Xəbər lenti
Yarpızın faydalı və zərərli xüsusiyyətləri -MƏSLƏHƏT
Sizə Yarpız otu haqqında məlumat vermək istəyirəm. Bu məgaləmdə yarpızın faydalı və zərərli təsirlərindən qısaca bəhs edəcəm.
Latınca adı "Menta pulegium L. " olan yarpızın tərkibindəki əsas təsirli maddələr uçucu yağlar, Menthol, Azulen, Puleson, Diosmin, Gulukozid, turş saponin şirəsi ve şəkərlərdir.
Gövdəsi ve yarpaqları tüklüdür.Yarpaqları qısa olub, oval şəkildədir, çiçəyinin altında yerləşir. Çiçəkləri göyümsov, çəhrayı rəngdədir. Çiçək və yarpaqları gövdəsində ardıcıllıqla sıralanmışdır. Kiçik toxumlarıyla çoxalır. Qüvvətli ətri vardır. Nanə kimi toplanıb qurudulur,bəzi yerlərdə bazarlarda nanə əvəzi satılır Qədim zamanlarda soyuqdəymələrdə və qadınlarda aybaşı pozğunluqlarının müalicəsində istifade olunurdu.
Həzm sistemində çox faydalıdır, iştah açıcıdır. Həzmı asanlaşdırır, qazqovucudur. Yarpızda olan uçucu efir yağları sinirlərə ve qan – damar sisteminə pozitiv ve qıcıqlandırıcı təsir edərək, iltihabəleyhinə təsir göstərir. Eyni zamanda artrit xəstəliyində dərman olaraq idealdır. Öd kisəsi ve qaraciyər xəstəliklərində və mədə- bağırsaq xərçəngi xəstəliklərində istifadə olunur.
Yarpızın faydalı tərəfləri ilə yanaşı zərərli xüsusiyyətləri də var. Belə ki, yarpızdan əldə edilən uçucu yağları çox kəskin olub, insan və heyvanlar üçün zəhərlidir.
Uşaqdüşürücü olduğundan hamilə qadınlar ondan uzag durmalıdır. Tərkibindəki efir yağları ağciyər, tənəffüs yolları və qaraciyərə zərər verdiyi üçün aromaterapiyada istifadəsi məsləhət deyil. Yarpız çayı beş günden artıq istifadə olunmamalıdır. Gündə ən cox 3 stəkan içilməlidir. Yarpızın efir yağı çok zəhərli olduğundan udulmamalıdır. Toksiki təsiri olduğu üçün 18 yaşdan kiçik uşaqların ve süd verən anaların yarpız çayı içməməmələri tövsüyə edilir.
İslam TURAN,
orman mühəndisi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar