Sizin Reklam Burada
Xəbər lenti
06-11-2025
05-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda musiqiçi evi təmizləməyən arvadını DÖYDÜ

Tarix: 06-11-2025 20:50     Baxış: 324 A- / A+
Bakıda musiqiçi evi təmizləməyən arvadını DÖYDÜBakıda evin təmizliyinə görə arvadını döyən kişi həbs olunub.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

53 yaşlı Şamil Səfərov (ad və soyad şərtidir) yaşadıqları evdə yatdığı yerdə arvadını yumruq və təpik zərbələri ilə döyüb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arvadı ilə 2001-ci ildə ailə qurublar və nikahdan 3 övladları var:

"Musiqiçiyəm, toylarda qarmon ifa edirəm. Həyat yoldaşım evin təmizliyinə fikir vermir, məni də baxımsız saxlayır. Dəfələrlə buna görə dalaşmışıq. Əvvəl də arvadımı döydüyümə görə məhkum olmuşam. Əməlimdən peşmanam".

Zərərçəkən qadının sözlərinə görə isə yaşadıqları ərazidə yerləşən "Papa-Jons" restoranında gecə və gündüz növbəli qaydada işləyir:

"Günortadan sonra işdən yorğun gəlib uzanıb dincəlirdim. Həmin vaxt ərim gəldi ki, məni şikayəti etmisən, mənə "işverən" dedi. Sonra mənə zərbələr vurdu. Daim döyüldüyüm üçün səhhətimdə problemlər yaranıb".

Zərərçəkən şəxs həyat yoldaşını bağışlamadığını bildirib və onun azadlıqdan məhrum edilməsini istəyib.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda Şamil Səfərov barəsində 3 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar