Xəbər lenti
6 manatlıq "nehrə yağı" görün harada hazırlanırmış - ŞOK İDDİA
2015-ci il devalvasiyaları və 2017-ci ildən etibarən "Avropada kərə yağı bahalaşıb" bəhanəsilə qiyməti kəllə-çarxa çıxan kərə yağının əlçatanlığı getdikcə azalmaqdadır.
Hələ bir müddət əvvəl modern.az olaraq bazarı cənginə alan 6 manatlıq "nehrə yağı" barədə geniş yazı təqdim etmişdik. Amma təəssüf ki, üstündən 3 ay keçməsinə baxmayaraq, dəyişən heç nə yoxdur. Əksəriyyət gün keçdikcə daha da genişlənən bazarın təhlükəsini görməzdən gəlir.
Hələ ötən ilin noyabrında Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. Bu qərarla birlikdə kərə yağının qiymətində ciddi azalma gözlənilsə də, hələlik bu, reallaşmır.
Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı "Westgold" və "Ancor" kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President" yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar" kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi.
2018-ci ilin əvvəlindı bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil.
"Fürsət bu fürsətdir" deyib işə qoyulan işbazlar isə quru süd, marqarindən hazırlanmış "nehrə yağı"nı əhaliyə sırımaqda davam edir. Əlbəttə, 6-7 manata təklif edilən "nehrə yağı", 17-18 manatlıq kərə yağının qiymətinin yanında çox cəzbedici görünür. Onsuz da cibindəkilər keyfiyyətsiz məhsula çatan kasıb ya aldandığının fərqində deyil, ya da bunun fərqində olmaq ona sərfəli deyil... Nəticə etibarilə isə bu yağlar sağlamlığa ciddi zərər vurur. Fəsadlarını isə ayxın gələcəkdə yaşayacağıq. Bunu biz yox, həkimlər deyir.
Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov Modern.az-a "6 manata satılan yağ quru süddən, marqarindən hazırlanmış "nehrə yağı"dır. Fikir vermisinizsə, həmin yağları əridəndə çox pis qoxu yayılır. Bir az da insanlarımız öz səhhətlərinə səhlənkar yanaşırlar. Axı normal insan bilməlidir ki, indiki bazar iqtisadiyyatı şəraitində nehrə yağının bir kiloqramının 6 manata satılması anormal haldır"deyə bildirib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a daha dəhşətli faktlar açıqlayıb. Ekspert bildirib ki, həmin yağlar mütləq şəkildə laborator müayinədən keçirilməlidir:
"Əsl kərə yağının saxlanma müddəti, onun 3 gün müddətinə açıq satışına imkan vermir. Bu yağların istehsal, hazırlanma, saxlanma qadalarına riayət olunmur. , rəngi, qoxusundan da bunu hiss etmək olur. Nehrə yağını sıxanda az da olsa ayran ayrılmalıdır. Bunlar hələ gözlə görünən əlamətlərdir. Yəni bunları bilən adam, 6 manatlıq hər nədirsə, onun nehrə yağı olmadığını anlayır. Rəngin müxtəlifliyi onun tərkibində qatqılar olduğunu deməyə əsas verir.
Bu yağın tam tərkibini yalnız laboratoriya şəraitində müəyyən etmək olar. O yağlara sertifikat verilmədən satışa çıxarmaq düzgün deyil. Alıcılar da bunu bilməlidirlər. Onlar yağın kustar üsulla, ev şəraitində hazırlandığını bilməlidir".
V.Məhərrəmov yaranan qiymət fərqinə də aydınlıq gətirib:
"Bu gün Qəbələ südünün 1 litri Bakıda 1 manat 20 qəpiyədir. 1 kiloqram nehrə yağını əldə etmək üçün yağlılıq dərəcəsindən asılı olaraq, 20 litrdən çox süd lazımdır. Onu istehsal edən qatıq formasında da satsa 80-90 qəpiyə satacaq. Yəni yağın bu cür ucuz qiymətə təklif olunması insanlara bir siqnaldır. Axı burada əlavə iş görüldüyünü də nəzərə almaq lazımdır".
Dəhşət deyəcəyimiz məqam isə "nehrə yağı"nın paltaryuyan maşında hazırlanmasıdır. V.Məhərrəmov bildirir ki, əvvəllər kərə yağı nehrədə çalxalanaraq hazırlanırmış:
"İndi nehrə yağı paltaryuyan maşında hazırlanır. Bu cür "istehsal"a həm də elektrik enerjisi sərf edildiyini nəzərə almaq, daşınma xərcini də üzərinə gəlmək lazımdı. Bu gün otun qiyməti 3 manatdan bahadır. Ot və yemin də qiymətini nəzərə alanda 1 litr südü əldə etmək üçün 30-40 qəpik əlavə vəsait lazımdır. Bütün bunları nəzərə alsaq, nehrə yağı istehsalı ziyanla başa gəlir. Bunları nəzərə alın və düşünün 6 manata kərə yağı olar?.."
Ekspert hesab edir ki, "nehrə yağı" bazarına hansısa məmurlar "krışalıq" edir:
"Polis icazə verməsə, heç kim evində, küçədə bu satışı həyata keçirə bilməz. İstər rayonlarda, istərsə də Bakıda. Kənd təsərüfatı məhsullarının istehsalına vergi tətbiq olunmur, amma satışına vergi tətbiq edilir. Bunlar vergi ödəyicisidirmi? Bu da məlum deyil. Bütün bunları ona görə deyirəm ki, məmur himayəsi olmadan işbazlar bu işlə məşğul ola bilməz. Çox təəssüflər olsun ki, məhsullarda qatqılar olduğu halda, rəsmilər bunu görməzlikdən gəlirlər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar