Sizin Reklam Burada
Xəbər lenti
07-11-2025
06-11-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuatın "intihar" orkestri“...

Tarix: 07-11-2025 18:18     Baxış: 322 A- / A+
Emil Rasimoğlu
şair – publisist




Son günlər ölkədə çap mediasının (qəzetin) hazırkı durumunun əksər media mənsubları tərəfindən necə deyərlər, qəzetin halına ağlamışcasına müzakirəyə çıxarılması sözün bütün mənalarında adama qəribə gəlir...

Doğrudu, qəzet (qəzetçilik) ənənələrinin varlığı qalıcılıq baxımdan daha çox güvənclidir, etibarlıdır... amma və lakin(!) bu məsələnin texniki tərəfidir.

XÜSUSƏN DƏ qəzetin durumundan söz açmazdan ÖNCƏ ölkədə mətbuatın hansı situasiyada olmasından, bir az da konkret desək, (az qism istisna!) mətbu orqanların, mətbu prinsiplərin (hətta jurnalist və jurnalistika varlığının) hansı situasiyada can çəkməsindən danışmaq lazımdır, əzizlərim...

Öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!)... və bütün bunların fonunda necə deyərlər, mətbuatın anasını ağlar qoyan bir çox əliqələmlilər indi gəlib mətbuata ağ gün axtarır.

... Az qism mətbuat nümayəndəsi və az qism mətbu orqan istisna olmaqla(!) bu gün bir dönüb (zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, eyni zamanda, “maraqların diqtəsi” ilə) anasını ağlar günə qoyduğunuz, genetikasını zədələdiyiniz (hətta dəyişdiyiniz!) mətbu orqanlara... və o orqanların fonunda öz durumunuza baxırsınızmı?

... YAXŞI XATİRİMDƏDİR, Yazıçılar Birliyinin son qurultayı məsələləri dönəmi idi. Günlərin bir günü Teleqraf.com – un əməkdaşı (daha dəqiq desək, Qurban Yaquboğlu) gedib Anardan müsahibə aldıqdan sonra Anarın həmin müsahibədəki fikirlərinə münasibətimi öyrənmək üçün mənə üz tutdu... və təbii ki, suallarını qətiyyət və ədalətlə cavabladım, münasibətimi ortaya qoydum.

Amma və lakin(!) gözəlim məmləkətin bu cənab jurnalisti (həm də intihar ipindəki prinsipləri özünə göz dağı olmuş jurnalisti!) Qurban Yaquboğlu nə desə (əslində isə nə etsə) yaxşıdır?

“Biz bu müsahibəni “yumşaq” variantda, “yumşadılmış” variantda verə bilərik” – deyib, HƏTTA ərinmədən (əslində isə öz çatlamış mövqeyindən təəssüf hissi keçirmədən!) müsahibəni necə deyərlər, “budayıb”, öz “jurnalist xarakteri”nin gününə salmışdı da!... və təbii ki, bu dəfə mənim tərəfdən həmin müsahibənin (o vəziyyətdə!) yayımlanmasına qəti razılıq verilmədi.

Baxın, həmin zaman Qurban Yaquboğlunun (media nümayəndəsi kimi) qarşımda aldığı “güllələnmiş” surəti ƏSLİNDƏ, (az qism istisna!) Azərbaycan mətbuatının, jurnalistinin və jurnalistikasının(!) hazırkı çağımıza qədər gəlib çıxan surəti idi...

... Mətbuat və jurnalist taleyinə nə oldusa elə Qurban Yaquboğlunun dediyi həmin o “yumşalmaların” fonunda, mahiyyətində, tərkibində, girdabında oldu.

... İNDİ ƏZİZLƏRİM, siz də görün, nəyi qoyub, nədən danışırsınız. Necə deyərlər, lələ köçüb, heç yurdu da qalmayıb!..


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar