Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abxaziya MR Ali Şurasının Sədri: “Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq”

Tarix: 07-09-2020 21:01     Baxış: 3394 A- / A+
Abxaziya MR Ali Şurasının Sədri: “Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq”


"Ermənistanın Gürcüstanın lehinə olan BMT qətnamələrinə göstərdiyi münasibət Gürcüstanda narazılıq və təəccüblə qarşılanır".

Manevr.az apa-ya istinadən bildirir ki, onun sözlərinə görə, bu il rekord sayda ölkədən dəstək alaraq qəbul edilən qətnamə layihəsinə qarşı qonşu Ermənistanın göstərdiyi münasibət gürcü cəmiyyəti üçün anlaşılmazdır. Belə davam edəcəyi təqdirdə Abxaziya və digər bölgələrdən olan qaçqınlar etiraz aksiyası keçirə bilər.

"Bir neçə gün əvvəl BMT Baş Assambleyasının iclasında Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı növbəti qətnamə qəbul edildi. Bu qətnamənin qəbul edilməsini 84 ölkə dəstəklədi ki bu da rekord göstərici idi. Bu cür hadisə əvvəl olmamışdı. Qətnamənin əleyhinə səs verən ölkələrin sayı isə minimum həddə idi. Bu hadisə gürcü diplomatiyasının böyük uğurlarındandır. Ancaq, təəssüf ki, qətnaməyə dəstək olan dövlətlər arasında qonşu Ermənistan yer almadı. Ermənistan bu cür ciddi qətnamələrin qəbul edilməsinə bəzən qarşı çıxır, bəzən isə ümumiyyətlə iştirak etmir. Əlbəttə bu cür münasibət gürcü tərəfinin narazılığına səbəb olur. Qonşumuzun bu cür hərəkəti xüsusilə də məcburi köçkün olan əhalidə təəccüb və narahatlıq doğurur. Mən düşünürəm ki, belə davam etsə, həmin əhali Ermənistanın bu cür davranışına qarşı aksiyalar belə keçirməyə başlayacaq. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinə də hörmətlə yanaşmır. Bu baxımdan biz Ermənistanın BMT qətnamələrinə qarşı bu cür münasibətinə həm də təəccüblənmirik".

Türkiyə və Azərbaycanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini deyən C. Qamaxariya hər iki ölkəyə təşəkkür edib.

Bildirib ki, Gürcüstan və Azərbaycan ərazilərin işğalı faktına qarşı birgə mübarizə aparmalıdır: "Gürcüstan və Azərbaycanın yeganə problemi var - ərazi bütövlüyü. Biz Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq. Bu gün və ya sabah Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və Dağlıq Qarabağ yenə Azərbaycanın olacaq. Abxaziya və Sxinvali regionları da Gürcüstana qaytarılacaq. Bundan isə sadəcə Azərbaycan və Gürcüstan deyil, eyni zamanda Ermənistan da qazanacaq, çünki son nəticədə regionda sülh bərqərar ediləcək. Nəticədə iqtisadiyyatımız inkişaf edəcək ki, buna bizim çox ehtiyacımız var. Mən Azərbaycanın ərazi bütövlüyünə dəstəyimi bir daha vurğulamaq istəyirəm və Azərbaycana, həmçinin Türkiyəyə hər bir məsələdə dəstək olduqları üçün təşəkkürümü bildirmək istəyirəm. BMT, Avropa Şurası, ATƏT, və digər təşkilatlarda biz bu dəstəyi görürük. Mən əminəm ki, Gürcüstan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz ölkələrimizin bütövlüyü və inkişafı üçün birgə mübarizə aparmalıyıq".

Məsələyə münasibət bildirən gürcü politoloq Tengiz Txilava isə bildirib ki, Ermənistan ənənəvi olaraq, BMT-də Gürcüstanın lehinə olan qətnamələrin ya əleyhinə səs verir, ya da səsvermədən boyun qaçırır.

Qeyd edib ki, Ermənistanın bu cür davranışına heç bir şəkildə izah vermək mümkün deyil.

"Təəssüf ki, biz bir daha bizə qonşu olan Ermənistan heyətinin BMT-də Gürcüstanın əleyhinə davranmasının şahidi olduq və bu, ilk hal deyil. Gürcüstanlı qaçqınların geri qayıtması məsələsində Ermənistan heyəti ənənəvi olaraq əleyhinə səs verir. Onlar bizimlə şəxsi söhbətlərində bu cür davranışlarının səbəbini belə izah edirlər ki, əgər gürcü qaçqınların qayıtmasının lehinə səs versələr, azərbaycanlı qaçqınlar da Dağlıq Qarabağa qayıtmalıdırlar. Lakin biz bu cür səbəbləri qəbul edə bilmərik, çünki həm gürcü, həm də azərbaycanlı qaçqınlar şərtsiz öz evlərinə qayıtmalıdırlar", - o bildirib.

T. Txilava qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Gürcüstanın mövqeyini dəstəkləyir və Gürcüstanın ehtiyac duyduğu qərarları qəbul etməkdən çəkinmir: "Ermənistandan fərqli olaraq, bizim digər qonşu, dost və strateji tərəfdaşımız olan Azərbaycan bu və digər məsələlərdə Gürcüstan üçün hər zaman ehtiyac duyulan qərarları verir. Azərbaycan istər BMT-də, istərsə də digər beynəlxalq təşkilatlarda hər zaman Gürcüstanın xeyrinə olan qərarları dəstəkləyir. Gürcüstan da Azərbaycan tərəfi üçün bu cür addımlarla cavab verir və əminəm ki, gələcəkdə də Gürcüstanın addımları bu yöndə olacaq. Ümid edirəm ki, Gürcüstan və Azərbaycan dost, qonşu və strateji tərəfdaş ölkələr olaraq bir-birinin tərəfini tutmaqda davam edəcəklər".

"Sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən "Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu" adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib. Azərbaycan həmişə olduğu kimi qətnamə layihəsinin lehinə səs verib, Ermənistan səsvermədə iştirak etməyib".

Bunu isə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, qətnamə Abxaziya və Sxinvalidən/Cənubi Osetiyadan olan bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyır və məcburi demoqrafik dəyişikliklərin qəbuledilməz olduğunu vurğulayır. Ermənistan bu qətnaməni dəstəkləməməklə Gürcüstana və onun ərazi bütövlüyünə növbəti dəfə zərbə vurub: "Yəqin ki, Gürcüstanın Azərbaycana qarşı qəbuledilməz ritorikadan istifadə edən bəzi dairələri, Azərbaycan ərazilərinin işğalında iştirak edən Mixail Avakyana abidə qoyulmasına imkan verənlər, Keşikçidağda baş verənləri, Rusiyanın Gürcüstan üzərindən Ermənistana silah daşımasını dəstəkləyənlər bu səsvermədən bir daha lazımi nəticə çıxaracaq".

Millət vəkili qeyd edib ki, Azərbaycanın səsvermədə iştirak edərək layihənin lehinə səs verməsi dövlətimizin münaqişələrin sülh yolu ilə həllində maraqlı olmasının göstəricisidir: "Azərbaycan özü neçə illərdir, Ermənistanın təcavüzü ilə üz-üzə qalıb. Eyni zamanda Azərbaycan Gürcüstanla qonşu ölkədir və ölkələrimiz arasında kifayət qədər yüksək qarşılıqlı əməkdaşlıq mövcuddur. Düzdür, ermənipərəst dairələr Azərbaycanla Gürcüstan arasında da müəyyən problemlərin yaradılmasında maraqlıdırlar və bunun üçün də müxtəlif təxribatçı planlara əl atırlar. Lakin Azərbaycan sülhməramlı bir dövlət olduğu üçün istənilən məsələyə diplomatik müstəvidə qiymət verməyə və təxribatlardan uzaq olmağa çalışır. Ermənistan isə ilk dəfə deyil ki, sülhməramlı məsələlərə qarşı çıxış edir. Birincisi bu, Ermənistanın işğalçı və təcavüzkar xislətində irəli gəlir, ikincisi, Ermənistan hər bir sahədə olduğu kimi, xarici siyasətin yürüdülməsində də müstəqil deyil, hər hansı bir dövlətin diqtəsini gözləyən bir ölkədir. Xatırlayırsınızsa, cənab Prezident İlham Əliyev koronavirus pandemiyası ilə əlaqəli BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edərkən dünyanın böyük əksəriyyət ölkələri həmin təşəbbüsü yekdilliklə dəstəklədi, bir Ermənistandan başqa. Əslində burada bütün dünyanı narahat edən məsələnin müzakirəsindən söhbət gedirdi. Ancaq Ermənistan yenə də öz xislətindən uzaq dura bilmədi".

Qeyd edək ki, sentyabrın 3-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın təşəbbüsü ilə irəli sürülən "Gürcüstanın Abxaziya və Sxinvali bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə" ənənəvi qətnamə layihəsi səsə çıxarılıb. 84 ölkə qətnamənin lehinə, 13 ölkə isə əleyhinə səs verib, 78 ölkə isə səsvermədə iştirak etməkdən imtina edib.

Azərbaycan əvvəlki illərdə olduğu kimi Gürcüstanın lehinə olan qətnaməni dəstəkləyib, Ermənistan isə ənənəsinə sadiq qalaraq bu il də səsvermədən boyun qaçırıb. Ermənistanın sərgilədiyi davranış Gürcüstanda narazılıqla qarşılanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar