Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarımız repititor yanına gedirsə, ORTA MƏKTƏB NƏ ÜÇÜNDÜR?!

Tarix: 21-10-2018 21:20     Baxış: 21 464 A- / A+
Uşaqlarımız repititor yanına gedirsə, ORTA MƏKTƏB NƏ ÜÇÜNDÜR?!


Müəllimlərin ayda 3-4 min manat gəlir əldə etməsi üçün!

Bu gün ali məktəb arzulayan şagirdin repititorsuz tələbə adı qazanması mümkünsüz olmasa da, çox müşkül məsələdir. Heç kimə sirr deyil ki, orta məktəblərin 9-cu sinfindən başlayaraq, şagirdlər ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedirlər. Aylıq əmək haqqı onsuz da aşağı olan müəllim, özünün maliyyələşməsini dərsdən əlavə uşaq hazırlamaqla təmin edir.


Repititorluq Azərbaycan müəlliminin əsas qazanc yeridir desək, yəqin ki, yanılmarıq. Qazanc isə heç nədən olmur. Təbii ki, bu zaman müəllim enerji və sağlamlığını sərf edərək, əlavə pul qazanmağa çalışır.

Son zamanların dəbi isə təxminən 10 il əvvəlki kimi 9, 10, 11-ci sinifdən hazırlıqlara başlanması deyil, elə ibtibadi sinif şagirdlərinin də əlavə məşğələlərə cəlb olunmasıdır.

Qiymətlər təxminən belədir: ibtibadi və 5-6-cı sinif şagirdləri üçün hazırlıqlar həftədə iki dəfə olmaqla 50 manat, həftədə 3 dəfə olmaqla isə 70 manat, 10-11-ci snif şagirdləri üçün isə 70-80 manatdır. Söhbət 1-2 şagirddən yox, ən azı 20-30 şagirddən gedir. Nəzərə alsaq ki, orta hesabla hər şagirdi 50-70 manata hazırlaşdırırlar, bu ayda təxminən 1000-15000, 1400-2100 manat deməkdir. Üstəlik vergisiz, filansız...

Əgər siz müəllimin övladınızla fərdi məşğul olmasını istəyirsiznisə, o zaman ayda ən azı 100 manatınızdan keçməlisiniz.

Maraqlısı budur ki, əksər şagirdlər elə onlara dərs deyən müəllimlərin yanına hazırlığa gedirlər. Müəllim də eyni, şagird də həmin adam. Amma di gəl ki, müəllim sinifdə şagirdə hazırlıqdakı kimi can yandırmır. Bu zaman nə etməli? Əgər onsuz da həftə boyu dərslərlə yüklənən şagird, həmin fənni mənimsəmək üçün əlavə olaraq vaxt sərf edəcəksə, məktəb nə üçündür? Şagirdin 11ilin sonunda məktəbi bitiməsinə dair şəhadətnamə vermək üçün?!

Yox, əksidirsə, biz nə vaxt repititorsuz orta məktəblərin formaaşmasına nail olacağıq?


Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan təhsil üzrə ekspeet Kamran Əsədov qeyd edir ki, repititorluq son 25 ilin ən yayqın əmək fəaliyyəti növüdür:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra ali və orta ixtisas təhsili müəssisələsinə qəbulla bağlı edilən dəyişikliklər yeni peşə ortaya çıxarmış oldu. Etiraf edək ki, hazırda əksər müəllimlər dərsdən əlavə müəllimliklə - repititorluqla məşğul olur. Bu sahədə apardığımız araşdırmalar onu göstərir ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar. Amma bunu hər müəllimə də aid etmək doğru deyil. Əslində, repititorluq təhsilimiz Avropa standartlarına inteqrasiya etdikcə özünə yer elədi. Yeni təhsil standartları yeni öyrətmə metodunu da ortaya gətirdi və repititorluq fəaliyyəti belə təşəkkül tapmağa başladı”.

Ali məktəbə gedən yol repititor yanından keçir...

K.Əsədovun sözlərinə görə, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə, demək olar, absurddur:

"Bunun test tapşırıqları var, sinif müəllimlərinin belə həll edə bilmədiyi misalları, məsələləri, açıq sualları, məntiqi-filanı... Elə hazırlıq kurslarının özü repititorluğun bir növüdür. Son illərdə nə qədər hazırlıq kursları açıldı. Hamısında da xarici dil kursları, ayrı-ayrı fənlər üzrə hazırlıq, hətta sırf qəbul imtahanlarına hazırlıq aparanlar da var, eləcə də magistratura, dövlət qulluğuna imtahanlara hazırlıq. Fərq burasındadır ki, hazırlıq kursları icarəyə götürülmüş ofislərdə, hansısa binalarda yerləşir, fərdi repititorluqla məşğul olanlarsa, ya işlədiyi məktəbdə dərsdən sonra qalıb şagirdləri hazırlaşdırır, ya da uşaqlar müəllimin evinə yığışır. Hazırlıq kursları ilə məsələ asandır, görünən dağa nə bələdçi. Fəaliyyət və bunun nəticəsində gəlir varsa, vergi də, yəqin ki, ödənir. Qalır, qeyri-leqal repititorluqla məşğul olanlar”.

"Xarici dillə bağlı tədris acınacaqlı vəziyyətdədir”

Ekspert deyir ki, hazırda ən acınacaqlı vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır.:

"Belə ki, orta məktəblərdə xarici dilin, xüsusi ilə də ingilis dilinin tədrisi o qədər aşağı səviyyədə tədris olunur ki, şagirdlər məcbur olub əlavə vəsait hesabına xarici dili öyrənmək üçün hazırlıq kurslarına, dil kurslarına gedirlər. Bu həm xarici dili tədris edən müəllimlərin bilik və bacarıqlarının aşağı səviyyəli olması ilə əlaqədardır, həm də onlar qəsdən aşağı səviyyədə dərs keçir ki, şagirdlər onların yanına ödənişli olaraq hazırlığa gəlsinlər. Acınacaqlı olsa da reallıq budur ki, şagirdlərin repititor dəstəyi olmadan tədris proqramını tam qavraya biləcəyi mümkün deyil”.

"İbtidai sinif tapşırıqlarını ancaq ali məktəb müəllimləri həll edə bilir”

K.Əsədov ibtibadi sinif kitablarındakı çətinliklərə də toxunur:

"İndi ibtidai sinif proqramı elə qəlizləşdirilib ki, heç müəllimlər özü başa düşə bilmir, o ki qaldı uşaqlar. Valideyn məcburdur ki, uşağını əlavə müəllim yanına hazırlığa göndərsin. Hazırda ibtidai sinif riyaziyyat dərsliyindəki anlaşılmaz tapşırıqları yalnız ali məktəb müəllimləri həll edə bilir. Valideyn onun həllini ali məktəbdə dərs deyən müəllimdən, ya da tətbiqi riyaziyyat mütəxəssisindən soruşur. Belə vəziyyətdə repititorlarsız keçinmək qeyri-mümkündür. Görürsünüz, dərsliklərdə nə qədər səhvlərə yol verilir. Tədris proqramının həddindən artıq ağır olması faktdır, neçə dəfə bu barədə danışılıb, etirazlar bildirilib. Hamımız bilirik ki, müəllimin əmək haqqı aşağıdır. Müəllimin çəkdiyi zəhmət müqabilində aldığı əmək haqqı çox azdır. Buna görə müəllimlər əlavə şagird hazırlaşdırır. Burada fəaliyyətin daşıdığı missiyanın çox böyük önəmi var. Burada daha çox savad vermək, daha çox biliklərə yiyələnmək var. Repititorluq sayəsində şagirdlər biliklərə daha yaxından yiyələnir”.

"Repititorluq lisenziyalaşdırılmalıdır”

Müsahibimizin sözlərinə görə, ali məktəblərə qəbul, buraxılış imtahanlarının uğurlu, artan nəticəsi təhsilin, orta məktəbin nəticəsi deyil:

"Bu, repititorluq sisteminin nəticəsidir. Bu gün orta məktəblərdə tədrisin vəziyyəti aşağıdır. Hesab edirəm ki, ali və orta ixtisas təhili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanları sadələşsə, dərsliklər peşəkar mütəxəsislər tərəfindən yazılsa və müəllimlərin əmək haqları onların ehtiyaclarını ödəyəcək səviyədə müəyyən ounlsa, o zaman ölkədə repititorluğun sayı, əhatə dairəsi azalar. Bundan başqa, düşünürəm ki, repititorluq fəaliyyəti də lisenziyaya daxil edilməlidir. Hər kəs bu fəaliyyətlə məşğul olmamalıdır. Müəyyən qədər də bu sahəyə nəzarətin olmaması onların sayının kütləvi şəkildə artmasına gətirib çıxarıb. Çox təəsüf ki, bu gün azərbaycan təhsili repitirorluqdan asılı vəziyyətdə qalıb. Butün sahələr və istqamətlər üzrə şagirdlər ancaq repititor xidməti vasitəsi ilə uğur əldə edirlər. Ona görədə uğura gedən yolda mövcud olan çətinliklər, maneələr aradan qaldırılsa, ölkədə repititor fəailliyəti olmaz. Əsasən də ali məktəblərə qəbulu imtahansız, birbaşa etməklə bu məsələni həll etmək mümkündür”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar