Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyevin mart soyqırımına verdiyi siyasi qiymət

Tarix: 12-12-2018 13:16     Baxış: 3579 A- / A+
Heydər Əliyevin mart soyqırımına verdiyi siyasi qiymət


Açar sözlər: soyqırım, ermənilər, sənədlər, siyasi qiymət, Heydər Əliyev

Ключевые слова: геноцид, армяне, документы, политической оценке, Гейдар Алиев
Key words: genocide, armenians, documents, political assessment, Heydar Aliyev

Müstəqil Azərbaycanda həlli vacib olan çox mühüm vəzifələrdən biri milli özünüdərkin formalaşması, milli-mənəvi dəyərlərin bərpasıdır. Bu işdə Azərbaycan xalqının çoxəsirlik tarixinin bütün mərhələlərinə obyektiv yanaşma, onların tədqiqi, tarixi gerçəkliklərin məhz həqiqət prizmasından qiymətləndirilməsi başlıca vəzifələrdən biridir. “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır; tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz” (Əliyev H.Ə. Müstəqillik yolu (Seçilmiş fikirlər)).

Tarixi həqiqətlərin konyukturçu nöqteyi-nəzərdən, qəsdən təhrif edilməsinin bariz nümunəsi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir. Bu torpağın üstündə addımlayaraq, bu xalqın çörəyini yeyərək, onun maddi-mənəvi dəstəyi ilə ərsəyə yetib elmi mənsəb, şan-şöhrət sahibi olaraq, böyük pafosla özünü taritxçi-alim adlandıran kommunist məddahları adidən də adi həqiqətə – Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarının işğalına uzun illər boyu göz yummuş, yaxud xalqımıza qarşı ermənilərin soyqırımı siyasətinin ayrı-ayrı təzahür hallarının mahiyyətcə təhrif olunmuş şəkildə, məsələn, 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsini ən yaxşı halda “Vətəndaş müharibəsi” kimi təqdim etməkdən zərrəcə olsa da, vicdan əzabı çəkməmişlər. Halbuki 1918-ci ilin mart qırğını Azərbaycanın XIX-XX əsrlərdə baş verən və hər dəfə də torpaqlarımızın müəyyən hissəsinin zəbt edilməsi ilə müşayiət olunan bütün faciələri cərgəsində, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətində miqyasına və amansızlıq dərəcəsinə görə ayrıca bir mərhələ, müstəsna vandalizm hadisəsidir, deməli, bütün incə məqamlarına qədər tədqiq olunmalı, öyrənilməli, ən başlıcası isə dərs alınmalı tarixi fakt, tarixi həqiqətdir.

1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. Birinci dünya müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərmişdir. Xüsusilə, erməni daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar böyük faciələr kimi yadda qalmışdır”.

Tarixi həqiqətlərin qəsdən təhrif edilməsinin bariz nümunəsi erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə törədilmiş soyqırım siyasətinə münasbiətdə aydın görünür. Bu soyqırımları zəncirində öz amansızlığı ilə iz qoyan 1918-ci il mart soyqırımı bu baxımdan xüsusi yer tutur və məhz bu qanlı olayın dünya birliyinə çatdırılması, ona beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi həlli vacib ən mühüm vəzifələrdən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti təsis edildikdən sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Kabinəsi 1918-ci il iyulun 15-də faciənin tədqiqi məsələsilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edir. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilir. Əslində, bu, azərbaycanlılara qarşı törədilən soyqırım proseinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Sovet dövründə bolşevik tarixçiləri vətən tarixinin bu dövrünü təhrif edərək qanlı hadisələrin əsl mahiyyətini gizlətdilər, ən yaxşı halda isə “vətəndaş müharibəsi” kimi təqdim etdilər. Bu proses 70 il ərzində davam etdirildi. Yalnız Azərbaycan Respubilikası istiqlaliyyətini yenidən bərpa etdikdən sonra bu qanlı olay öz siyasi-hüquqi qiymətini aldı. Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi təsbit olundu. “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” (Azərbaycanlıların soyqırımı haqqında. Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı. “Azərbaycan” qəzeti, 27 mart 1998). Bununla da, sovet tarixçilərinin onillər boyu apardıqları kommunist təbliğatına rəsmi siyasi qiymət vermiş oldu.

Nəhayət, Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə “31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti”ndən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlatmaqla məruzəni yekunlaşdırmaq istərdim: “Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siaysi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar. Sizi birliyə, xalqımızın milli maraqlarının və hüquqlarının qorunması uğrunda yenilməz mübarizəyə səsləyirəm” (31 mart – Azərbaycanlıların

Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti. “Azərbaycan” qəzeti, 1 aprel 1999)

Tural Vəlizadə,
Qərbi Kaspi Universitetinin müəllimi
BDU-nun Tarix fakültəsinin doktorantı

e-mail: turallachin@mail.ru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar