Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fatma Bacaranın "Xəncər"i (Hekayə)

Tarix: 12-10-2019 22:01     Baxış: 3428 A- / A+
Fatma Bacaranın "Xəncər"i

Fatma Bacara müasir Türkiyə ədəbi aləmində öz dəsti- xətti olan yazarlardandır. İxtisasca hüquqşünas olan Fatma Bacara hekayələrində ailə münasibətlərinə, əxlaqi dəyərlərə, insan qəlbinin dərinliklərinə çox dərindən bələd olduğunu göstərir. Şair- tərçüməşi Nazilə Gültac onun " Payız gəlini" hekayələr kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Kitab Elm və Təhsil nəşriyyatında çapdan çıxıb. Oktyabr ayının 21 - də Azərbaycan Yazıçılar Birliyində Nazilə Gültacın çevirdiyi kitabların imza günü olacaq. Yazar Fatma xanım da həmin tədbirdə iştirak edəcək.

Manevr.az
Fatma Bacaranın Xəncər hekayəsini təqdim edir:


XƏNCƏR


Atam xatirələrini anlatmağı sevərdi. Uşaqkən anlatdıqlarını bir nağıl qəhrəmanının başından keçən macəralar kimi dinlərdik. Şəkilli bir kitab deyildi ki, açıb baxasan, biz sadəcə anlatdıqlarını xəyal edərdik. Xəyal gücümün çoxluğu bəlkə də ondandır. Çox da gözəl anladardı. “ Danışığımda zərrə qədər , bir qram da olsa, yalan yoxdur” – deyirdi. Atamın anlatdıqlarını anam başdan ayağa əzbər bilirdi. Bəzi yerləri atamın yadından çıxanda həmin yerləri ona xatırladırdı. Ömrümüz yüzlərlə hekayədən ibarət bir zaman kəsiyi deyilmi? Atamın ömrünün gənclik illərində əsgərlikdə olarkən, yaşadığı bir hadisə vardı.Uzun qış gecələrində bayırda soyuq və qarın hökm sürdüyü, içəridə qaz lampasının işığında,isti sobanın başında dəfələrcə dinlədiyimiz bir hekayəni sizinlə paylaşmaq istəyirəm. Paylaşmaq həm də unudulmamaqdır. Doxsan yaşlarında olan və bir çox şeyi bu gün unudan atamın o hadisəni hələ eyni canlılıqla anlatması heyrətamiz idi. Qaşlarını qaldırır və o gənc əsgərin - dəliqanlının yaşadığı vaxtlara geri dönürdü. Bizə zehnimizdə bir film izlədirdi. Keçmişə dönmək asan deyil. İnsanın içini ağrıdan, gözlərini yaşardan bir hüznü də özü ilə bərabər gətirir. Biz yenidən soru- şurduq. O da eyni həyəcanla anladırdı.
1940- cı illər idi… Əsgərliyin 3-4 il olduğu bir vaxtda əsgərliyə çağırılmışdım. Evin tək oğlu olmağım etibarı ilə bütün malın- mülkün idarəsini böyük bacıma həvalə edərək, əsgərliyə getdim. Uzun və çətinliklərlə dolu bir qatar yolçuluğundan sonra Antalyaya çatdıq. Qədərimə meşə əsgəri olaraq, Manisanın Dəmirçi qəsəbəsinə göndərilmək düşdü. On- on beş evdən ibarət Yenicə kəndində əsgərlik dostum Həsənlə gün doldurmağa başladıq. Hər gün davamlı meşə kəşfiyyatına çıxırdıq. Qaçaq- filan var idimi? Meşəyə zərər verən ola bilərdi. Bunların nəzarətini edirdik. Gün boyu meşədə dolaşır, dururduq. Gecə isə, adı bölmə olan, barakdan ibarət boş bir xanə- də yatırdq. Paltarlarımızı kəndlilər yuyurdu. Əlbəttə çətin günlərin çox olduğu, yoxluğun, həsrətin gəzdiyi zamanlarda bol təmiz hava, az qidalanma, pintilik və bitməz uzun günlərdi. İsti bir yay günündə günortadan sonra yorğun, tükənmiş, səfil halda günlük meşə kəşfiyatından dönürdük. Qan – tər içində bir bulaq başına gəldik. Hava da həddən artıq isti idi. Milçəklərin, arıların dolanıb- durduğu, yabanı çiçəklə- rin və otların arasından pırıl- pırıl axan, qaynayan bulağı görüncə cənnətə gəlmiş kimi olduq. Tərli üzümüzü. boynumuzu gözəlcə yuduq. Doya- doya sudan içdik. Dincəlmək üçün yan tərəfdəki çəmənliyə uzandıq. Bir azacıq özümüzə gəldikdən sonra, çeşmənin o biri tərəfində bir qayın ağacı- nın kölgəsində kürəyini ağacın qalın gövdəsinə dayayaraq, oturan yaşlı bir kişi diqqətimizi çəkdi. Yaşlı olmasına baxmayaraq, üz-gözündən gümrah olduğu görünürdü. -Diqqətlə bax, qardaş. Mən bu adamı tanımadım. Kimdir görən? - Hə, bu kənddən deyil, məncə. Heç görməmişəm,- dedim. Maraq içində ağacın kölgəsində dincələn adamın yanına getdik.
-Salam əleyküm, baba.
Adam başını qaldıraraq, tanımaq istəyirmiş kimi bizə baxdı. Sakitcə, - əleyküm salam, – dedi. Bir müddət nə deyəcəyimiz bilmədik.
-Haralardansan, baba? Səni bu yerlərdə heç görmədik.
-Haradan biləcəksiniz, irəlidəki kənddənəm. Yaşlı adamın səsinin tonu,geyimi, uzun ağ saqqalı diqqətimizi çəkmişdi. Dəsmalını önünə sərmişdi. Üstünə quru çörək qoyub, bir qab su ilə yeyirdi. Cümhuriyyət öncəsindən qalmış, zamanı ayaqlamış bir kişi idi. Ayaqüstə duraraq, başımızı asağı sallayıb ona baxırdıq. Buyurun, əsgər ağalar, - deyərək, yoxsul süfrəsinə könül açıqlığı ilə bizi də dəvət etdi. Əsgərin bundan sonra nə işi olacaq, haydı oturaq, - dedik. Bizim üçün iki söz danışmağın özü bir dəyişiklik idi. Yaşlı adamın müdrikliyi ilə bizim gəncliyimiz arasında keçən söhbətə aludə olduq. Yaşlı adamın gözlərindəki ağırlıq, hərəkətlərindəki yumşaqlıq, sözlərindəki məntiq, hikmətlər bizi məst etdi. Həyat təcrübələrini ağzı açıq dinlədik. Çox görüb- götürmüş insana bənzəyirdi, həyatın bəzi sirlərini çözmüş təsiri bağışlayırdı. Fani dünyaya boyun əyməyən, o dərin baxışlarının hələ fərqində deyildik. Onun tək qayəsi bu zorluqlarla dolu iqamətgahdakı müddəti bir an əvvəl başa vurmaq istəyi idi. Biz isə əsgərlik müddətini başa vurub, məmləkətlərinə gedə bilmək üçün gunlərini sayan gənclər idik. Bizim həyat haqqında fikirlərlə baş yormaq ağlımızdan belə keçmirdi. Halımızdakı bir rahatlıqla, hər şeyi bilməyə haqqımız var olanlar kimi o qorxunc marağımızla, heç çəkinmədən insanların özəl həyatına girə biləcəyimizi sanırdıq. Həsənin gözü yaşlı adamın sağ tərəfində parlayan metal bir şeyə zillənib qalmışdı. Qeyri- ixtiyari əlini toxunmaq üçün uzatdı. O anda yaşlı adam gözləmədiyimiz bir çevikliklə, hirslə geri atılaraq “ Toxunma” – deyə bağırdı. Üzünə bir anlıq hiddət pərdəsi endi, bəbəkləri genişləndi. bığları aşağı əyildi. Donub qalmışdıq. Həsən dönə-dönə kəkələyərək, üzr istədi” bağışla, baba, səhv etdim,“ - dedi. Onun bu hərəkətlərinə heç bir məna verə bilmədik. Bir müddət sonra sakitləşdi, hirsi soyudu. Təkrar əvvəlki mülaym vəziyyətinə döndü. Yan tərəfindəki maraq etdiyimiz əşyanı çıxardıb ortalığa qoydu. Dəri bir qəbzənin içində, sapı sədəfdən olan köhnə bir xəncər idi. Üçümüz də bir müddət xəncərə baxdıq. Sanki dillənib danışacaq, bizə br şeylər anladacaqdı. İndən belə bu yaşında xəncər nəyinə lazımdır?- deyə soruşdum.
-Haralardansan, baba? Səni bu yerlərdə heç görmədik. -Haradan biləcəksiniz, irəlidəki kənddənəm. Yaşlı adamın səsinin tonu,geyimi, uzun ağ saqqalı nəzərimizi çəkmişdi. Dəsmalını önünə sərmişdi. Üstünə quru çörək qoyub, bir qab su ilə yeyirdi. Cümhuriyyət öncəsindən qalmış, zamanı ayaqlamış bir kişi idi. Ayaqüstə duraraq, başımızı asağı sallayıb ona baxırdıq. Buyurun, əsgər ağalar, - deyərək, yoxsul süfrəsinə könül açıqlığı ilə bizi də dəvət etdi. Əsgərin bundan sonra nə işi olacaq, haydı oturaq, - dedik. Bizim üçün iki söz danışmağın özü bir dəyişiklik idi. Yaşlı adamın müdrikliyi ilə bizim gəncliyimiz arasında keçən söhbətə aludə olduq. Yaşlı adamın gözlərindəki ağırlıq, hərəkətlərindəki yumşaqlıq, sözlərindəki məntiq, hikmətlər bizi məst etdi. Həyat təcrübələrini ağzı açıq dinlədik. Çox görüb- götürmüş insana bənzəyirdi, həyatın bəzi sirlərini çözmüş təsiri bağışlayırdı. Fani dünyaya boyun əyməyən, o dərin baxışlarının hələ fərqində deyildik. Onun tək qayəsi bu zorluqlarla dolu iqamətgahdakı müddəti bir an əvvəl başa vurmaq istəyi idi. Biz isə əsgərlik müddətini başa vurub, məmləkətlərinə gedə bilmək üçün gunlərini sayan gənclər idik. Bizim həyat haqqında fikirlərlə baş yormaq ağlımızdan belə keçmirdi. Halımızdakı bir rahatlıqla, hər şeyi bilməyə haqqımız var olanlar kimi o qorxunc marağımızla, heç çəkinmədən insanların özəl həyatına girə biləcəyimizi sanırdıq. Həsənin gözü yaşlı adamın sağ tərəfində parlayan metal bir şeyə zillənib qalmışdı. Qeyri- ixtiyari əlini toxunmaq üçün uzatdı. O anda yaşlı adam gözləmədiyimiz bir çevikliklə, hirslə geri atılaraq “ Toxunma” – deyə bağırdı. Üzünə bir anlıq hiddət pərdəsi endi, bəbəkləri genişləndi. bığları aşağı əyildi. Donub qalmışdıq. Həsən dönə-dönə kəkələyərək, üzr istədi” bağışla, baba, səhv etdim,“ - dedi. Onun bu hərəkətlərinə heç bir məna verə bilmədik. Bir müddət sonra sakitləşdi, hirsi soyudu. Təkrar əvvəlki mülaym vəziyyətinə döndü. Yan tərəfindəki maraq etdiyimiz əşyanı çıxardıb ortalığa qoydu. Dəri bir qəbzənin içində, sapı sədəfdən olan köhnə bir xəncər idi. Üçümüz də bir müddət xəncərə baxdıq. Sanki dillənib danışacaq, bizə br şeylər anladacaqdı. İndən belə bu yaşında xəncər nəyinə lazımdır?- deyə soruşdum. Nə sən soruş, nə də mən söyləyim. - oğul, dedi. Səbəbini soruşmağa qorxaraq, maraqla kişiyə baxdıq. Yaşlı kişi süfrəsini yığışdırdı. Qabdakı suyunu təmiz içdi və bir xeyli susdu. Qarşısında oturub, ona gözlərimizi zilləyərək, haydı, anlat, - deyərcəsinə gözləyrdik.
Sanki müqəddəs bir əşyaya toxunurmuş kimi əyilib əlindəki xəncəri ehtiyatla götürdü: “Bu, sadəcə xəncər deyil, bu mənim qardaşımdır. Bu yaşıma qədər onu bir gün də yanımdan ayırmadım. Bunun mənim üçün kədərli bir əhvalatı var. Hələ heç kimə deməmişəm. Bəlkə də qədər bizi bu bulaq başında bir araya gətirdi. İçimi yandıran bir həqiqəti kimlərinsə bilmək vaxtı gəldi. Yaşlandıqdan sonra ölüm yaxın bir dost kimi yanımda dolaşır. Onun yanına getdiyim gün yaxınlaşıb artıq. Allah nə zaman istəsə, hər şey o zaman bitir. Heç bir şeyin təsadüfi bir şey olmadığı kainatda bir yerdə olmağımız da Allahın bir lütfüdür. Bu yaşlı bədənimə acı bir yük kimi daşıdığım xatirələri tərk etməyin vaxtıdır. Hər ikimiz, diqqətlə kişini dinləsək də, nə demək istə- diyini anlamaqda çətinlik çəkirdik. Bir an əvvəl nə baş verdiyini anlatması üçün az qala maraqdan çatlayacaqdıq.
-Sən kimisə öldürmüsənmi?- deyə Həsən soruşdu.
-Bəli, mən bir canlı öldürdüm. Tapmaca kimi danışırdı. Bardaş qurduğu yerdə gözlərini yerə dikdi, çox keçmişə getdi. Çox keçmişə... Sərin bir rüzgarın yarpaqlar arasından gətirdiyi meh ağ saçlarını uçurtdu, yayın istisini daşıyan qoca qayın ağacı, üzərinə qar yağan gənc bir qayına çevrildi.

***
Adım Mustafadır. Məmməd oğlu Mustafa. Koçaklardanam. Aşağıda yerləşən bir kənddən. Oranın ən yaşlısı mənəm. Ancaq başqa bir kənddə doğulmuşam. İki qardaş idik. Mən on altı, on yeddi yaşlarında dəliqanlı bir gənc idim. Böyük qardaşım Kamal isə iyirmi yaşarında igid bir oğlan idi. Çox cəsur idi. Əzəmətli duruşu, qorxusuz yerişi var idi. Heç vaxt bu yerlər belə bir igid görməmişdi. Biləyini bükən olmamışdı. Yaraşıqlı, gözəl, suyu şirin bir oğlan idi. Nəinki bizim, hətta ətraf kəndlərin də qızları ona heyran idilər. Necə gözəl zamanlar idi, ancaq mən fərqində olacaq ağılda deyildim. Günlərimiz çox gözəl keçirdi. Gəzər, dolasar, dağlara çıxardıq, ov edərdik, at yarışlarına qosu- lardıq. Ox atmada, ovçuluqda, ata minməkdə ona tay yox idi. Tək istəyim, onun kimi bir ovçu olmaq idi. Qardaşımla qürur duyurdum. Cəsarətli olduğu qədər də mərhəmətli və şəfqətli idi. İnsanlara qarşı deyil, heyvanlara qarşı da həssas və diqqətli idi. Bir gün ovda idik, o meşənin dilini çox yaxşı bilirdi, əsla azmazdı. Ehtiyacımız qədər heyvan ovlayıb, dönürdük. Yolda önümüzdə gedən bir qaraltıyla qarşılaşdıq. Qocaman bir ayı, arxası bizə tərəf, səs- küylə gedirdi. Çox qorxmuş- dum. Oxumu hazırladım, nişan alıb vuracaqdım ki, - etmə Mustafa, dedi. “ Hər şeyin bir vaxtı var, bir gün çox yaxşı bir ovçu olacaqsan. O günü səbrlə gözlə. Bir meyvəni yetişməmiş qoparıb, dadına baxarsan, ancaq istədiyin dadı və ləzzəti ala bilməzsən. Səbr, qərarlılıq və cəsarət yoxsa, yaxşı bir nişançı ola bilməzsən. Əsla heyvanı öldürmək üçün deyil, ov üçün, ehtiyac üçün ovla. Heç vaxt zövq üçün vurma. Bax, onsuz da gedir, bizə zərəri yoxdur, bizi hiss etmədən uzaqlaşaq, - deyərək, öldürməyimə əngəl oldu. Mən ona çox hirsləndim. “ Niyə, vurmağıma mane oldun, o mənim kənddəki adımı- sanımı yüksəldəcəkdi. Özümü sübut edəcəkdim. Bu yaramaz kəndlilər mənim kim olduğumu görəcəkdilər. Uzun müddət onunla danışmadım. Fürsəti əldən verdiyini düşünür, ona əsəbiləşirdim. Bir gün şirin dili ilə məni yumşaltdı və bir toya apardı. Kənd toyları həmişə əyləncəli olur. Biz də qatılıb oynadıq, əyləndik. Sonra sənə bir şey göstərəcəyəm, - dedi. “ O mavi kəlağıyılı qızı görürsənmi? Onu istəyirəm. İlk dəfə baxışları bu qədər parlaq, üzü aydınlıq içində gülürdü.
-İndimi gördün, qızı? Başını bulayaraq, qəhqəhə ilə güldü.
-Keçən dəfə çeşmə başında gördüm. Duruşuna vuruldum. Üzü ay parçası, baxışları mənim oxumdan sürətli və dəlicəsinə. Mənə gülümsədi qız, Mustafa, deyəsən, o da məni bəyənib. Bax, bunu ilk dəfə səninlə paylaşıram. Hələlik heç kimə demə.
Sirrini mənimlə bölüşməsinə çox sevinmişdim. Demək, məni sayırdı. Sonra aramız deyəsən düzələn kimi old. Bir neçə ay keçməmiş, payızda qızı istədik. Verdilər. Çox keçmədən sözləşmə oldu, üzüklər taxıldı. Toy üçün yazı gözləmək qərara alındı. Görəydiniz necə xoşbəxt idi, necə də bir- birlərinə yaraşırdılar. Nişanlısını dəlilər kimi sevirdi. Kənd qanunlarında, o vaxtlar görüşmə- nin necə mümkünsüz olduğu vaxtlarda onu görmənin bir yolunu mütləq tapırdı. Artıq qış gəlmişdi. Bir sabah oyananda gördük ki, dizə qədər qar hər yeri bürümüşdü. Qışın sərtliyi həyatın çətinliyni daha da artırırdı. Kəndli yaydan azuqəsini hazırlayıb, qışın qınına çəkilir, səbrlə yazı gözləyirdi. Kəndin ətrafı meşə olduğu üçün yanacaq sarıdan korluq çəkilmirdi. Mənə qar- qışmı mane olardı, yerə- göyə sığmayan enerjim mütləq meşədə qərar tuturdu. Hər fürsətdə ova gedb, ov ovlamaq istəyrdim. Ovun izi ilə yüyürmək, qardaşımla qarlar içində güləşmək varkən, içərinin o boğuq, isti havasını ciyərlərimə çəkə bilməzdim. Bəzən bizimkiləri bezdirəcək qədər israr edirdim. O gün böyüklər dedi ki, getməyin. Həmin gün göy üzünü buludlar örtdü, qar yolu bağladı. Səfərə çıxmayın, - dedilər. O dar macalda qardaşımın da könlü olmadı, getməyək, - dedi. Nişanlısı gözləyirdi, yanına gedəcəkdi.Anam dilləndi ki, yeməyimiz var. Təbiətin və insanların fikri ortaq ikən, getməmizə qərar vermədikləri halda, mənim bu dil bilməz, sözdən anlamaz uşaq ruhum, qorxunc istəyim, bir yerdə durmayan gəncliyim ayağını dirəyib, onlara qarşı çıxdı. Gedəcəyəm, - dedi. Maneə nədi bilmirdim. Qardaşım da çox dil tökdü: “ Gözəl gözlü qardaşım, cəsur ürəklim, bir başqa gün gedərik. Bu gün hava ov havası deyil”. O qarşı çıxdığı üçün daha da inadlaşdım.
-Sən mənim ovçu olmağımı istəmirsən. Sənin kölgəndə aciz, zəif bir ovçu, ikinci bir qardaş olaraq qalacağam. O gün o ayını öldürsəydim, indi çox fərqli idi hər şey. Bu gün ürəyim hiss edir ki, yaxşı bir ov olacaq. Neçə gündür, evdə oturmaqdan usandım. Bu gün gəlsən də, gəlməsən də gedəcəyəm, – dedim. O, səhər tezdən nişanlısına gedəcəkdi deyə, çimmişdi. Abdesdini alıb, ətirlənmişdi. ən gözəl patlarını geyinmişdi. Gözəl gözləri ilə şəfqətlə mənə baxdı. “ Qalx, gedirik, -dedi. Təəcübləndim, sevinclə qalxdım. Bu dəfə zəfərlə dönməyə qərarlı idim. O günü tək bir yaxşı iş gördüm, atamın xəncərini gizlicə götürdüm. Hələ kəndi çıxmamış, əmimlə qarşılaşdıq. Hava uyğun hava deyil, getməyin, üfüq qaranlıqdı, günortadı, hava tez qaralacaq. Dar zamandı, getməyin, – dedi. Tanrı insana bir səhv etdikdə çoxlu işarələr göndərirmiş. Şayət gözünüz görür, qəlbiniz istəyirsə, yanlış yoldan dönərsiniz. Gözünüz bağlı isə Allah yardımçınız olsun. Bilin ki, qədər alnınıza yazılanın ən qorxuncunu yazmaqdadır. “ Burax, o yaşlı böyürtkəni. Öz oğlu sırağagün bir ceyranla döndü- çox bilmişcəsinə deyindim. İstədiyimi edəcə- yimin sərxoşluğu ilə meşəyə tərəf getdim. Kənd arxada qalmışdı. Meşəyə girdikdə küləyin soyuqluğu hücum edərək üzərimdən keçdi. Bədənimdə qərib bir ürpəşmə hiss etdim. O an duruxdum və ilk dəfə soyuğu hiss edim. Qardaşım da kefsiz halda gedirdi. Mənim dayandığımı görüb, arxaya döndü. “ Nə oldu, Mustafa?- deyə soruşdu. “ Mühüm deyil,- deyə başımı əydim.” Qoşaraq, ona çatdım. -Qardaş, dur, bir şey deyəcəyəm.
-Nə deyəcəksən. Görək, bu dəfə dağamı çıxaq?
-Bəlkə, geri dönək? Onsuz da hirsli idi, üzü daha da bozardı.
-Bu qədər yolu gəldikdən sonramı ağlın başına gəldi. Yeri, görüm! Geri dönəcəkmiş. Kefi belə istəmiş. İndi evə boş dönək, millət bizə gülsün.
Sonra tək bir kəlmə danışmadan yeridik. Xeyli getdik. Yorulmuşduq, ətraf çox gözəl idi. Şamların uzanan qolları- nın, budaqların yanından keçdikcə qarları üzərlərindən sovururduq. Yerdəki qarlar ayağımızın altında xırçıldayaraq, əzilirdi. Ancaq , nə yazıq ki, ov üçün uyğun bir gün deyildi. Bir tək dovşan gördük, onu da qaçırdıq. Ancaq ürəyin, bədənin sakit deyilsə, ağlın da qarışır. Hər şey elə bir nizamla birbirinə bağlıdır ki, birini oynatdığın zaman, o biri də dəyişir, səndələyir. Diqqətini pozan şey, getdiyin yolu da qarışdırır. Bu işə hazır olmaq bacarığın ilk addımıdır. Ancaq Kamalın beyni qarışıq idi, ağlı nişanlısında idi. İndilərdə onu gözlə- yirdi. Cibində daşıdığı, şəhərdən gələndə gətirdiyi hədiyyələri, mirvari darağı və güzgünü verməmişdi. Gün ərzində onu görmək xəyalındaykən, heç ummadığı yerdə, qarlara bata- bata bu bərbad, soyuq meşədə yeriməyə çalışırdı. Düşüncələr içində yola baxmadan gedirdi. Birdən özünə gəldi. Haradaydılar? Haraya gəlmişdilər? O tərəf- bu tərəfə baxdı, bir şey anlaya bilmədi. Meşədə də gün tərslkdən tez batırdı. Hava yavaş-yavaş qaralırdı “ Geri dönək, qardaş, - dedim narahatlıqla. Dönməyinə dönək də, biz haraya gəlmişik, belə? Tanıya bilmirəm. Gəldiyimiz yolla geri dönək,- dedim. Başqa çarə yox idi. Elə də etdk, amma geri dönüş çox çətinləşdi, üzümüzü donduran bir rüzgar bizə tərəf əsirdi. Hava get- gedə soyuyurdu. Yeriməkdə çətinlik çəkməyə başladıq. Qardaşım dilləndi ki, hərdən geri gedib, bir- iki nəfəs alıb, təkrar irəli gedəcəyik. Dönüş yoluna çıxmışdıq, amma gecə də haqlamışdı. Qar sovrulur, soyuq külək qamçı kimi bədənimizi dö- yürdü. Bir az getmişdik ki, qardaşım dedi,- belə davam edə bilməyəcəyik. Sağ tərəfə dönək. Yanılmıramsa, irəlidə bir mağara olmalıdır. Mağaranı aramağa başladıq. Birdən onu da tapa bilmə- yəcəyik deyə, çox qorxdum. Yəqin ki, sonumuz gəlib, donub öləcəyik, - dedim. Qardaşım, - davamlı olaraq, danışma, get, - deyirdi. Yanılmamışdı. Sonunda ma- ğaranı tapdıq. İkimiz də çox sevindik. İçərisi qaranlıq idi, amma bayıra görə isti idi. Tez çıl- çırpı topladıq. Məharətli qardaşım ocaq qaladı. Mağaranın qapısını ağac budaqlarıyla örtməyə çalışdıq. İsti ocaq çox yaxşı təsir edirdi. Ova gedərkən yanımızda götürdüyümüz su və çörəklə bir az da olsa qarnımızı doyurduq. Bayırda canlı uğultular, yüzlərcə işıqlar hərlənib dururdu. Biz mağarada səssiz bir gözlənti içində idik. Sanki bir az əvvəl bir qar dənəsi kimi sovrulan biz deyildik. Bu havada mağarada olduğumuz üçün Allaha şükr etdik. Dünyanın ən yaxşı insanı, igid qardaşım bu gecə nədənsə danışmırdı. Sanki burada yox kimi idi. Ocağın kənarına gətirdiyi bir daşın üstündə çömələrək oturub, gözlərini uzanıb, qısalan rəngbərəng alovların rəqsinə dikmiş- di. Atəşin aydınlığı üzünü bəzən qismən, bəzən tamamilə aydınladanda bir şey yaxalamaq ümidi ilə gözlərimi ondan ayıra bilmirdim. Ancaq onda ən kiçik bir duyğu hiss etmirdim. Atəş azaldıqca divara düşən kölgəsi böyüyür, atəş artıqca, heybətli kölgəsi kiçilirdi. Dəqiq bilirdim ki, nişanlısının yanına getmək əvəzinə, mənimlə gəldiyinə hirslənmişdi. Bu soyuqda mağarada olmaq isə kefsizliyinin ikinci səbəbi idi.-Hələ mənə hirslisənmi? Heç səs çıxmadı. O gözlərini atəşdən çəkmirdi. Yanılmamışam ,- deyə düşündüm. -Allah məni qəhr etsin, mənim kimi axmağa uydun. Burada olmağımız mənim günahımdı Başını qaldırdı :“Nə gəvəziyirsən? – deyərcəsinə mənə baxdı. -Yalan demirəm, mənim günahımdır. Səni də sürüklə- dim bu dağ başına. - Boş- boş danışma, Mustafa. Mənə möhkəm bir yumruq at, özümə gəlim, mən bunu qazandım. Məndən ovçu zad olmaz. Mən kim, ovçuluq kim. -Nə çox danışırsan. -Halımızı görürsən. Bu söz dinləməz qardaşına uymasaydın, indi nişanlının dizinin dibindəydin. -Mustafa canımı sıxma. Bax indi həqiqi bir yumruq yeyəcəksən. Nə gözəldi, qardaşımla bir macəra yaşayırıq. Həqiqi ovçuluq bu cür öyrənilir. Bəzən mağarada da yaşamaq lazım gəlir. Bilmirəm, nədəndir, bu gecə bir az hüzursuzam.Səbəbini anlamadığım bir sıxıntı var içimdə.Yəqin üşüdüm, ondandır. Yatsam keçər. Ən yaxşısı , növbəylə yataq. Buralar da yırtıcı bir heyvanın olmasından bəhs edərdi, babam. Əksinə, mənim yuxum yox idi. Sən yat, keşik çəkərəm, sonra da səni oyandıraram, - dedim. Mən ocağa və qapıya daha yaxın idim. O isə arxamda, divarın dibində idi. Qalxıb ocağa bir- iki budaq da atdım. Oturdum.Nə qədər vaxt keçdi, blmirəm. Sanki zaman durmuşdu. Ocaqmı sönürdü, yoxsa, get- gedə mənim gözlə- rimmi qapanırdı.? Yanan budaqların çırtıltılarını duymayacaq hala gəlmişdim. Bir ölü kimi , bir qanmaz kimi, bir dəli kimi yuxulamışdım. Gecənin hansı uğursuz bir saatı idi bimirəm, o xain qaranlıqda, qorxunc bir çığırtı səsinə oyandım. Soyuqdan , yuxudan sərsəm kimi olmuşdum. Əvvəl harada olduğumu anlaya bilmədim. İçəridə bir boğuşma var idi. Qardaşımın bağırtılarını və o qorxunc heyvanın mırıltısını duyurdum. Nə baş verdiyini anlayan kimi boğuşma tərəfə qaçdım. Qardaşım nə iləsə boğuşurdu. Arxadan onu vurmağa başladım. Hiss etdim ki, bir tüklü heyvan qardaşıma zərər verir. Heyvanın kürəyinə atıldım. Mənim yumruqlarım milçək dişləməsi kimi bir şey idi. Məni qorxunc pəncəsi ilə fırladıb atdı, mağaranın divarına dəyərək, yerə düşdüm. Səndələdim. Təkrar ayağa qalxdım, qardaşımın qorxunc çı ğırtıları eşidilirdi. Ocağın közlərinin işartısında bir qaraltı kimi görə bildiyim o qorxunc cüssəyə təkrar hücum etmək üçün qalxdım. Əlimdə heç bir silah yox idi. Ağlıma bu sabah gizlicə götürdüyüm atamın xəncəri gəldi. Xəncəri çə- kib, təkrar heyvanın üzərinə hoppandım. Belə zamanlarda insana böyük bir qüvvət gəlir. Heç bir qorxu sizə yaxınlaşa bilmir. Tək dərdim qardaşımı qurtara bilmək idi. Hiss olunurdu ki, heyvan vəhşicəsinə əzişdirirdi. Xəncəri hara gəldi sapladım, sapladım, dəfələrcə vurdum. Sanki bu zərbələr quduza heç təsir etmirdi. Neçə dəfə vurdum bilmirəm. O məni kürəyindən atmaq istədikcə, mən vururdum. Axırda məni kürəyindən tulladı. Möhkəm yerə dəydim. Huşumu itirdim. Oyananda nə qədər vaxt keçdiyni bilmədim. Kabusu qorxu ilə xatırladım. İnşallah, yuxudur, - deyərək, qardaşımı səslədim. Əvvəl astadan səsləndim, sonra bağıraraq çağırdım. Heç bir səs yox idi, yaxınlaşdım, əl hərəkəti ilə tapdım. Yerdə yatırdı. Bədəni, qolları, əlləri, ayaqları – hamısı yerindəydi. Əlimi üzünə uzatdım, əllərimin hissiyatımı ölmüşdü? Nədən toxuna bilmirdi üzünə? Qardaşımın qaşı, gözü, ağzı, burnu, saçları və hamısının sıralandığı o gözəl başını tapa bilmirdi əllərim. Boynundan sonrası yox idi, gövdəsi yerində idi, başı yox idi. Necə bir qorxunc səslə bağırdım, sanki səsim ürəyimi çıxartdı. Mağara bəlkə də indiyə qədər belə bir səs eşitməmişdi. İt kimi, yalquzaq kimi uladım. Fəryadım bütün meşəni başına götürdü. Sabaha qə- dər ağladım. Dəli kimi idim. Dan söküldü. Bədənim şüursuzca qalxdı. Ağlamaqdan qan çanağına dönən gözlərim günün ilk zəif işığında qardaşımın başsız cəsədini seçməyə başladı, qanı hər tərəfə dağılmışdı. Qapıya doğru davam edirdi. Xəncəri tapıb əlimə aldım, mağaradan bayıra çıxdım. Qan izləri hələ təzə idi. Lənətə gəlmiş yəqin ki, özünü şaxtaya vurmuşdu. Şüursuz halda qan izlərini təqib etməyə başladım. Xeyli getdim. Məni nə qar, nə şaxta qorxutmurdu. İçimdəki öfkə odu o qədər yandırıcı idi ki, tərləyirdim. Dəli kimi yüyürdüm. Bir müddət sonra bir az irəlidə onu gördüm. Qan izləri ona qədər gedib, bitirdi. Böyük bir heyvan yerdə yatırdı. Bu boz bir ayı idi. Gecə aldığı xəncər yaralarına çox dayana bilməyib, ölmüşdü. Gözlərim ətrafı gəzdi. Kaş kor olaydım, görməyəydim. Gözlərimə mil çəkəydilər kaş. Qardaşımın soyulmuş başı qarlar üzərində dururdu. Gövdəsindən nə qədər uzaqda. Bu mənim cəzam olmalıydı. Həyatda ən sevdiyim insanın çox faciəli ölümünə şahidlik etmiş və öz əllərinlə ölümə sürükləmişdim . “ Sənin yerinə mən ölməliydim. Kaş qopan mənim başım olaydı, qardaş. Allah tez bir zamanda canımı alsın. Mən bu acıyla necə yaşayacam.”-deyib fəryad etdim. Artıq mən özümü düzəldə bilməzdim. Başı götürüb, mağaraya gətirdim. Kəndə doğru yola çıxdım. Gecə gəlmədiymizi görüncə, kəndlilər bizi aramağa çıxmışdılar. Meşəni adımızla diksindirirdilər. Hay verdim. Məni tapdılar. Amma halsız vəziyyətdə idim. Başım gecəki hadisədə yaralanmışdı. Məni buraxın, acımız çox böyükdür dedim. Onları mağaraya gətirdm. Onun cəsədini ağlaya- ağlaya evə götürdülər. Heyvan mən öndə olduğum halda nədən mənə hücum etməmişdi?- deyə davamlı düşünüb, durdum. Bunun bir anlamı o idi ki, məni qorumaq üçün cəld tərpənərək, heyvanla qarşı- qarşıya gəlib, məndən uzaqlaşdırmışdı. Artıq yaşaya bilməyəcəyimi zənn edirdim. Günlərlə nə yedim, nə içdim. Amma ölmədim. Allah öldürməyincə ölmək olmurmuş. Bu acı məni sağ qoymaz, aparar deyirdim. Aparmadı. Davamlı bir peşimanlıq və acı qandalı qollarımda yaşatdı məni. Neçə təhlükələrə atıldım, yox olmadım. Allah canımı alsın deyə gözlədim. Onsuz da böyük peşimançılıq, acılar içində uzun bir ömür keçirtdm. Zamanla insan hər şeyə alışır. Bunu qədər deyə şumlayıb, onun mənə öyrətdyi həyat dərsləri həqiqətində yaşayaraq, insanlara faydalı olmağa çalışdım. Gücüm çatdığı qədər. O gün bu gün xəncəri hey yanımda gəzdirirəm. Kürəyimdə bir çuval, ağır yük kimi, özümlə hər yerə apardım. Evlənmədim. Rəhmətlik dəfələrcə qarşıma çıxdı, sənin günahın yoxdu, - dedi. Özünü hiss elətdirdi. Ancaq mən o acını daşıyaraq, cəzalandırdım özümü. Heç kimə demədim. İndi bu bulaq başında sizə anladaraq, bu çuvalı buraxıram. Məni dinlədiniz, əsgər əfəndilər, hə işlər belədi. O susdu, sanki bir an sular axmadı, durdu. Gözlərimizin önündən bir flm kmi keçən, bu xatirələri danışan yaşlı əminin yanaqlarından yaş süzülürdü. Hələ də axacaq göz yaşım qalıbmış,-deyərək xəfifcə gülümsədi. İki gəncin yaşlı birinə təsəlli üçün deyəcək nəyi ola bilərdi ki? Belə bir hadisə qarşısında deyiləcək hər kəlmə çox zəif görünərdi. Aramızdakı dərin səssizlik hadisəyə daha müqəddəs bir hava qatırdı. İkimiz də bu səssizliyi pozmağa qorxduq
-Çox cəsur imişsən, baba - deyə bildik.
-Bədəli çox baha oldu, dəliqanlı, - dedi sakitcə. Həsənlə bir- birimizə baxdıq. Üzüləkmi, hirslənəkmi, acıyaqmı?- bilə bilmədik. Sadəcə olanları bizimlə paylaşmışdı. Bizim baş verənlərə acımamız vecinə də deyildi. Belə bir gözləntisi də yox idi. Dediyi kimi illərdir daşıdığı yükü buraxan biri necə rahatlanırsa, eləcə, dərindən bir nəfəs aldı və gözlərini yumdu. Gözlərini açdığında, bizi yenicə görən kimi oldu. “ Əmi, indi bir az yaxşısanmı?- deyə soruşdum. Bu arada davamlı qaşınırdım. Başını əyərək, bildirdi ki, hə yaxşıyam. Sonra maraq içində gözlərini qıyaraq mənə baxdı:- Nəyin var , oğlum?- soruşdu. Soruşma, baba, nə zəhrimardır, bilmirəm, bir aydır mü- btəla olmuşam, qaşıntıdan ölürəm. Xəfifcə gülümsədi. İndi sənə dediklərimi edərsən. Get bu suyun palçığına gir. Hər tərəfinə palçıq surt, günəşin altında üstünü qurut. Sonra get çeşmənin suyunda bir gözəl yuyun. Onun dediyi kimi etdim. Gedib bir yaxşıca yuyundum və özümü isti havada çəmənlər üzərinə sərdim. Kim bilir , neçə saat uşaqlar kimi yatmışam. Oyandıqda anadan doğulmuş kimi idim. Sanki, heç belə bir xəstəliyim olmayıbmış. Heç bir yerim qaşınmırdı, özümü çox yaxşı hiss edirdim. Sevinclə ətrafa baxdım. Gözlərim yaşlı adamı aradı. Oturduğu yerdə yox idi. Haradadır? - deyə soruşdum. Burax, yatsın, - deyərək, məni oyandırmadan getmiş- di. Yolu açıq olsun. Məni böyük bir dərddən qurtarmışdı. Aradığı hüzura bu son günlərində qovuşmasını canı- kö- nüldən arzuladım. O, sadəcə, dəlisov bir gəncdi. Olacaqları bilə bilməzdi. Zatən insan başına nələr gələcəyini bilsə idi, heç dönüşü olmayan yollara girərdimi, əlini atəşə uzadardımı?


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar