Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mehmet TAŞAR: Payız sürgünü (hekayə)

Tarix: 05-10-2018 23:17     Baxış: 3210 A- / A+
Mehmet TAŞAR: Payız sürgünü (hekayə)

Hörmətli oxucular. Sizə təqdim etdiyimiz hekayə tanınmış türk yazıçısı Mehmet Taşarın qələmindən çıxıb. Keçən saylarımızda onun "Dəniz" hekayəsi ilə tanış olmusunuz. İndi isə Manevr.az-ın oxucularına onun "Payız sürgünü " hekayəsini təqdim edirik.
Hər iki hekayəni Azərbaycan türkcəsinə filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyeva uyğunlaşdırıb.


***
Payız sürgünü (hekayə)

(Ahmet Fazil Göktuğa ithaf olunur)

Bir az əvvəl "o güzgünü bir mənə verin" demişdi. Yadına düşdü ki, neçə gündü güzgüyə baxmır. Necə göründüyünü bilmək istəyirdi. Bədənini bilirdi: sümüyü çıxmış əllərini, dərisi solmuş ayaqlarını, barmaqlarını, bir də onlara sonradan yapışdırılmış kimi görünən dırnaqlarını görə bilirdi. Onlara baxmaqdan yorulmuşdu da. Əlini başına çəkəndə orada qalmış tək-tük saçlarını, az qala bürüşmüş dərisini deşəcək almacıq sümüklərini, həmişə güləndə üzündə əmələ gələn qəmzələrini görmək istəyirdi.
Dərmanlarını verib, yeməyini yedirdən, altını təmizləyib hərdən iyrəndiyini büruzə verən, paltarını dəyişən , bədənini silən arvadının üzünə baxa bilmirdi... Baxsaydı, bəlkə onun gözlərində özünü görərdi.
"Ata, bugün necəsən?" deyən qızının gözünə də uzun müddət baxa bilmirdi. Orada da görə bilmirdi özünü....
Yeganə istəyi güzgüyə baxmaq idi.
- Güzgünü neynirsən, -arvadı çəmkirdi. Nəyəsə acıqlanmışdımı, bəlkə də ərinin necə dəyşdiyini bilməsini istəmirdi?
Ancaq səsindən əsəbiləşdiyi, bezdiyi hiss olunurdu.
Bir az gözlədi. Gəlib - gedən də yox idi. İnilti və xırıltıdan ibarət olan səsiylə qışqırıb - bağırdı. Bəlkə də özü qışqırdığını zənn edirdi. Kipriksiz qapaqları yumuldu gözlərinin. Yanağına axmağa hazır olan iki damla yaş gilələndi bəbəklərində...
"Mənim bibərlərim necə oldu?" - gözünü açmadan soruşdu. Onları sonuncu dəfə payızda görmüşdü.
Dama qalxan nərdivanın pillələrinə bərkitdiyi tənəklərin üstündəki acı, sivri bibərləri xatırladı. Onları əkmək üçün məhəllədə torpaq tapmamış, gedib kanaldan gətirmişdi. Bibərləri səylə əkmiş, böyümələrini səbrsizliklə gözləmişdi.

Onlar da baharla birgə böyümüş, yaşıl yarpaqlar arasında meyvələri görünməyə başlamışdı. Hər günorta yeməyində bibərlərdən bir neçəsini qoparıb nimçəsinin kənarına qoymuşdu.
- Onlardan nə zövq alırsan, anlamıram, - arvadı deyinirdi. - Yeyəndə nəfəsin kəsilir, ağzın yanır, amma bu zəhərdən əl çəkmirsən.
Hər dəfə yemək vaxtı eyni vəziyyət təkrar olurdu: o, bibərlərdən əl çəkmir, arvadı da deyinməkdən qalmırdı. Bu hadisələrdən, bəlkə də həftə keçmişdi. Yoldaşlarının onu yoluxmağa gələcəyini eşidəndə, arvadından onu geydirməsini xahiş etmişdi. Arvadının köməyilə səbrlə geyinmişdi. Koridordan keçəndə güzgünün qarşısında dayanıb özünü başdan - ayağa süzmüşdü. Papağı başına qoymuş, enli şarfı boynuna dolamışdı...
Eyvanda açılmış masanın kənarında oturarkən ayaqlarının ona necə əziyyət verdiyi üzündən oxunurdu. "Dayan, sənə döşəkcə gətirim" - dedi arvadı. Oturduğu stuldan qaldırıb döşəkcəni ora qoyanda isə "gərək qonaqlarını içəridə qəbul edəydin" deyə xatırlatmışdı hətta.
- Elə şey olarmı? Mən istəmirəm onlar məni yataqda görsünlər.
Qonaqları gələnə qədər oturduğu yerdən dama qalxan pillələrə sancdığı bibər şitillərinə baxmışdı. Payızın saraltdığı yarpaqların arasında gözünə dəyən meyvələri gördükdə elə sevinmişdi ki....
- Bir bax, Hülya, gör bibərlərim necə yetişiblər, - deyərkən üzündə təbəssüm oynamış, hətta qəmzələri də görünmüşdü.
- Gördüm, əlbəttə. İnşallah, sən də onlar kimi cana gələrsən, - deyərək içəri keçən qadın göz yaşlarını gizlətməyə çalışmışdı. O isə heç nə hiss etmədən danışmağa davam etmişdi.
- Bilirsənmi, Hülya, bütün ağacların payız sürgünü, mövsümü olur. Meyvələrini verdikdən sonra yorğun düşmüş gövdələrini dincəltmək qərarına gəlirlər. Yükdən yenicə can qurtarmış hambal kimi rahatlanır, yeni meyvə mövsümünə daha yaxşı , daha canlı başlamaq üçün yatıb dincəlirlər. Əslində, biz elə düşünürük ki, onlar yatır. Ancaq onlar bu vaxt ərzində dəyişir, gövdələri, budaqları daha da böyüyür, qalınlaşır.
Gözləri yarıaçılmış kimiydi. Öz - özünə deyindi. Ancaq nə dediyi, nə istədiyi bəlli olmurdu. İniltisi kəsildi, sanki nəmli gözlərində bir parıltı vardı.

"Hülya, indi onlar çiçək açıblar yəqin. Mən də başqa ağaclar, lap elə bibərlərim kimi çiçək açmasam, vay mənim halıma"- dedi. Gözlərini geniş açıb ətrafa baxdı. Heç kim yox idi. Bayaqdan xəyal ilə danışırmış.
*
Heç nədən qorxmadan durdu, payi- piyada qardaşının Dənizli məhəlləsindəki evinə yollandı. Onu damda göyərçinlərinin yanında tapdı.
Qardaşıgilə tez - tez, ya səhərlər, ya da axşam günbatanda gedirdi. Bu onların ata ocağı idi. O da əvvəl quşları seyr edər, sonra bəzisini əlinə götürüb sığal çəkər, həm də bu vaxt onların qanadlarına, tüklərinin arasına baxardı. Göyərçinlərə yem atmazdı. Gözlərdi ki, quşlar özləri onun ovcundakı yemi götürmək üçün əlinin üstə qonsun. Dən götürərkən onların dimdiklərinin təması onda xoş hisslər oyadırdı.
Qardaşının əlində ucuna çaput bağlanmış dəyənəyi aldı. "Haydı, bu qədər tənbəllik yetər!" deyərək sağa - sola hərlədi. Quşlar qanadlanıb ikimərtəbəli evin yanındakı şam ağacına qondu. Bu hərəkətini yenə təkrarladı. Torpağın üstünə qayıtmaq istəyən quşların istəyinə mane oldu. Bir qədər sonra isə göyərçinlər göy üzündə qanad çalırdılar. Hamısının birlikdə uçması gözəl görünürdü. Elə bil havada azad qanad çalan quşlardan biri də onun özü idi. Dəstədən ayrılıb daha yüksəyə uçmağa çalışan quşu görəndə qışqırdı:
- Oğlan, şami! Dön geriyə!
Quş ona qulaq asmırdı ki... Hələ yuxarıda qanadlarını geniş açaraq onu gözləyən şamiyi görmürdü. Ayaqlarını cütləyib üzərinə çığıyan quşa fikir vermədən uçmağa davam edirdi dəstəsindən ayrılan göyərçin. "Aşağı en, tez ol, en"- qışqırırdı.
Quş ona fikir vermirdi ki.... Daha da yüksəyə uçmaq idi fikri, deyəsən. Göyərçinin geri qayıtmağa hazırlaşdığını görən alıcı quş onun üzərinə şığıdı. Geniş qanadları arasından iti caynaqları görünməkdə idi. Göyərçin son anda alıcı quşu fərq etdi. Ancaq çox gec idi...
*
Çağla işdən yenicə dönmüşdü. Anası mətbəxdə nə isə edirdi. Qadının yanaqlarından öpüb soruşdu:

- Ana, atam necədir?
- Deyəsən, bir az rahatlanıb. Bir az əvvəl "mənə güzgü ver" deyib durmuşdu. Sonra nə isə əkdiyi bibərlər, göyərçinlər haqda sayıqladı. Lap nəfəsi kəsildi fağırın. Dəymə, bir az yatsa yaxşıdır.
- Mən yenə də bir baxım, ana, - deyərək, qapısı azca aralı olan otağa üz tutdu. Atasının gözləri açıq idi. Gözlərin qorxuya bənzər ifadəsini görəndə ürəyi sıxıldı. Cəld çarpayıya yaxınlaşdı. Əlini atasının burnuna tutaraq onun nəfəs alıb- almadığını yoxlamaq istədi. Birdən həyəcan qarışıq səslə
- Ana, gəl, atam ...- deyə qışqırdı.



Mehmet TAŞAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar