Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Musa Həsənov:"Gələcək haqqında çox nikbinəm, yaxın illərdə..."- MÜSAHİBƏ

Tarix: 19-12-2019 21:43     Baxış: 1627 A- / A+
Musa Həsənov:"Gələcək haqqında çox nikbinəm, yaxın illərdə..."- MÜSAHİBƏ


Bildiyiniz kimi, cari ilin 23 dekabr tarixində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə növbəti seçkilər keçiriləcək.
12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib.
Bu il artıq bələdiyyələrin fəaliyyətə başlamasından 20 il ötür. Yerli özünüidarəetmə orqanları arasında Azərbaycanda ən böyük bələdiyyələrdən də biri Sumqayıt şəhər Bələdiyyəsidir. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunur ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin. Bəs Sumqayıtda bu necə mümkün olur? Bu barədə Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənovla söhbətləşdik.


- Bu il bələdiyyələrin fəaliyyətinin 20 ili tamam olur. Musa müəllim, sizcə, ötən müddət ərzində bələdiyyələr yerli özünidarəetmə orqanı kimi formalaşa bildimi?

- Tarix baxımından 20 il elə də böyük bir zaman deyil, lakin eyni zamanda böyük bir müddətdir. Bələdiyyələrimizi 20 yaşlı gəncə bənzədirəm. Bu yaşda olan gənclər bir az çılğın, bir az təcrübəsiz, arzuları böyük, amma imkanları məhdud olur. Böyük işlər görmək istəyir, lakin o arzularla imkanlar üst-üstə düşmür. Enerjisi çoxdur, təcrübə isə azdır. Bələdiyyə son 20 ilin məhsuludur və Sumqayıtda olan təməl çox düzgün qurulub. Həmin dövrdə bələdiyyəyə indiki icra başçımız Zakir Fərəcov rəhbərlik edib və bələdiyyə ölkənin digər bələdiyyələri üçün sözün həqiqi mənasında bir təcrübə məkanı olub. Bələdiyyəmiz çox gözəl işlər görüb, layihələr həyata keçirib. Son dövrlərdə bələdiyyənin fəaliyyətində müəyyən səbəblərdən durğunluq yarandı. Bələdiyyə əvvələr başladığı işləri, layihələri həyata keçirə bilmədi. Mən son beş ildə bələdiyyədə fəaliyyət göstərirəm. Bu müddət ərzində müəyyən layihələr həyata keçirilib.

- Cəmiyyətdə bələdiyyələr haqqında belə bir fikir formalaşıb ki, ancaq torpaq satmaq işlərinə baxır və bələdiyyə deyəndə yalnız bu fikir formalaşır. Ümumiyyətlə, bu, nədən irəli gəlir və bu fikri bələdiyyələr öz fəaliyyəti ilə aradan qaldıra bildimi?

- Təəssüflər olsun ki, bələdiyyələr haqqında cəmiyyət arasında hələ də belə fikirlər səslənir. Sumqayıt bələdiyyəsi nə qədər yaxşı işləsə belə, həmin fikri dəyişdirmək iqtidarında deyil. Çünki söhbət ümumən bələdiyyələrdən gedir. Müəyyən irəliləyişlər var, lakin bu etimad tam doğrulmayıb və bu gün bələdiyyə insanların gözlədiyi zirvəyə hələ də yüksəlməyib. Zaman ən böyük hakimdir, həmin fikrin formalaşması üçün də müəyyən bir dövr lazım olacaq. Bir sıra addımlar atılıb, bu gün Sumqayıt şəhər Bələdiyyəsinin timsalında həyata keçirilən layihələri misal göstərsək, insanlarda həmin fikri müəyyən qədər dəyişdirmək olar. Lakin bunun üçün hələ xeyli işlər görülməlidir və ilk növbədə hər şey insan faktorunda dayanır. Layiqli namizədlər və işgüzar inzibati əməkdaşlar sayəsində insanların bələdiyyələr haqqında fikirləri dəyişər.

- Musa müəllim, Sumqayıt şəhər bələdiyyəsinin əsas büdcəsi hardan formalaşır?

- Sumqayıt şəhər Bələdiyyəsinin büdcəsi vergi və ödənişlərdən - əmlak vergisi, icarə haqları, mədən vergisi, bələdiyyənin yaratdığı qurumlardan gəlir vergisi və sairələrdən təşkil olunur. Sumqayıt bələdiyyəsi dövlət tərəfindən maliyyələşmir. Qanunla da bələdiyyə yerli özünüidarəetmə orqanıdır, bu elə qurulmuş bir qeyri-dövlət sistemidir ki, qanun çərçivəsində öz işlərini həll edir. Hazırda şəhər bələdiyyəsinin büdcəsi 1 milyon 500 min manatdır.

- Bələdiyyənin mənzillərdən topladığı əmlak vergisi ilə Mənzil İstismar Sahələrinin (MİS) yığdığı ev pulu insanlar arasında çaşqınlıq yaradır. Son 4 ildə bələdiyyələr özəlləşdirilmiş mənzillərdən əmlak vergisi toplamağa başladı. Bu da insanlar arasında müəyyən narazılıqlarla müşayiət olundu.

- Bunun ilkin səbəbi insanların məlumatsızlığıdır. Həm bələdiyyələr, həm də MİS-lər insanları maarifləndirməlidirlər. 2015-ci ildən bu tendensiyaya başlanılıb. Bununla bağlı biz bir sıra işlər gördük, görüşlər keçirdik ki, insanlar arasında çaşqınlıq olmasın. Əmlak vergisi özəlləşmiş mənzillər üçün Sumqayıt şəhərində 1 kvadratmetr üçün 30 qəpik nəzərdə tutulub. Məsələn, 100 kvadratmetrlik mənzildirsə, onun 30 kvadrat metrini dövlət bağışlayır, qalan 70 kvadratın isə hər kvadratına il ərzində 30 qəpik pul ödəyir. Bu halda vətəndaş 21 manat əmlak vergisi ödəməlidir. Lakin MİS-ə ödənilən məbləğ isə xidmət haqqı sayılır. Yəni məişət tullantılarının daşınması, binaların bloklarının təmiri, şüşələrinin dəyişdirilməsi və sair xidmətlərə görə yığılan vəsaitdir.

- Hazırda vəziyyət necədir, əmlak vergisinin toplanmasında çətinliklər varmı?

- Bəli, çox çətinliklə də olsa, artıq insanlarda o mədəniyyət formalaşıb və tam olmasa da, qanunu bilənlər könüllü şəkildə gəlib ödənişlərini edirlər.

- Vergini verməyənləri qanunla hər hansı bir cərimə gözləyirmi?

- Qanunvericilikdə bununla bağlı heç bir cərimə nəzərdə tutulmayıb. Amma getdikcə təkmilləşən qanunvericilikdə bununla bağlı da yeniliklər olacaq və bu, öz əksini müəyyən qanun maddələrində tapacaq.

- Sumqayıt bələdiyyəsi olaraq son illərdə şəhərdə hansı işlərin görülməsində öz töhfənizi vermisiniz?

- Bələdiyyə parkında olan fəvvarə yenidən quruldu, 2 saylı marşrut avtobusunun hərəkət yolunun asfalt örtüyü təmir olundu, Kimyaçılar qəsəbəsində 6 saylı uşaq bağçası, 33, 17, 18, 42 saylı marşrut avtobusların yolu genişləndirilərək, asfalt örtüyü yeniləndi, Sumqayıt musiqi məktəbi, teatrın ətrafındakı asfalt yolu və park təmir olunub. Həmçinin də 20 və 21-ci mikrorayonlarda daxili yolların asfalt örtüyü, Yaşıldərə ərazisində müəyyən abadlaşma və təmir işləri və yeni yol çəkildi. Bütün bu işlər şəhər rəhbərliyinin tövsiyəsi ilə görülüb. Təkcə şəhər daxilində deyil, şəhərdən kənarda da məskunlaşan əhalinin yaşayışı rahat olmalıdır. Şəhərin daxili nə qədər abad və gözəl olsa da, kənar çirkli olduğu təqdirdə həmin çirkablar yenə də şəhərə axışacaq. Ona görə də şəhərin kənarı da abad və təmiz olmalıdır. Corat qəsəbəsində Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstü yenidən hazırlanıb. Ən başlıcası isə bələdiyyənin inzibati binası tamamilə yenidən təmir olundu və fəaliyyətimiz üçün yaxşı şərait yaradıldı.

- "Yaşıldərə" yaşayış massivində problemər hələ də qalmaqadadır. Bu istiqamətdə hansı işlər görülüb? Şəhər ərazisində ən çox sənədsiz evlər də məhz bu yaşayış massivindədir. Evlərin sənədləşdirilməsi ilə bağlı irəliləyiş varmı?

- "Yaşıldərə" yaşayış massivi ilə bağlı tədbirlər planı hazırlanıb və bu istiqamətdə fəaliyyət davam edir. Sənəd vermək mümkün olduğu yaşayış evlərinin qeydiyyatı aparılıb və eyni zamanda qanunla icazə verilməyən ərazilərdə tikilən evlər də dəqiqləşdirilib. Bələdiyyə tərəfindən sənədləşmə üçün heç bir problem yoxdur və qanun çərçivəsində sənədləşməsinə icazə verilən bütün evlər sənədləşdiriləcək. Ərazinin əksər hissəsi yaşayış massivi kimi təsdiqlənib. Lakin 76-cı məhəllə deyilən ərazi sənaye zonası kimi gedir. Yaxın zamanlarda dəqiq rəqəmlər açıqlanacaq ki, neçə mənzil sənədləşdirilib və neçəsi isə qanunsuz ərazidə tikildiyi üçün sənədləşdirilməsi mümkün deyil.

- "İnşaatçılar" qəsəbəsindən və 21-ci məhəllədən çoxsaylı şikayətlər var. Sakinləri narahat edən əsas məsələlərdən biri həmin ərazilərdə məhəllədaxili yolların bərbad vəziyyətdə olmasıdır.

- Şəhər daxilində çox işlər görülüb. Biz də bu quruculuq işlərində gücümüz çatan köməklikləri edirik. Şəhər rəhbərliyi bildirib ki, 1 il ərzində şəhərdə asfaltlanmamış küçə və yol qalmayacaq.

- Sumqayıt bələdiyyəsinin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Beynəlxaq əlaqələr istiqamətində əməkdaşlıqlarımız davam etdirilir. Bələdiyyə səviyyəsində də müxtəlif ölkələrin bələdiyyələri ilə sıx əlaqələrimiz var. Gələcəkdə də bu əlaqələrimizi genişləndirməyi düşünürük. Təcrübə mübadiləsi hər zaman önəmlidir. Gələcək haqqında çox nikbinəm. Yaxın illərdə istədiyimiz səviyyəyə çatacağımıza ümüd edirəm.
Qonşu Türkiyə bələdiyyəsi səviyyəsinə çatmağımızı arzulayıram.xeberle.com

Söhbətləşdi:Ramil Zeynallı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar