Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yerli istehsalı çökdürmək istəyənlər kimlərdir? - İri marketlər firmaları "soyur"

Tarix: 07-03-2018 22:34     Baxış: 2560 A- / A+
Yerli istehsalı çökdürmək istəyənlər kimlərdir? - İri marketlər firmaları "soyur"



“Qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik. Daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Ərzaq təhlükəsizliyi bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək”.


Bunu prezident İlham Əliyevin 11 ay əvvəl – 2017-ci ilin aprelində qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində söyləmişdi. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin ekoloji təmiz məhsullarla təminatının daha da yaxşılaşdırılması prioritet vəzifələrdəndir. Bu məsələ Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu əsas tələblərdən biri kimi daim diqqət mərkəzindədir. Yerli istehsal stimullaşdırılır, xüsusilə ərzaq məhsullarının istehsalı ilə yeni-yeni müəssisələrin yaradılması dövlət səviyyəsində dəstəklənir, şirkətlərin bazara çıxış imkanları genişlənir. Məqsəd həm də ərzaq məsullarının xarici bazarlardan asılılığını azaltmaq, qiymət artımının qarşısını almaqdır.

Bəs, əsil reallıq necədir: ölkə başçısının dəfələrlə bəyan etdiyi bu tələblərə əməl olunurmu? Bazar iştirakçıları - istehsalçı şikət və firmalar, satış və ticarətlə məşul olan sahibkarlar, böyük market şəbəkələri öz fəaliyyətlərində prezidentin bu çağırışlarını nəzərə alırmı? Yerli istehsal müəssisələri öz məhsullarını sərbəst və maneəsiz şəkildə bazara çıxara bilirmi?

Manevr.az
xəbər verir ki, Koordinat.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq məqsədilə kiçik araşdırma aparıb. Bakıda fəaliyyət göstərən iri marketlərin bir neçəsində aparılan araşdırmalar ərzaq məhsullarının istehsalı ilə məşğul olan yerli şirkətlərlərlə satış mərkəzləri arasında ciddi problemlərin yaşandığını üzə çıxarıb. Bu problemlərin kökündə isə market sahiblərin mümkün qədər daha çox qazanc əldə etmək hərisliyi dayanır. Xüsusilə brendləşmiş mağazalar şəbəkəsi ilə istehsalçı firmaların məhsullarını satmaq üçün ən müxtəlif adlar altında əlavə ödənişlər tələb edir ki, bu da nəticə etibarilə malın maya dəyərinin artmasına və qiymətlərin süni şəkildə şişirdilməsinə gətirib çıxarır.

İri supermarket şəbəkələrinin yerli istehsalçı şirkətlərə qarşı qeyri-rəsmi ödəniş tələbləri üzrə qiymətlər məhsulun satış xidmətlərinə görə dəyişir. Belə ki:


- Bir məhsulun marketə giriş üçün 15.000-20.000 manat istənilir.
- Hər bir çeşidi tanımaq və məhsulu vitrinə yığmaq üçün - 150-200 manat
- Məhsulu vitrin-soyuducuda yerləşdirmək – 1 metr yerə görə 200 manat
- Firmanın reklamını şüşəyə yapışdırmaq – 200-300 manat.


Bütün bu xərclər hər ay təkrarlanır. Bundan başqa, supermarket şəbəkələri firmaların məhsulunu satmaq üçün “sellofan” paket pulu, streç pulu və digər xərcləri istehsalçılardan alır. Üstəlik market sahibləri satılmayan malları firmalara geri qaytararaq bu ziyanı da istehsalçıya vururlar. Yekunda isə satılmış məhsulun dəyəri istehsalçıya ödəndikdə yeni şərtlər başlayır. Satışdan əldə olunan vəsaitin 10 faizə qədəri ən müxtəlif adlarla istehsalçının hesabından silinir. Məhsul mağazaya verilərkən qaimədə yazılan malın dəyərindən 15-35 faiz çıxılır. Bu tələbləri yerinə yetirməyən yerli istehsalçıların isə məhsullarını satmaqdan imtina edilir.

Bütün bunlar qida sənayesi sahəsində sahibkarlıq fəaliyyətini çökdürən amillərdir. Ekspertlərin fikrincə, iri market şəbəkələrinin bazarda müəyyən etdiyi bu cür qeyri-rəsmi ödənişlər istehlak bazarında süni qiymər artımına da ciddi təsir göstərir. Üstəlik iri market şəbəkələrinin bu “qaydaları” dövlətin yerli istehsalın stimullaşdırılması istiqamətində atdığı addımları heçə endirir, azad rəqabət mühtini korlayır, bahalaşma üçün şərait yaradır.

Maraqlıdır ki, iri marketlərin yerli istehsalçılara qarşı bu münasibəti ölkədə ərzaq təhlükəsizliyinin prioritet sahə elan edilməsi və ərzaq məsullarının xarici bazarlardan asılılığını azaldılması ilə bağlı davamlı addımların atıldığı bir vaxtda baş verir. Diqqət çəkən digər məqam isə odur ki, istehsalçı şirkətlərin məhsullarının satışındakı bu “qaydalar”a paytaxtda fəaliyyət göstərən iri market şəbəkələrində daha çox rast gəlinir. Təsadüfi deyil ki, Azərbaycanda fəaliyyət göstərən brendləşmiş iri market şəbəkələrinin əksəriyyəti məhz Bakıda fəaliyyət göstərir. Onların əksəriyyəti regionlarda deyil, əhalinin alıcılıq qabiliyyəti daha yüksək olan Bakıda pul qazanmağa üstünlük verirlər.

Yeri gəlmişkən, hazırda ölkədə ən böyük mağazalar şəbəkəsi “Araz” marketləridir. Qida və ərzaq məhsulların pərakəndə satış bazarının çox böyük hissəsi “Araz”la yanaşı “Bazar store”, “Makromarket”, “Bizim Market”, “Neptun” marketlər şəbəkələrinin əlində cəmləşib. Son illər iri market şəbəkələri mağazaların sayının artırılmasına daha çox maraq göstərməyə başlayıblar. Bu işdə məhsullarını satdıqları istehsalçı şirkətlərdən toplanan vəsaitlər də az rol oynamır. Belə ki, supermarket şəbəkələrinin sahibləri bəzən yeni mağazların açılmasını, aidiyyəti qurumların yoxlamalarını bəhanə gətirərək yerli istehsalçılara olan borclarını aylarla ləngidir.

Əslində iri market şəbəkələrinin bu cür addımları həm də yerli istehsalçıların bazara yolunu əngəlləyir. Bu isə yerli istehsalın bazardan sıxışdırılması ilə yanaşı azad rəqabət mühitinin pozulması deməkdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar