Xəbər lenti
Bu imtahanın nəticələri nə zaman açıqlanacaq? - RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 780 nəfər sınaqda iştirak edib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda sınaq prosesində iştirak etmiş şəxslərin nəticələrinin emalı yekunlaşıb:
"Yaxın vaxtlarda iştirakçıların imtahan nəticələri onların qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanlarına göndəriləcək".
Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib.
Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































