Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya narahatdır -Türkiyə fəallaşdığı üçün

Tarix: 06-01-2017 11:42     Baxış: 5403 A- / A+
Rusiya narahatdır
Türkiyənin Qafqazda fəallaşması ilk növbədə Azərbaycanın maraqları ilə üst-üstə düşür, amma...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Qafqaz və türkdilli dövlətlərlə daha sıx yaxınlaşma siyasətinin fəallaşdırılacağını açıqlayıb.

Türkiyənin elan etdiyi hər iki hədəfin Azərbaycana da aid olduğu məlumdur. Bir çox ekspertlər hesab edir ki, Türkiyənin Qafqazda fəallaşması, böyük dövlət olaraq nüfuz dairəsini genişləndirməsi ilk növbədə Azərbaycanın maraqları ilə üst-üstə düşür.

Qarabağ məsələsinin ədalətli həllində də Türkiyənin bölgədə siyasətinin fəallaşmasının təsiri olacağı bildirilir.

Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Qabil Hüseynli Türkiyənin türkdilli dövlətlər və Qafqaz siyasətini fəallaşdırmaq istədiyinin artıq müşahidə edildiyini bildirdi. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu ilk növbədə türkdilli dövlətlərlə əlaqələrinin yeni formalarının tapılması, əlaqələrin uzlaşdırılması ilə reallaşdırmaq istəyir. Türkiyə Qafqazdakı Azərbaycan, o cümlədən Türkmənistan və Qazaxıstanla münasibətləri daha da yaxınlaşdıracaq, Qırğızıstanla münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Türkiyənin strategiyası türk dövlətlərinin böyük birliyini yaratmaqdan ibarətdir: “Bu birlik hələ iqtisadi zəmində formalaşa bilər. Bu isə türkdilli ölkələrin siyasi sahədə də birliyinin yaranıb formalaşmasına perspektivlər aça bilər. Məsələn, bu gün türkdilli respublikaların Parlament Assambleyası mövcuddur. Onun mərkəzi Bakıda yerləşir, amma hələ ki 4 türkdilli respublika daxil olub. Bunların sayını daha da çoxaltmaq olar. Məsələn, oraya Türkmənistan və Özbəkistan da qoşula bilər. Türkiyə böyük hədəflər götürüb və buna çatmaq üçün səy göstərir. Azərbaycanla və Gürcüstanla əlaqələrin daha da gücləndirilməsi vasitəsilə isə Qafqaz siyasətini fəallaşdırmaq istəyir. Türkiyə Dağlıq Qarabağ probleminin həllinin vacibliyini də önə çəkə və Ermənistanla da əlaqələrin yaranmasında şərt kimi Azərbaycan torpaqlarının azad edilməsini əvvəllər olduğu kimi irəli sürə bilər. Türkiyə hesab edir ki, Rusiya ilə yaxınlıqdan istifadə edib Qafqaz siyasətini fəallaşdırmaqla bölgədə təsir gücünü artıra bilər”.

Politoloqun sözlərinə görə, burada Rusiyanın Qafqaza özündən başqa ikinci gücün nüfuz etməsinə heç vaxt müsbət yanaşmadığını, bunu həzm etmədiyini nəzərə almaq lazımdır. Bu amil Türkiyənin qarşısında da maneəyə çevrilə bilər: “Rusiya həmişə ayrı-ayrı türk respublikalarını öz tərəfinə çəkmək, onlara müxtəlif yollarla təsir etməklə böyük türk birliyinin yaranmasına maneçilik göstərir. Türkiyənin Qafqazda fəallaşmasına və nüfuz etməsinə də çox güman ki, seyrçi qalmaz. Odur ki, Rusiya faktorunu ciddiyə almaq lazımdır. Müəyyən qədər də İran faktoru Türkiyənin qarşısında maneədir. Bu iki dövlət türkdilli dövlətlərin birliyindən oddan qorxan kimi qorxurlar, Türkiyənin isə Qafqaza nüfuz etməsini istəmirlər.

Türkiyə kürəyini ABŞ-a və NATO-ya söykəyib türkdilli dövlətlərin birliyini yaratmaq və Cənubi Qafqazda möhkəmlənməyə səy göstərsəydi, bu istəyin alınacağını söyləmək mümkün idi. Amma Türkiyə düşünürsə ki, Rusiya ilə yaxınlaşma onun Cənubi Qafqazda fəallaşmasına, türkdilli dövlətlərin birliyini yaratmasına şərait yaradacaq, Rusiya buna göz yumacaq, yanılır. Rusiya çətin ki, bu iki məsələdə ürəyiaçıqlıq nümayiş etdirsin.

Hələlik Türkiyə maneəsiz müəyyən addımlar atır. Məsələn, Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyünün görüşü baş tutub və bu görüşdə uzağa gedən məqsədlər bir layihə halında gündəmə gətirilib. Bu yaxınlarda Türkiyə, Azərbaycan və Türkmənistan üçlü görüşü baş tutacaq. Bu görüşdə də çox mühüm məsələlər gündəmə gətiriləcək. Bütün bunları nəzərə alaraq belə demək mümkündür ki, proses başlayıb və özünün ilkin mərhələsindədir. Ancaq baxaq görək Rusiya bu prosesə hansı mərhələyədək dözə biləcək"musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar