatçı-jurnalist,
AJB və AYB-nin üzvü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar