Xəbər lenti
Fərqanə Mehdiyeva: "Sevgi şeirləri yazan vaxtımda sinəmə Qarabağ dağı çəkildi" -MÜSABHİBƏ
Şair qadınlar belə olurlar
Ürəyimdə xeyli zamandır xəyal köçü başlayıb. Yorğunluq bilmədən gethagetdədir.
Nə yerin üstünü, nə göyün altını sevə bilirəm. Bəlkə də ondandır yeriyəndə ayağımı torpağa qorxa-qorxa basmağım. Yeridikcə ruhumun təlaşı daha da artır. Bilirəm, gün gələcək ayağım altında yer qınından sıyrılacaq. Amma deyəsən, özümə yol tapmışam getməyə ayağım yerdən üzüləndə.
"Ayağın altında yer qaçıbdırsa,
Gəl keç ürəyimdən yol əvəzinə"
Bu misraların müəllifini çoxdan - min ildir tanıyıram. Şairdir, ruhdaşdır, kamilləşmiş qadındır, Fərqanə Mehdiyevadır.
O, yaşı qədər safdır. Ancaq saf, təmiz adamlar ürəkli, cəsarətli olurlar.
Uşaq kimi kövrək, qırılqandır. Kövrəklik ruhun mayasıdır. Deməli, o, əsl ruh şairidir.
Kökü dərin olan ağacın meyvəsi dadlı olan kimi, əsli-zatı olan insanın da fikirləri, məsəhətləri mənayüklü olur. Çağdaş Azərbaycanımızın ədəbi gənclərinin mənəvi anası olan Fərqanə Mehdiyeva da ruhunun diliylə gəncləri doğru cığıra, saf izə yönləndirir, taleyüklü məsləhətlər verir. Qəribəsi odur ki, yazılarında da həmin məhrəmlik, müşfiqlik insanı özünə çəkir.
Əziz oxucu, gəl, elə şairin özüylə birgə ruhundan ürəyinə ordan da çöhrəsinə çəkilən qayğılı, qəhərli, sevdalı yolları sətir-sətir yeriyək, misra-misra dolaşaq.
- Fərqanə xanım, zülfümüzü yana daramasaq da , istərdim ki, yönümüzü Salyana döndərək. Çünki bir dönəmlər Salyan ədəbi mühitində çalışmısız. Odur ki, gəlin, o illərə qayıdaq...Nələri xatırlayırsız?
- Salyanda " Kürün töhfəsi" Ədəbi Birliyi var idi. Mən o birliyə gedəndə 7- ci sinifdə oxuyurdum. Xəlil Rza Ulutürk, Agacavad Əlizadə, Oktay Rza həmin şeir məclisinə gələrdilər. Gənc yazarları dinləyərdilər. Yaxşı yadımdadır, Xəlil Rza atamın kəndçisi idi. Atama deyərdi:- Bu qızdan muğayat ol. Mənə isə boynumu qucaqlayıb "Şeiri atma bala, şeirin səndə gözü qalar”- deyərdi. Hər qələmi əlimə alanda böyük ustadın sözlərini xatırlayırdım. O illər qayğısız idi. Şeirə o qədər bağlı idim uçurdum göylərdə. Şeirlərim rayon qəzetində çıxanda elə sevinirdim. O qədər xatırlamalar var ki, hansını deyim....
- Şeirlərdə gah itən başınızı gah da dolaşıq ömrün düyünlərini axtarırsız.Sizcə axtarmaq baş qatmaq deyilmi?
- Başımı elə itirmədim ki, bir də tapam! Elə bilirəm itən başımı hansısa yazacağım şeirin içindən tapacağam. Çətin! Bir də ömrün düyünləri dolaşıq olmasa yaza bilmərəm ki! Hər şeirdə düyünlərdən azca açıram. Əslində hamı bu fani dünyada başını qatır. Amma baxır kim nəyə qatır. Baş qatmaq hardasa təsəllidir. Şeirlə baş qatmaq isə maraqlı təsəllidir. Bu, hər adama nəsib olmur.
-Şairlərin öz ürəyi ilə davalarının bitmədiyini bilirdim. Lakin bunun bir ana xətt olaraq yaradıcılıqda özünə yer tapması daha dərin situasiyalardan xəbər verir. Sizin də yaradıcılığınızda bir müharibə portreti var. Nədən yaranıb?
- Gözümü açandan, həyatı dərk edəndən anamın qırmızı yaylığını, qırmızı donunu boxçasında gördüm. Anam rəhmətlik heç vaxt onu geyinə bilmədi. Anamın ürəyinə 1941 – 1945-ci ilin qəlpələri dəydi.
Bir saçın ağ hörüb bir qara qızlar,
Anamın yasıdı o qarı qızlar.
Görür ki, saralıb qara kağızlar,
Qırmızı geyinə bilməyir anam.
Bağrının başında yara dağ kimi,
Dolanır boynuna qara bağ kimi...
Neynəsin dərdi var Qarabağ kimi,
Qırmızı geyinə bilməyir anam.
Məni də geyməyə qoymayır anam.
Mənim də sinəmə Qarabağ dağı çəkildi, sevgi şeirləri yazan vaxtımda. Tay- tuşlarım əsir düşdü. Ürəkdən sevinə bilmədim. İndi də sevinə bilmirəm...
Əziz oxucu, könül gəzintisinin bu yerində bir ayaq saxlayıb üzümü sənə tuturam:- Şair doğulan kəs ömrə peşiman ola bilməz deyirdi şair Müzəffər Şükür Məçhul. Fərqanə xanım bu mənada sevinə bilməməyindən nigaran olmamalıdr. Axı şairlik sevinmək deyil, sevincin qəm üzünü damağına əbədi dad bilmək, sevginin hicran üzünü yaşamaqdır! Amma bu bədbəxtlik də deyil, məncə.Gəl, Fərqanə xanımdan soruşaq.
-Şairlərin bədbəxtliyi nədədir?
- Kim deyir ki şair xoşbəxtdi ? Mənə bir xoşbəxt şair göstər. Şair xoşbəxt olsa, şair olmaz ki! Tanrı sevdiyi bəndələrə əzab verər. Şair yaranan gündən kədərə söykənir..
Kimsələr çəkən bir dərdi,
Şairlər min qat keçirir...
Zamanın bütün ağrıları şair ürəyindən gəlib keçir. Hamı şairdən umur. Bədbəxtlik deməzdim, amma şairi cəmiyyətdən ayıran onun normadan artıq həssaslığıdır, hamıya inamıdır. Şair bütün- hansı yaşda olur olsun uşaqdır.
Çəkdiyi əzabına
tab gətirən sinədi.
Yaranışdan itirir
doğum adlı sənədi.
Şairin yaşı olmur.
-"O gedən özün aparır,
Bizə xəbərdarlıq edir " deyən Fərqanə Mehdiyeva həyatın hansı xəbərdarlıqlarını alıb?
- Bax belə yüzün aparır
Ardınca düzüm aparır
O gedən özün aparır
Bizə xəbərdarlıq edir.
Bu şeiri çoxdan yazmışam. Amma xəbərdarlığı 2012-ci ilin dekabr ayının 9-da aldım. Bir müsahibəmdə dediyim kimi. ÖMRÜMƏ QARA KAĞIZ almışam.. Mən onda çox seylərlə üzləşdim. Dostu, tanışı, yadı sınadım. Rəhmətlik Rafiq Tağı demişkən: "Qəbrimin üstünə gələnləri gördüm". Çox sağ olsun qədirbilən insanlar. Əslində dünyadan bir insan köçəndə o birisinə xəbərdarlıq edir. Bu haqqdır, amma o xəbərdarlıq odur ki, ey insan, bu dünyada nə qoyub gedəcəksən yaxşılıq elə, paxıl olma, insanları sev, göynən getmə. Yerdən xəbərin olsun. Əyilmə, sınma. Bu xəbərdarlıq insanlığa xəbərdarlıqdır.
- Demək olar ki, bütün ömrünüzü ədəbiyyat, şeir sənətpərvərləri ilə çiyin-çiyinə yaşayırsınız. “Ulduz” jurnalında çalışırsınız. Sizcə, çağdaş poeziyamızın çatışmayan cəhətləri nələrdir? Və onların çözülməsini nədə görürsünüz?
- Poeziya - Əsil poeziya o qədər müqəddəsdir ki, adam onda çatışmamazlıq görə bilmir. Çağdaş poeziyada bir az özbaşınalıq, bir az senzuranın olmaması, ədəbiyyata məqsədlə gələnlər istər-istəməz əsil poeziya yaradanların könüllərini qırdılar. Modern üslubla yazıram deyib publisist məqaləni şeir sayanlar poeziyada çatışmamazlıq yaratdı. Amma bu təzə xəbər deyil. Zaman- zaman belə olub. Hələ Mikayıl Müşfiq
“Şairəm söyləyir yerindən duran
Adamın üzündə həya gərəkdir”- demirdimi?
Bunun çözülməsi odur ki, gərək hər kəs öz yerini, işini bilsin. Başqa sənətdə hardasa az da olsa vəziyyətdən çıxmaq olar. Amma poeziya könül məsələsidir. Allah vergisidir. Bununla zarafat etmək olmaz.
- Bəli, həqiqətən də, üzündə həyası olan adam nəin ki, poeziyanın, ədəbi hadisənin, lap elə yaşamın, insanlığın da yerini, hüdudunu bilir ki, onda da həyat öz mənasını ifadə edir. Bir də ki, Fərqanə xanım, axı Allah vergisini, içində Allah qorxusu daşıyanlar bilər! Söhbət Uca yaradandan düşmüşkən bir maraqlı məqama da diqqət çəkmək istəyirəm.
“Sən alın yazırsan, mən şeir Allah”- deməklə şairlərin ənəlhəqliyinə işarə vurursunuz?
- Əsla! O şeiri yazandan sonra Tanrıdan üzr istəmişəm, yalvarmışam keç günahımdan demişəm. Şeir yazmaq alın yazmaq qədər müqəddəsdir, məsuliyyətlidir...
Bir sevgi yolunda qovruldum, bişdim,
Nə haqqı tapdadım, nə yön dəyişdim.
Mən sənə canımı qurban demişdim,
Yolunda ümidim kəsilir, Allah!
Bir haqsızlıqla üzləşdiyim bir vaxta düşüb bu şeirin yazılması. Şairlər Allaha çox bağlıdırlar.
- "Bəlkə də sözsüz adamam,
Mən hələ üzsüz adamam...
Dərəsiz, düzsüz adamam,
Bir az könülsüz adamam.
Haçan ki, haqqı deyirəm,
Deyirlər duzsuz adamam."
-Niyə özünüz haqqında belə radikal mövqedəsiniz? Yoxsa şair elə belə olmalıdı deyə düşünürsünüz?
- Nə bilim. Haqqı deyəndə duzsuz oluram, həqiqət həmişə acı olub. Könülsüz olmağım isə xarakterimdən irəli gəlir. Kövrək, bir az da həvəssiz, özündən narazı olmaq. Pis əlamət deyil. Deyim elə uşaqlıqdan belə olmuşam.
- Yaxşı ki belə olmusuzunuz. İndi “şair insanlar”ın eqosuna baxanda Everest öz zirvəliyindən utanır, vallah! Kövrək, həvəssiz xarakterinizdə bir ştrix də payızpərəst olmağınızdır, deyəsən. Niyə məhz payız?
-Payız fəsli şairin taleyinə oxşayır. Şair doğulan gündən payızın yanında olur.
Bahara gendən baxır,
Payızı qışı olur.
Dünyada şirin nə var,
Dadmağa naşı olur.
Şairin yaşı olmur.
Heç bir şeir kefdən yaranmır. Şairin şeiri də gərək payız rəngində ola - yağışlı- yağmurlu, kövrək!
Ay ömür, yarıda könül qıranım,
Sən gələn yollara çıxım, sarınım.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni...
- Fəslin payızını sevənlər günün də gecəsini sevirlər.
"Bürünüb ağ kağızlara,
Yaman yazmalı gecədi" –deməyinizidən hiss olunur ki, siz də gecələrə müştaqsınız. Bəs bu misralar ömrünüzün hansı günlərini xatırladır sizə?
-Payız axşamlarının birində yazmışam bu şeiri. Gözəl sairə Həyat Şəmi ilə telefonda danışdım. İşıqlar da sönmüşdü..
Adam axını görməmiş,
Uzaq, yaxını görməmiş,
Hələ yuxunu görməmiş,
Durub yozmalı gecədi...
Qaragözlü gecədə ağ kağızlara bürünməyin başqa dadı var. Bu məqamın tərkibində, hardasa, Tanrı ilə üz- üzə qalmaq xoşbəxtliyi var. Bu məqam ömrün baharı adlayıb, yayı gözüyumulu keçib, payıza sarı əyilən çağlarını xatırladır. İstər-istəməz üşüyürsən və canını yalnız ağ kağızlara bürünməklə təsəlli tapırsan. Mənə elə gəlir ki, şair qadınlar nə qədər kağızlara bürünsə də, hamıdan çox üşüyürlər.
- Şeirlərinizin birində demisiz ki, "Gedəsən dünyanın axırınacan" Niyə bu qədər həvəslisiniz dünyanın axırına getməyə?
- Mənimçün dünyanın axırına getmək şeirə qoşulub getməkdir. Gözəl şairlərlə yol yoldaşı olmaq - uzun bir yol - sona çatmayan bir ömür. Yoluna qələm -kağız götürəsən, əlinə daş tərəzi alasan, xatirələrini sərgi kimi izləyəsən və gözəl şairlərin şeir qonaqlığından dadasan və gedəsən...
- Bəli, Fərqanə xanım, bu gediş gözəl gedişdir. “Uğur olsun”- demək düşür bizə də.
Bu məqamda deyə bilərsizmi bu illər ərzində ƏDƏBİYYAT da, xüsusən də şeir təsərrüfatında qazandığınız və itirdiyiniz nələr oldu?
- Ədəbiyyat canlı qüvvədir. Həmisə insana dost, sevgi, oxucu qazandırır. Kitablarım çıxdı. Vaxtaşırı televiziya, radio verilişərində çıxışlarım oldu. Bir neçə mükafatlara layiq görüldüm. 2007-ci ildən “Ulduz” jurnalında poeziya şöbəsinə rəhbərlik edirəm. Böyük qazancdır. Amma itirdiyim sağlamlığım oldu. Şeiri canımdan çox sevdim. Qarabağ ağrısı çıxmır canımdan. Qələmimin gözündən yaş gəlir. İlk oxucularım olan, şeirimi oxuyub öyünən, özümdən qabaq şeirimin qabağına yüyürən valideynlərimi itirdim və bu itkilər də yenə məni ağrı-acısıyla ədəbiyyata bağladı, yazılarıma hopdu.Durub dönə-dönə şəklimə baxdım.
O nakam nə yatdı nə yuxu görə,
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirinin sətirlərindən,
Gülümsər səklini asın indidən.
- Nadir hallarda sevgidən yazmayan şair olar. Çünki şeirin mayası elə eşqdir, sevdadır. " Sevgi şeirləri yaza bilmirəm"- deyən Fərqanə Mehdiyevanın bu şəpkidə poetizm yaratmamağının özəl bir səbəbi varmı?
- Əslində sevgi şeirlərim var. Sevgiyə Allaha inandığım qədər inanmışam. Amma dadını bilməmişəm.
Yazıram ürəyim, könlüm sıxılır,
Sevgisiz ömürə evi yıxılı...
Nə yazsam ayrılıq olur axırı,
Sevgi şeirləri yaza bilmirəm..
Mən misra dərirəm söz ağacından,
Yazıram balamın umacağından.
Yapışıb atamın əl ağacından,
Sevgi şeirləri yaza bilmirəm..
Şeirlə bölürəm bu tən dərdimi,
Varaqlar üstündə bitən dərdimi...
Yazıram yurd – yuva, vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm.
- Gənclərin mənəvi anası, dostu, sirdaşı olan Fərqanə xanımı müasir ədəbi fikir manerasında bu günün ədəbi gəncliyi qane edirmi?
- Bu gün ədəbi gənclik çox fəaldır. Dəfələrlə demişəm heç bir zaman ədəbi gəncliyin üzünə açılan qapı bu günkü qədər taybatay açılmayıb. Əlbəttə ki, Rəşad Məcidin bu işdə əməyi danılmazdır. Gənclər də gərək bu qayğıdan səmərəli istifadə etsinlər. Çox oxusunlar, az yazsınlar, məsuliyyətli olsunlar, iddialı olmasınlar. Gənclər arasında yazan çox olsa da, istedadlar açıq- aydın görünür. Sırf ədəbiyyata xidmət etmək məqsədilə gələn gənc yazarlar seçilirlər. Adlarını çəkərəm, şeirlərindən yetərincə misal gətirərəm. Bu gənclər əlbəttə ki, örnəkdir. Amma öz şeirinə, əsərinə güvənməyib, dedi-qodu yaradanlar, iddiaları böyük olanlar, özündən böyüklərə hörmətsiz yanaşanlar hamımızın qanını qaraldır. Biz istedadı ilə nəinki mərkəzdə, bölgələrdə yazıb yaradan gəncləri hər zaman dəstəkləyirik. Bizə bu işdə ilk yardımçı onların öz istedadlarıdır.
- “Ulduz” jurnalının poeziya bölümünə rəhbərlik etməklə Sizin ədəbi tənqidi və tənqidçiləri daha yaxından izləmək imkanınız var deyə düşünürəm. Bu mənada siz Çağdaş ədəbi tənqiddə hansı boşluqları görürsünüz?
- Tənqid həmisə olub və var. Nizami Cəfərov, Vaqif Yusifli, Əsəd Cahangir Bəsti Əlibəyli, Rüstəm Kamal, Qurban Bayramov, Balayar Sadiq, Elnarə Akimova, Nərgiz Cabbarlı və bu kimi dəyərli tənqidçilərimiz var. Amma yaxşı şairlərimiz var ki onların əsərləri təhlil edilməyib, diqqətdən kənar qalıb.
Ədəbi orqanlarda dərc olunan bütün bədii nümunələr gərək tənqidçilərin nəzərindən yayılmasın. Bu hallar tənqiddə boşluq yaradır. Əgər belə tənqid olsa Fikrət Sadıq demiskən:"Adamdan çox şair var". Bu hallar olmaz. Tənqidçi yazarın güzgüsüdür.
Həə, Əziz oxucu, görürsən ki, Fərqanə xanımla danışmaq maraqlıdır. İnsanda sevgi dolu hisslər oyadır. Bu yazıyla onun üzü kimi sözünün də, ruhunun da ayağı altından yer qaçanlara, ürəyi sırsıra bağlayanlara, başı fikirdən nəm çəkənlərə necə ürəkdolusu isti qucaq olduğunu göstərmək istədim.
Bir həqiqəti qeyd etməliyəm ki, bu müsahibədən bir illik zaman kəsiyi adlayıb. Və yalnız indi işıq üzü görür. Çünki yazının könlümün ahənginə uyğun, rübab sədalı olmasını istəyirdim. Elə ona görə də bu pıçıltılı söhbətimizin real və virtual aləmdə yayılması haqqında tərəddüd edirdim.Ta ki bu misraları oxuyanacan:
Heç kim bilmir qisməti..
Sınacaq, əyiləcək..
Bu gündən sabahadək..
Basına nə gələcək?
Həyat sirdi nağıldı.
Batıb boğula bilər.
Ömür muncuq kimidi.
Qəfil dağıla bilər.
Bəli, artıq bu sirli-soraqlı muncuq misralar dağıldı, amma sevdalı ürəklərə səpələnərək. Biz də bu muncuq misralarla sətir-sətir könülləri dolaşdıq. Nəhayətə çatdıq. Xeyir-dua da aldıq: “Tanrıya ümidlə verdiyiniz suallar heç vaxt cavabsız qalmasın” – deyə bir ana duası səsləndirdi Fərqanə xanım. Mən də öz növbəmdə dəyərli şairəmizə, onun sevdiklərinə və sevənlərinə ahənrüba bir ömrün səfasını diləyirəm. Səhhətinin şıltaqlığı isə vücudunun ona ərki-nazıdır. Fərqanə xanım, naz çəkməkdə mahir olmağın da öz ağırlığı olur. Bu da keçəcək. Yastığı yüngül olsun- deyək !
Həmsöhbət oldu: Rübabə SAHİB,
tənqidçi-yazar.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar