Xəbər lenti
Çində ömrü uzatmaq üçün həblər hazırlanır
Çində ömrün uzunluğunu artırmağa yönəlmiş texnologiyaların inkişafı ilə məşğul olan "Lonvi Biosciences" laboratoriyası fəaliyyət göstərir.Qeyd olunur ki, "Lonvi Biosciences" uzunömürlülük tibbi sahəsində ixtisaslaşmış bir startapdır. Bu laboratoriya Çinin cənub hissəsində - Şençjen şəhərində yerləşir. Şirkət yaşlanma proseslərini yavaşladan innovativ həblər yaradıb. Onların əsasını üzüm çəyirdəklərindən alınan ekstraktdan əldə edilən birləşmə təşkil edir.
Şirkətin fəaliyyətinin əsasını Şanxaydan olan alimlər qrupunun dərc etdiyi elmi araşdırmalar təşkil edir. Bu araşdırmalar zamanı müəyyən edilib ki, üzüm çəyirdəklərindən alınan prosianidin C1 (PCC1) siçanların ömür müddətini 9.4% artıra bilər və tətbiq edildikdən sonra onların həyatını əhəmiyyətli dərəcədə - 64.2% uzadır.
"150 yaşa çatmaq tamamilə əldə edilə bilən bir hədəfdir. Bir neçə il ərzində bu reallığa çevriləcək", - şirkətin texniki direktoru Lyu Tsinhua bildirib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























