Sizin Reklam Burada
Xəbər lenti
06-11-2025
05-11-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat təklif etdi - Rəis “yox” dedi

Tarix: 06-11-2025 21:38     Baxış: 433 A- / A+
deputat-teklif-etdi
Minimum əməkhaqqı alanların vergidən azad olunması təklif edilir.

Bu barədə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

O qeyd edib ki, dövlət sektorunda minimum əməkhaqqı alan vətəndaşlar üçün 200 manatlıq azadolma nəzərdə tutulsa da, özəl sektorda ümumiyyətlə, hər hansı azadolma təklif olunmur:

“Halbuki, əksər dövlətlərdə minimum əməkhaqqı gəlir vergisindən azaddır. Ona görə təklif edərdim ki, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunsun. Hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilsin. Bu, minimum əməkhaqqı alan vətəndaşlarımızın sosial müdafiəsi baxımından vacibdir. Həmin vətəndaşların maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirəm”. 

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılması məsələsinə münasibət bildirib:

“Vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılması məsələsi qeyd olundu. O özəl sektorda qaldırılsa idi, sual yaranardı ki, niyə dövlət sektoruna tətbiq olunmur? Bu, daxildə müzakirə olunub, biz həmkarlarla müzakirə etmişik. Vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılmasının dövlət büdcə gəlirlərinə kifayət qədər təsiri var. Biz burada müəyyən balans tapmalıydıq”, - DVX rəisi bildirib. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar