Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zamanında "Ədəbiyyat qəzeti"ndə çap olunmayan "yazılar" Azər Turanın əliylə "xoşbəxtliyinə" çatır

Tarix: 09-03-2018 23:15     Baxış: 2781 A- / A+
Zamanında "Ədəbiyyat qəzeti"ndə çap olunmayan "yazılar" Azər Turanın əliylə "xoşbəxtliyinə" çatır

Deyirlər biz şair millətik. Nə deyim...Kimi ironiya ilə deyir, kimi ürəkdən. Sözüm onda deyil.
Bilirik ki, ədəbiyyat dilin inkişafıdı. Borxesin diliylə desək, əl-qol hərəkətinin olmadığı dialoq ədəbiyyatın uğurudu. Biz isə maşallah, əl-qolumuzu ölçə-ölçə ruh şeirlərilə başımızı qatırıq. Tənqidçilikdə isə şükür allaha, beş-altı ədəbi terminin diliylə danışmaqda göz oxşayırıq.
Biz nədənsə həmişə çox kiçik nələrinsə uğrunda daha yaxşı mübarizə apırırıq. Elə ədəbiyyatda da bunu görmək mümkündür.
Axı kiçik mübarizə döyüşə bənzəməz.
Ədəbiyyatımızda döyüş yox səviyyəsindədir, desəm bəlkə də yanılmaram. Təbii ədəbiyyatı bu günə gətirən səbəblər kimi çox amil göstərmək olar. Elə bu səbəbdən bir çox ədəbi qurumlardan söz açmaq istərdim.
Götürək "Ədəbiyyat qəzeti"ni. Hər birimiz bilirik ki, "Ədəbiyyat qəzeti" özəl şirkət deyil ki, onun rəhbərliyi də özəl qərarlar qəbul etsin. Ancaq son dönəmlərdə qəzetinin çapına nəzər yetirsək bunu görmək olar. Hətta buna misal olaraq qəzetin müxtəlif saylarında yer almış meyxanaları və bu tip yazıları göstərmək olar.
Bir sözlə, sözügedən mətbu orqan-"Ədəbiyyat qəzeti" Azər Turanın isti münasibətlərinə xidmət göstərir... Sözsüz ki, bədii nümunələr də yer alır. Ancaq bu necə deyərlər, gözdən pərdə asmaq anlayışını daşıyır.
Bəs, Azər Turanın ədəbiyyat gözü hara baxır?!
Bilmirəm, bəlkə də 1934-cü ilin çapında boş qalmış səhifələrin xoşbəxtliyi bu günün şəxsi maraqlarıyla dolmuş səhifələrində tapır özünü. Bəlkə də bütün zamanlarda bu qəzetdə çap olunmayan "yazılar" Azər Turanın əliylə "xoşbəxtliyinə" çatır. Nə bilim... Dizləri 9 mərtəbəli binanın pilləkənlərinə yapışa-yapışa gəlib ölümünü gəzən yazıların taleyinə yanmaq çox acıdı. Bu kimi şeirlərin birinə ədəbiyyat gözüylə baxmağa üçün özümü inandırmağa çalışdım.

Dəydi dağa-daşlara,
Sel-sulara yaşlara.
Səpələndi saçlara,
Çən öz məhəbbətindən.

Gözlər-gözə dayandı,
Mən alışdım, o yandı.
Sevincimə qısqandı
Qəm öz məhəbbətindən.

Ağrı-acı duymadı,
Hey ağlatdı doymadı.
Darıxmağa qoymadı
Nəm öz məhəbbətindən.

Yaxınlaşdı düzümə
Şirin söhbət, sözümə.
Üçüb qondu üzümə,
Şən öz məhəbbətindən.

Gah düz getdim, gah kəsə,
Həqiqətlə səs-səsə.
Pay ayırdım hər kəsə
Mən öz məhəbbətimdən.


Qeyd edim ki, məlum şeir qəzetin son saylarının birində, bir imzanın təqdimatında oxudum.(müəllifi anonim saxlamaqda məqsəd sadəcə olaraq bu məsələ ilə eyniliyi olmadığı üçündür)

Şeir ümumiyyətlə bədii sferadan çox uzaqdı.

Darıxmağa qoymadı
Nəm öz məhəbbətindən.


*
Uçub qondu üzümə,
Şən öz məhəbbətindən.


Bu misralarda nə fikir aydın çatdırılıb nə də köçürmələr yerində deyilib.


Pay ayırdım hər kəsə
Mən öz məhəbbətimdən.


Son bu iki misrada heç olmasa fikir aydınlığını görmək mümkündü. Ancaq bədii cəhətdən yüksüz ifadədir, eyni zamanda çeynənmiş fikirdi.
İndi sözü qulaq ardına vuran Azər Turandan soruşmaq istəyirəm:
Görəsən bütün xarakterlər güllələnmiş olsa, bizə ədəbiyyat qalarmı?!
Bu düşüncə inqilabında allahı gizləmək olarmı...
Cavablasa deyərsiz mənə !

Cavid Fərzəli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar