Xəbər lenti
Şəhid övladı: “Atam Natiq Əhmədovdan heç də az iş görməyib”
Bu torpaq nə qəhrəmanlar yetirdi… Kimlər bu məmələkət üçün can fəda etdisə, bu igidliyi göz qırpmadan etdi. Bu gün oğlu İlkin Vəliyevlə haqqında söhbət açacağımız insan şəhid Əli Vəliyevdir.
O, 1962-ci ildə Ağdam rayonunun Baharlı kəndində anadan olub. Xındırıstan kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə Gəncə Politexnik texnikomuna qəbul olur. 1981-83- cü illərdə Hərbi xidmətdə olur. Sonra isə Ağdam rayon DİŞ mühafizə bölməsinin dəzgah tərtibatı zavodundasahə rəisi çalışır. 1990-cı ildə Xocalı milis bölməsində avtomobil müfəttişi vəzifəsində çalışır.
1991-ci il 26 sentyabr Əli Vəliyev iş yoldaşı Natiq Əhmədovla işə gedərkən 51 güllə yarası alaraq həlak olmuşdur. 1997-ci il 25 fevral tarixində “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Şəhidimizin oğlu ilə həmsöhbət olarkən mətbu orqanların hələdə
işıqlandırmadığı bəzi məqamlardan agah olduq.
-Sizin həyatınızı iki hissəyə bölmək olar: atanız şəhid olmazdan əvvəlki vaxtlar və 1991-ci il 26 sentyabrdan sonrakı həyatınız. Məlum məsələdir ki,
ondan sonra yaşamaq da çətinləşdi, deyilmi?
- Həyatımı sizin dediyiniz kimi 2hissəyə bölsək, birinci hissə təbii ki, daha xoşbəxt, qayğısız anlar idi. Torpağımız özümüzdə idi, atam sağ idi. Ancaq 2ci hissə əlbəttə, çətinliklə keçirdi. Atamın həlak olmasından çox keçməmiş məcburiköçkün həyatı yaşadıq. Bu da çox çətin idi. Əlbəttə ki, hər bir övlad valideyni ilə çox xoşbəxt günlər yaşayır. Hər bir övlad öz valideyni ilə fəxr edir. Eləcə də mən. Atamın itgisi mənim üçün ağır zərbə idi.
-Ancaq şəhid olmağı hardasa təsəllidir ki, atanız məhz bu vətən üçün şəhid oldu.
-Əlbəttə, onu da anlayıram ki, atam bu vətən üçün canını fəda edib. O qədər pis vəziyyətdə, pis işlərdən dünyasını dəyişən adam var ki. Ona görə də atamla fəxr
edirəm ki, şərəfli yaşadı və şərəfli də dünyasını dəyişdi.
Atamın haqqında başqalarının xoş söz dediyini eşidəndə onun övladı olmağımla qürur duyuram. Atam şəhid olanda 29 yaşı olub. 29 yaşlı bir cavanın bu qədər
hörmət qazanmağı və hər kəsin yadında yaxşı qalmağı heç də asan yaşanılan insan ömrü deyil.
-Güman ki, dostları da çox olub. Atanızın ölmündən sonra dostları sizə
dəstək olurdu?
- Maddi cəhətdən heç kimdən dəstək görmədik. Küçkün düşəndə insanlar birbirlərindən xəbərsiz idilər. Bəzi qohumlarımız var idi ki, onları bir neçə ilə sonra
tapdıq. Ancaq mənəvi cəhətdən bəli, dəstək olanlar olurdu.
-Atanız vətənə öz borcunu qaytarmaq üçün şəhid oldu. Bəs dostları necə,
onun mənəvi borcunu qaytara bildilərmi?
-Mən sizə bir söz deyim. Atam ölmündən bir gün əvvəl xilas elədiyin avtobusun sürücüsü tanıdğımız insan idi. Atam sentyabrın 26-sı şəhid olanda heç atamın
yasına gəlmədi.
-Bildiyimiz kimi atanıza 51 güllə vurulub, ancaq yanındakı iş yoldaşına isə 2 güllə. Bu da ermənilər tərəfindən sifarişli ölmün sübutudur…
-Bəli, ermənilər atamın qətlini ona görə sifariş vermişdilər ki, atam onların törədəcəkləri hər hadisənin, hər cinayətin qarşısını alırdı. Onlar da bundan çox
narahat olurdular. İndi sizinlə haqqında danışdığımız adam- atam DİN-in ilk polis şəhididir.
- Ancaq hələ də “Milli Qəhrəman” adı almayıb…
-Xeyr, almayıb. Atama çox haqsızlıq oldu. İki DİN əməkdaşı şəhid olur, bir çox hadisələrin qarşısını atam alır, ermeni sifarişi ilə atama 51 güllə vurulur, ancaq“Milli Qəhrəman” adı onun yanındakı 2 güllə alan Əhmədov Natiqə verilir. Nəzərə alsaq ki, Natiq hələ bir ay idi o işdə çalışırdı və bir ay ərzində də hansı işçi uğurlu
nəticələr əldə edə bilər?! Demirəm ki, Natiqə o ad verilməyəydi və ya o ad geri alınsın. Yox. Sadəcə verilirdisə ikisinə də “Milli Qəhrəman” adı verilməli idi.
Atam Natiq Əhmədovdan heç də bu vətən üçün az iş görməyib. Bu ölüm hadisəsi atam görə oldu. Ermənilər təzə işləməyə başlayan Natiqdən yox, atamdan
çəkinirdilər. Ona görə də onun maşınını nişan almışdılar. O medalı da 1997-ci ildə Ulu öndərimiz Heydər Əliyev verdi.
Böyüklərimizdən eşitdiyimi deyirəm: atam deyirmiş ki, ermənilər bizim torpaqlarda at oyantsa mənim ürəyim partlayar.
-Yəqin ki, siz də peşənizi məhz atanızın yolunu davam etdirmək məqsədi ilə seçmisiniz…
-Bəli, mütləq ki, atamın yolun davam etdirməli idim. Ixtisasımı da düşünülmüş şəkildə seçdim ki, YPX-də çalışım. Ali məktəbi bitirib hərbi xidmətə getdim. İşləməyə başlayanda bəzi qaydalar dəyişdiyi üçün digər polis xidmətində çalışmağa başladım.İndiyə qədər də çalışıram. Artıq 11 ildir.
- Ən son atanızıla nə vaxt görüşmüşdünüz…?
- Ölmündən bir gün əvvəl nənəmgilin kəndində toyda idik. Sonra məni gətirdi Ağdama (evimiz orda idi). Məktəbə getməli idim. O da işə qayıdacaqdı. Ondan bir
neçə saat sonra ölüm xəbəri gəldi.
-Ağdama gedəndə atanız mütləq xatırlayırsınız…
-Həə… Məzarı da kəndimizdədir. Düşünürəm ki, yaxşı ki atamı babasının yanında (Baharlı kəndində) dəfn etmişik. Heç olmasa adam darıxanda gedib ziyarət edir, təsəllisin o məzardan alırıq. Yüzlərlə şəhidlərimiz var ki, qəbri bilinmir. Bir çoxlarına “simvolik” (ziyarət) üçün qəbir daşı düzəldirlər. Ancaq o, təsəlli vermir.
Şəhidlər ölməzdir. Onlar harda uyuyurlarsa o torpaq da müqəddəsdir.
Əntiqə Səməndər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar