Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?

Tarix: 06-11-2018 16:49     Baxış: 2499 A- / A+
7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?




Viktor Abakumov Stalin hakimiyyəti dövrünün ən ziddiyyətli simalarından biri sayılıb. Qəddarlığı və amansızlığı ilə Nikolay Yejovdan, Lavrenti Beriyadan heç də geri qalmayan Abakumov cəmisi 7 il ərzində leytenant rütbəsindən general-polkovnik rütbəsinə qədər irəliləyib. Yəqin ki, belə sürətli irəliləyiş təkcə SSRİ-də deyil, dünyanın heç bir ölkəsində qeydə alınmayıb.


1908-ci ildə Moskvada yoxsul fəhlə ailəsində anadan olan Abakumov yalnız ibtidai təhsil alıb. Buna baxmayaraq o, yüksək vəzifələrə sahib olmağa nail olub.


Abakumov çox gənc yaşlarından bacarığı, qətiyyəti, məntiqi, səlis nitqi, təmkini, düzgün və vaxtında qərar çıxarmağı ilə ətrafındakı insanları sözün əsl mənasında təəcübləndirməyi bacarıb. Ən kiçik vəzifələrə belə təyinat alarkən qısa müddətdə iş prinsipi ilə fərqlənib. Təbii ki, bütün bu xüsusiyyətləri rəhbərliyin diqqətindən yayınmayıb.

İlk əmək fəaliyyətinə fəhləlikdən başlayan Abakumov 1923-cü ildən Moskva hərbi qarnizonunda sanitar kimi xidmətə başlayıb. 1930-cu ildə partiya sıralarına daxil olub və komsomol orqanlarında çalışıb. 1933-34-cü illərdə gənc partiya fəalı kimi o, Xalq Komissarları Sovetində baş müfəttiş vəzifəsinə irəli çəkilib.

7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?


Bu vəzifədə işləyərkən Abakumovun karyerasında problemlər yaranıb. Belə ki, onun adı əxlaqsız qadınlarla hallanıb və bir neçə dəfə əyləncə məclislərində kommunist əxlaqına uyğun olmayan hərəkətləri ilə ifşa olunub. Bununla da onu tutuğu vəzifədən asad ediblər.

Siyasi fəaliyyətinə ilk ləkə vurulduqdan sonra Abakumov islah əmək düşərgəsinə göndərilib. Amma məhkum kimi yox, kiçik bir vəzifədə xidmət etmək üçün. Əməliyyat müvəkkili işləyən Abakumov səhvlərini düzəldərək qısa müddət ərzində nümunəvi xidməti ilə ad çıxarıb. Yeni işgəncə metodları, sürgünə göndərilənlərə qarşı amansızlığı rəhbərliyi olduqca məmnun edib.

1938-ci ildə Lavrenti Beriyanın “NKVD”-yə gətirilməsi Abakumovun həyatında yeni mərhələ açıb. Komandasını formalaşdıran Beriya onun xidmətləri haqqında məlumatlı olub və Abakumovu Rostov vilayətinin daxili işlər idarəsinə rəis təyin edib.

Qarşısında yeni meydan açılan Abakumov “NKVD” sisteminin ən qəddar cəlladlarından birinə çevrilib. Repressiya “plan”larını iki-üç dəfə artıqlaması ilə yerinə yetirən Abakumova ən ağır işlər həvalə olunub. Onun fəaliyyəti, daha doğrusu, qəddarlığı SSRİ-də ən kriminal şəhər kimi tanınan Rostovda əfsanəyə çevrilib. 50 minə yaxın insanı Sibirin gedər-gəlməzinə göndərən Abakumova mərkəzdə, Moskvada ehtiyac duyulub.

Beriyanın təşəbbüsü ilə Viktor Abakumov 1941-ci ildə “NKVD”-nin xüsusi şöbəsinə rəis təyin edilib. O, kəşfiyyat və əks-kəşfiyyata nəzarət edib.

7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?


1943-cü ildə İosif Stalin Hitlerin “Abver” kəşfiyyat və əks-kəşfiyyat orqanlarına qarşı yeni bir qurum yaradılmasına qərar verib. Bununla bağlı Müdafiə komissarlığının tabeliyində Baş əks-kəşfiyyat idarəsi, “SMERŞ” (smert şpionam) yaradılıb. Və şəxsən Stalinin təşəbbüsü ilə Abakumov bu quruma rəhbər təyin edilib. Məlum olduğu kimi, həmin dövrdə SSRİ Müdafiə komissarlığına Stalin özü başçılıq edib. Beləliklə də Abakumov bu təyinatla Beriyanın tabeliyindən çıxaraq birbaşa Stalinin tabaçiliyi altında işləməyə başlayıb. Bu təyinat həm də Stalinlə Abakumov arasında münasibətləri olduqca yaxınlaşdırıb.
Məhz bu dövrdən Abakumovun insan ağlının dərk edə bilməyəcəyi qəddarlığının yeni mərhələsi başlayıb. Təkcə 2 il ərzində əsir düşmüş 80 mindən artıq sovet zabiti və əsgəri heç bir sorğu-sual olunmadan Abakumovun göstərişi ilə güllələnib. Qan görməyəndə özünü narahat hiss edən Abakumov həmin dövrdə ən dəhşətli işgəncə vasitələrinə əl atıb.

Viktor Abakumov “SMERŞ”-ə rəhbərlik edəndə onun üzərinə başqa bir vəzifə də düşüb. Stalinin göstərişi ilə o, ən yüksəkçinli hərbçilərin, marşal və generalların telefon danışıqlarını izləyib, onlar haqqında müntəzəm olaraq Stalinə yazılı şəkildə məlumatlar verib. Ən acınacaqlı hal o olub ki, bir çox hallarda bu “təqdimat”lardan sonra heç bir günahı olmayan insanlar Stalinin göstərişi ilə güllələnməyə məhkum ediliblər.

Abakumovun azğınlaşması o həddə çatıb ki, hətta Kremlin məmurları ondan ehtiyat ediblər. O, həmişə məmurları, xüsusilə də marşal və generalları gərgin vəziyyətdə saxlamağı bacarıb. Ən əsası isə Abakumovun varlığı Lavrenti Beriyanı olduqca ciddi narahat edib. Beriya qapıları taybatay üzünə açdığı bir şəxsin, Abakumovun Stalinin pəncərəsindən bu qapılara baxdığını müşahidə edəndə özünü çox narahat hiss edib. Çünki Beriya çox yaxşı dərk edib ki, özünə vurğun olan Abakumov öz mövqelərini möhkəmlətmək üçün istənilən şəxsi qurban verməyə hazırdır. Üzdə xoş münasibətləri olsa da, Beriya zərbə üçün məqam gözləyib.

7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?

Stalinin Abakumova general-polkovnik rütbəsini şəxsən təqdim etməsi də komandaya çox şey deyirdi. Adətən məmurları tərifləməkdə “xəsis” olan rəhbər Abakumova qarşı səxavətli olub.

Abakumov xidməti illərində Stalinin bütün göstərişlərini ən yüksək səviyyədə, rəhbəri qədərindən də artıq qane edəcək dərəcədə yerinə yetirib. O, nazir kürsüsündə əyləşmək üçün bütün gücünü sərf edib və nail olub.

1946-cı il mayın 7-də Viktor Abakumov SSRİ-nin dövlət təhlükəsizliyi naziri təyin olunub. Bu təyinatdan sonra “SMERŞ” məhz həmin nazirliyin tabeliyinə verilib.

Ətrafındakı məmurlar üçün real təhlükə sayılan Abakumov, nəhayət, 1951-ci ildə “zərərsizləşdirilib”. Stalinin partiya konfransındakı işlətdiyi bir-iki cümlə onun taleyini həll edib: “Biz ona çox səlahiyyətlər verdik, o isə bu səlahiyyətlərdən sui-istifadə edərək etimadımızı doğrultmadı...”

Bəli, Abakumov Stalinə daha lazım deyildi. Rəhbər ondan yetərincə istifadə etmişdi...

7 ilə general olan cəllad leytenantın nəhs aqibəti – SMERŞ-in 46 yaşlı rəhbərini necə güllələdilər?


11 iyul 1951-ci ildə vətənə xəyanət maddəsi ilə Abakumova qarşı cinayət işi açılaraq həbs edilib. Onun həbs olunma prosesinə təkan verən isə Georgi Malenkov olub. Təbii ki, Stalinin göstərişi və Siyasi Büronun üzvlərinin köməyi ilə...
Abakumovun istintaqı uzun çəkib. Bu ərəfədə Stalin də vəfat edib. Xruşovun hakimiyyəti dövründə Abakumova qarşı ittiham dəyişdirilərək onu “Leninqrad işi”ndə təqsirli biliblər.

İstintaq başa çatdıqdan sonra cinayət işi Leninqrad məhkəməsinə göndərilib. Qapalı keçən məhkəmədə Abakumov ən ağır cəzaya, güllələnməyə məhkum olunub. 19 dekabr 1954-cü ildə məhkəmənin qərarı icra olunub.

Beləliklə “SMERŞ”-in məğlubedilməz rəhbəri Viktor Abakumov 46 yaşında milyonlarla insanın lənəti altında bu dünya ilə vidalaşıb...musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar