Xəbər lenti
Pakistan Əfqanıstan ərazisinə zərbələr endirdi
Bu barədə AFP əfqan hərbi mənbəyə və şahidlərə istinadla məlumat yayıb.
“Pakistan yüngül və ağır silahlardan istifadə edib, mülki əraziləri hədəfə alıb”, - adının açıqlanmasını istəməyən əfqan hərbi mənbə deyib.
Hadisə şahidlərinin sözlərinə görə, atəş 10-15 dəqiqə davam edib.
İnsidentə baxmayaraq, Əfqanıstan tərəfi İstanbulda davam edən dialoqa hörmətlə yanaşaraq, cavab tədbiri görməyib.
Oktyabrın 9-dan başlayaraq altı gün ərzində Əfqanıstan və Pakistan bir-birini bombalayıb, nəzarət-buraxılış məntəqələrini ələ keçirib və 48 saatlıq atəşkəs və münaqişəni dialoq yolu ilə həll edənə qədər “qələbələr” elan ediblər. Münaqişə terrorçulara sığınacaq verməkdə qarşılıqlı ittihamlar fonunda böyüyüb.
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı vəziyyəti şərh edib. O qeyd edib ki, o, “sülh qurmaqda yaxşı”dır və Pakistan və Əfqanıstan arasında toqquşmalar barədə eşidib, lakin hazırda başqa münaqişənin həlli ilə məşğuldur. publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































