Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vəcihə Ağazadə:"Yağışın hökmü" -Hekayə

Tarix: 24-11-2019 11:17     Baxış: 3791 A- / A+
Vəcihə Ağazadə:"Yağışın hökmü"Manevr.az Bakı Dövlət universitetinin tələbəsi Vəcihə Ağazadənin hekayəsini təqdim edir:

YAĞIŞIN HÖKMÜ

Nə gözəl nemət, bərəkət idin sən.. Səsində nə çox hüzur tapardım, nə çox dincələrdim...O qədər yaxşı gələrdin ki, mənə, yağdığın hər saniyə daha rahat olardım. Sanki,”bayırda yağışdı, heç bir mənfi bir şey olmaz, heçnə təsir eləməz bizə” düşüncəsi daim beynimdə olardı. Ruhum vardı səndə...Bəlkə də sənin məskunlaşdığın, aid olduğun yerə, aid olduğun fəslə aid idim, ona görə idi. Aramızdakı bağ çox qəribə idi əslində. Məsələn, bəzi insanlar səndə islanmağı, altında çətirsiz gəzməyi, tamam islanana qədər səndə rəqs etməyi çox sevərdilər. Amma mən səni nə qədər sevsəm də, heç vaxt altında islanmadım, heç vaxt çətirsiz gəzmədim, istəmədim belə. Toxunmadan, uzaqdan, məsafəli sevmək idi bəlkə də mənimki. Həm də içimdə qəribə sədd çəkmək istəyi də vardı. Özüm də anlamırdım, ətrafdan da hamıya qəribə gəlirdi, səni bu qədər çox sevərkən bir dəfə də olsun damlanı əlimə almaq istəməməyim. Səndən o qədər ağız dolusu danışırdım ki, hər kəsə. Hamı deyirdi- “onu bu qədər sevən biri necə ola bilər ki, bir dəfə belə olsun altında islanmaq, onu tam duymaq istəməsin..?” Sənlə mənim aramda möhkəm bağla yanaşı, qəribə hasar da vardı. O nə idi, niyə elə idi, hardan idi səndən olan bu çəkingənlik, nə idi axı bu, nə...? Bir neçə müddət bu sual beynimdə gəzdi. Hər yağış yağanda oturub birgə izlədiyim nənəmdən çox soruşurdum bunu.

-Nənə, nəsə mənə də qəribə gəlir. Mən onu bu qədər çox sevirəm, rahatlanıram, hüzur tapıram. Görəsən niyə hamı kimi nəinki altında islanmaq, heç əlimi açıb bir damlasını belə hiss etmək keçmir ürəyimdən?

-Yəqin bunda da bir hekayə var, açar sözü yavaş-yavaş böyüdükcə taparsan.-deyirdi həmişə. Görəsən nə vaxt tapacaqdım o açarı? Nəsə olacaqdı, mənə işarə verəcəkdi, o işarə ilə də mən yağışdan cavabımı alacaqdım, bilirəm. Amma nə, nə vaxt, necə olacaqdı?..

11 aprel,2011.

Gözəl, günəşli, ürəkaçan bir aprel səhəri. Hardasa o vaxtlar 6-cı sinifdə oxuyardım. Həmişəki kimi giley-güzarlı səhər oyandım. Uşaqlıqdan səhər oyanmaqda həmişə əziyyət çəkirdim. Tez də yatsam, gec də yatsam hər səhər eyni ssenari olurdu. Amma, bununla belə heç vaxt dərsə gecikməzdim. Xəstə də olsam, mütləq oyanıb, özümü vaxtında çatdırmalı idim. Oyandım, nənəm bu gün havanın daha təmiz, aydın, sakit olduğunu dedi. Oyanan kimi bayıra çıxıb, havaya baxan, bir az havada dayanan biri də deyildim, açığı. Dediyim kimi, çətin oyanırdım deyə belə şeylər həmin an gözümdə olmurdu. Amma, bu gün həqiqətən də nəsə fərqli idi, çox fərqli...Özümü də bir başqa hiss edirdim, içimdə bir nigaranlıq vardı elə bil. Nənəmin sözündən sonra birbaş balkona çıxdım. Hava... Həmin gün bəlkə də bu il üçün ilk dəfə idi ki, dərsə gecikdim. Hava sanki danışırdı. Danışırdı, amma, heç kim anlamırdı. Bu gün çox başqa ədası vardı. Çox sakit, nigaran, bikef, sözlü adam təmsili. İçində bir fəryad var idi, amma, heç kim duymurdu. Bu aprel havası deyildi, qətiyyən deyildi. ”Sənə nə olub, nə saxlayırsan özündə, bu fırtına öncəsi səssizlikdirmi yoxsa, nə anlatmağa çalışırsan..? ”İçəridən nənəmin səsi gəldi-“gecikirsən, gəl yeməyini ye. ”Səs gəlirdi, amma, eşitmək istəmirdim elə bil. Bir an içimə bir başqa qorxu düşmüşdü. Gözümü bir təhər səmadan ayırıb, içəri keçdim. Rəngim də avazımışdı.

-Sənə noldu belə səhər-səhər?

-Nənə, havanın qanı qaradı elə bil bu gün. Nəsə çox narahat gəldi mənə bu hava.

-Məncə gözəl hava var axı, niyə elə dedin? Həm hava belə yaxşıykən bu gün işlərimin də çoxunu rahat görərəm.

-Hə, heçnə, nənə. Gecikirəm deyəsən.Tez çıxım.

Bir tikə belə yeyə bilmədim.

Biz əmimgillə demək olar ki, bir həyətdə qalırdıq. Uşaqlıqdan da elə çox meylimi ki, ona. Həmçinin o da məni çox istəyirdi. Uşaqtək oynayıb, böyüktək bol söhbət edərdik,heç yorulmazdıq. Onu həqiqətən çox başqa istəyirdim. Nəsə qapıdan çıxanda onu soruşdum. Bir neçə gün idi ki, yaxşı deyildi, ağrıyırdı, işə də getmirdi.

-Nənə, əmigildən xəbərin yoxdu, necədi görən?

-Səhər indi açılıb ki, balam. Birazdan keçəcəm onlara.Yaxşı olar, narahat olma. Dünən xeyli düzəlmişdi.

-Təki, nənə, təki.

Çıxdım, amma, ürəyimi orda qoyub çıxdım. Dərslərdə necə oturdum, müəllimi necə dinlədim bilmədim həmin gün.Yaxın olduğum bir sinif yoldaşım da fikir verirmiş mənə. Çıxanda dedi;

-Nolub, çox fikirlisən. Havadan sıxılırsan?

- Hə, nəsə bu gün bu hava çox sıxdı. Məni bilirsən də, nəsə mənə narahat gəldisə, bütün gün beynimdə qalır.

- Bilirəm, çox fikirləşmə, havadı da. Düzələr.

Hava isə heç düzəlməmişdi, heç. Evə gedə-gedə gözüm elə hey səmada, buludlarda gəzirdi. Onlar da qəribə hərəkətlərlə gah nəsə yazmağa, gah da nəsə çəkməyə çalışırdı sanki. Mənimsə beynimdə fırlanan suallar-“nəsə olacaq, həmin işarə bu gündürmü?..” Nəhayət evə çatdım. Həyətə girdim, gördüm sakitlikdi. Dərin nəfəs alıb, evə daxil oldum. Əynimi dəyişdim. Amma, evdə nə anam var idi, nə də nənəm. Dedim yəqin əmimgildədirlər. Özümə çay süzdüm, onlar gələnə kimi bir çay içim heç olmaya. Çayı süzdüm, amma içə bilmədim nəsə. Boğazımda nələrsə düyünlənmiş kimiydi. Ordaca qoyub, mən də əmimgilə düşdüm. Hətta, gedəndə gördüm evdə başqa qohumlar da var. Və əmim...Oturmuşdu, qarşısına da bir stul alıb, başını ona dayamışdı. Bibim də tez-tez tərini silirdi. Hamı o qədər sakit idi ki, deyərdin heç nəfəs də almırlar.”Əmi” deyə qışqırdım özümdən biixtiyar. Bir az irəli keçdim, tam yanına getməyə qoymadılar. Əmim başını qaldırdl, dəniz mavisi gözləri ilə düz gözümün içinə baxıb, gülümsədi. Nəsə demək istədi, amma deyə bilmədi. Sonra dayım məni otaqdan çıxardı. Çıxanda gördüm əmini yatağa uzandırdılar. Məni də məcbur çıxartdılar. Qışqıra-qışqıra, ağlaya-ağlaya...”Əmimi istəyirəm, yanına istəyirəm..” Saat hardasa 16:30 olardı. Bu vaxt möhkəm yağış başladı. Dayım yağışla başımı qataraq- “bax, sən yağışda islanmağı sevmirsən, qaç evə, qapıda durma. ”Narazı, dodağımın altında danışa-danışa bir-iki addım atmışdım ki, bir də gördüm dayım arxadan tez məni qucağına alıb, tələsik evə qaldırdı. ”Yağış möhkəmləndi,bax, düşmə aşağı, yaxşı?”

-Bəs əmim? Əmimi istəyirəm...

Heç sözümə qulaq asmadan qaçdı aşağı.Yoldaşı məni tutub, saxladı. Və o səs..”Ay qardaş...”deyə oxşama səsi...O an içimdə bir şeylər qırıldı və qəribə yanğı hiss etdim. İndiyə kimi heç yaşamadığım bir hiss...Məndən iki addım sonra əmim getdi, sonsuzluğa getdi. Dayımın yoldaşı məni güclə zəbt edirdi. Yağış...O başladığı an əmimi almışdı məndən, başlamayana qədər əmim bizimlə idi...Yağış aldı onu məndən, aldı götürdü islatdığı torpağa...Ən çox da nə qədər vaxtı orda dayanıb, əmimin tam son anında orda ola bilməməyim incidirdi məni. İlk o gün çökmənin nə olduğunu, yanğının, sızıltının, itkinin nə olduğunu öyrəndi 11 yaşlı qızcığaz, o gün;11 aprel,2011. Leysanda torpağa tapşırdıq əmimi. Babam qaranlıqda ordan qayıdanda dizinə kimi palçıq içində idi. Çətin idi belə havada. Amma,”yağış yudu əmimin bütün günahlarını, paklandırdı onu”-deyib, yağışa qarşı yaranan aqressiyamı, qorxumu dəf etməyə çalışdım neçə illər. Lakin, olmadı.. .Ard-arda bütün itirdiyim doğmalarımı leysanda itirdim, hadisələr o anda baş verdi. Həm də heç leysan yağış mövsümü olmayan aylarda. Aprelin ardınca;2 may 2011; 28 avqust 2012; 15 iyul 2015; 3 sentyabr 2015;11 may 2016...

Yağış...Həmin açar sözü tapdım. Bu illər verdi mənə o açarı. Nənəmin dediyi o hekayənin açar sözünü tapdım artıq. Anladım niyə bu qədər çox sevərkən, bir o qədər də uzaqmışam.Sən demə alacaqları varmış, hüzuru qədər hökmü də olacaqmış. İndi də, neçə illərdən sonra da yağışın bu hökmü, əsarəti heç getməyəcək üstümdən, bilirəm. Hekayənin açarı-“Yağışın hökmü”imiş...

Vəcihə Ağazadə,
Bakı Dövlət Universiteti, kimya fakültəsi,
SABAH qrupunun tələbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar