Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gözlərin aldadır, yar

Tarix: 09-11-2025 10:14     Baxış: 345 A- / A+


Nazilə Gültac
Nazilə Gültac


Hekayə

Şəhidlərimizin unudulmaz xatirəsinə

Günəş ziyasını yamaclardan yavaş- yavaş çəkirdi. Gah buludların arxasında yox olur, gah da güneylərə solğun təbəssümlə baxır, sanki
təbiətlə gizlənpac oynayırdı. Əsən küləyin bütün bunlardan xəbəri yoxmuş kimi yarpaqları xəfif- xəfif tumarlayır, onlarla pıçıldaşır, ağacların
“saçını” darayırdı. O, isə həyətdə oturub, bu olanlardan xəbərsiz qucağındakı körpəsinin mışıl- mışıl yatmasına tamaşa edirdi. Dərindən
köks ötürdü, taleyin onunla olan oyunu ürəyini üşütdü. Nəhayət, başını qaldırıb səmadakı əlçim buluda baxdı, kiçik bir bulud düz onun
qənşərində asılıb qalmışdı. Topa- topa süzüb keçən buludlardan fərqli olaraq o bulud tərpənmir, elə bil ona nəsə demək istəyirdi, - yoxsa, o da
həmdəmini itirib? - deyə öz- özünə pıçıldadı, səsi titrədi, kövrəldi.
Ürəyi çırpındı, qəlbinin telləri tarıma çəkildi. Yaxından doğma bir mahnı səsi gəldi. Vüsal bu mahnını onun gözləri üçün oxuyurdu, yaxşı səsi vardı.

Gözlərin aladır yar,
Bir cüt piyalədir yar.
Dərdimin dərmanıdır,
Başıma bəladır, yar.

Gözlərini süzmə, gəl,
Ürəyimi üzmə, gəl,
Səndən yaxın kimim var,
Məndən tez- tez küsmə, yar.

Təzə bahar gülüsən,
İstəkli sevgilim sən,
Dodaqların qönçədir,
Qoy açılsın, gülümsə.
Sağa - sola boylandı, heç kim yox idi. Birdən anladı: - bu nəğmə onun qəlbində oxunurdu, səs daxilindən gəlirdi. Bir zamanlar sevgilisinin
oxuduğu mahnını oxuyurdu ürəyi. Həyəcanlandı, yox, mahnı əvvəlki kimi alınmırdı, nəsə yarımçıq idi. Göz yaşları damla- damla axıb mahnının
sözlərini qarışdırmışdı. Ötəh günlərə boylandı: - odur, bax, həyatının bəzəyi gəlir. Hə, hə, özüdür, üzündə də bir dünya məhəbbət işığı. Anidən əvvəlki vərdişiylə yerindən sıçramaq, ona tərəf qaçıb gətirdiyi gülləri alıb köksünə sıxmaq, o geniş sinəyə sığınmaq istədi. Başını dolandırıb, baxışlarını qarşı təpədəki qəbirstanlığa dikdi, könlünə qırov düşdü. Canının bir yarısı – sevgili həyat yoldaşı orada – Şəhidlər Xiyabanında uyuyurdu. Pıçıldadı :
- Bütün hər şeyimi- sevincimi, xoşbəxtliyimi özünlə apardın. Azğın düşmən səni və sənin kimi oğulları əlimizdən aldı. Yaraların hələ də
incidirmi səni, mənim igid əsgərim? Sənli yaralar məni çox incidir.
Dedilər ki, ağrıların əlindən çox əzab çəkirmişsən, əlin, ayağın parça-parça olubmuş, zalım qəlpələr ürəyinə dolubmuş. Bunları mənə
dostların danışdı. Son nəfəsində mənim adımı sayıqlamısan. Üzünü görmədiyin oğlumuza sənin adını vermişəm. Barı, orada yaraların səni
incitməsin, rahat uyu, əzizim.
Birdən ona elə gəldi ki, kimsə adını çəkdi:
-Gözəlim, Sevincim. Sizin fikrinizi çəkirəm, ona görə rahat uyuya bilmirəm. Səni xoşbəxt edə blmədim, məni bağışla. Qələbəyə qədər döyüşə
bilmədim, düşmənin amansız gülləsi məni tapdı. Sən mənim üçün həmişə o mahnımızı oxu. Aşiqi olduğum ala gözlərinin mahnısını. Mənim üçün ən rahat, ən gözəl yer sənin ürəyindir. Nə qədər ki, ürəyindəyəm, mən rahat olacam.
Əbədi məhəbbətim həmişə səninlədir, balamızı böyüt. Heç vaxt ağlama,
üzülməəəəəə!……
Səs getdikcə uzaqlaşıb itdi. Külək də anidən dayandı, bir anlığa hər yer
sükuta qərq oldu.
Sevinc bir xeyli gözlərini təpədən çəkə bilmədi. Elə bil günəş də nəsə hiss etmişdi. Orada ilişib qalmış, çəkilmək istəmirdi. Sevincə elə gəldi ki,
günəş səmadan qopub qəlbinə düşdü, bütün varlığı isindi. Ürəyini heç vaxt üşütməyəcəyinə söz verdi. Çünki o ürəkdə doğma insan- sevgilisi
yaşayacaqdı. Sevgisini üşütməyə haqqı yox idi. Sevgisiylə oğlunu böyüdəcəkdi. Ayağa durdu, körpəsini aparıb beşiyinə qoydu. Neçə vaxtdan
bəri susan ürəyi yenidən doğma mahnısını oxuyurdu: “Gözlərin aladır,yar”…


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar