Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı və Ankaranı nə gözləyir? - Trampın qələbəsindən sonra

Tarix: 10-11-2016 09:33     Baxış: 5476 A- / A+
Bakı və Ankaranı nə gözləyir?

Amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu, sınanmamış siyasətçidir, onu yoxlamaq lazımdır. Çünki Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. İŞİD terrorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun “əsəri” idi.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Donald Trampın prezident seçilməsi məsələsinə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Donald Trampın prezident seçiləcəyini çoxları proqnozlaşdırmırdı:

“Tramp müsəlmanları aşağılayıb, “Meksika ilə sərhədə divar tikəcəm” sözləri ilə milyonlarla Amerika vətəndaşı olan ispandillilərin səsini itirmişdi, qadınlar haqqında təhqiramiz fikirlər söyləmişdi. Həm də Tramp o qədər reallaşması mümkün olmayan vədlər vermişdi ki, bunun gerçəkləşəcəyinə çoxları inanmırdı. Məsələn, Meksika hökumətini büdcə hesabına necə Amerika ilə sərhədə divar tikməyə məcbur etmək olar və ya müsəlmanları necə ölkəyə buraxmamaq olar, axı bu irqi ayrı-seçkilikdir? Demək, Amerikada hər şey mümkündür”.

E.Şahinoğlu vurğulayıb ki, Tramp, vəd etdiyi kimi, Putinlə dostlaşa bilməyəcək, həmçinin İranla nüvə razılaşmasını dediyi kimi zibil yeşiyinə də ata bilməyəcək:

“Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəlik, onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi “Liviya əməliyyatı bizim böyük səhvimiz idi” dedi. Əslində, Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə “ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum” kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı, amma o, bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. “Quantanamo həbsxanasını qapadacam” deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı. Bu deyilənləri Trampa da şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq ABŞ-ı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi - bütün bunlar prezidentlərin qərarlarına təsir edir. Əgər ABŞ-ın siyasi sistemi Krımın işğalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Həmçinin Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış ABŞ-ın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə, bu, ABŞ-ın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaq imkanı qazanacaq”.

ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, E.Şahinoğlunun fikrincə, Tramp da bir respublikaçı kimi Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verəcək:

“Barak Obamanın prezidentliyi və Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosu bağlandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla, Trampın seçilməsi ilə Bakıda inşası çoxdan tamamlanan “Trump Tover” binasının açılışı olacaq. Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yalnız enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa Birliyi dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Tramp Administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək, Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək, Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Unutmayaq ki, ABŞ-ın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq edəcək”.

Politoloqun sözlərinə görə, Tramp Türkiyə üçün də qaranlıq qutudur:

“Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında öncə Türkiyəni ziyarət etdi. Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Obama Administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlki kimi ABŞ-da rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar