Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Hər çanağı dar qadına doğuşu qadağan etmək düzgün deyil” -Səbinə Mirzəyeva

Tarix: 16-03-2018 08:58     Baxış: 2417 A- / A+
“Hər çanağı dar qadına doğuşu qadağan etmək düzgün deyil”


Doğuş zamanı əksər hamilə qadınların çanağının dar olduğu ortaya çıxır. Bu zaman daha çox təbii doğuşa yox, qeysəriyyə kəsiyi ilə əməliyyata üstünlük verilir. Bəzi hallarda isə bu cür doğumlar təbii yolla həyata keçirilir, bu isə körpənin və ananın sağlamlığı üçün olduqca zərərlidir. Bəs doğum zamanı dar çanaqla bağlı problem yaşanmaması üçün nə etmək lazımdır?

Manevr.az ailem.az-a istinadən problemlə bağlı ginekoloq Səbinə Mirzəyevanın fikirlərini təqdim edir.

Həkim deyir ki, hamiləlik zamanı, ən əsası doğuşa yaxın zamanda çanağın ölçülməsi ən vacib məqamlardan biridir: “Çünki dölün başı çanaq halqasından daha böyük olduqda doğuş zamanı ağır fəsadlar baş verə bilər. Bu problemlərlə üzləşməmək üçün çanağın doğuşa uyğun olub-olmadığını öncədən bilmək vacibdir”.

Onun sözlərinə görə, çanaq dar olan durumlarda qeysər əməliyyatı məsləhət görülür. Lakin hər dar çanağı olan qadına doğuşu qadağan etmək düzgün deyil: “Dar çanaq anlayışı 2 qrupa bölünür: Funksional və kliniki dar çanaq. Kliniki dar çanaq qeysəriyyəyə göstərişdir. Kliniki dar çanaq diaqnozu yalnız doğuş zamanı, çanağın və dölün başının ölçülərindəki uyğunsuzluğu müəyyən etməyə imkan verən bir sıra əlamətlər məcmusuna əsasən müəyyən edilir. Anatomik dar çanağa isə 5-7 faiz qadınlarda rast gəlinir. Anatomik dar çanağın əsas ölçülərindən biri normal çanaqdan ən azı 1,5-2 sm və daha kiçik olan çanaq hesab edilir. Belə hallarda doğuş kanalı vasitəsilə dölün başının irəliləyişi dayanır, çanaq demək olar ki, tamamilə dar olur və funksional cəhətdən doğuşa kifayət etmir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar