Sizin Reklam Burada
Xəbər lenti
06-11-2025
05-11-2025
BÜTÜN XƏBƏRLƏR

Beyləqanda ata 31 min manat aliment borcuna görə həbs olundu

Tarix: 07-11-2025 09:02     Baxış: 324 A- / A+
Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.

Rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub. Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.

Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə, qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Beyləqan Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o bu borcu ödəməkdən imtina edib.

Məhkəmənin hökmü ilə S.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar