Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt məktəblərində pulyığma kampaniyası davam edir... - Ruhiyyə TAĞIYEVANIN menyüsünə bir-iki kəlmə...

Tarix: 03-10-2016 11:19     Baxış: 4624 A- / A+
Sumqayıt məktəblərində pulyığma kampaniyası davam edir...


Bu gün aldığı cüzi məvaciblə müəllimin normal dolana bilməməsi hər kəsə gün kimi aydındı. Verilən maaş onun çəkdiyi zəhmətinin çox az hissəsini qarşılayır. Müəllimin aldığı 150-200 manat maaşla od tutub yanan bazarın müqayisəsini aparanda, görünür ki, o, dolanmaq üçün çətinlik çəkir, repititor fəaliyyəti və əlavə fiziki iş görməklə dolanışığını birtəhər təmin etməyə çalışır.

Bu gün yeni məktəb binalarının tikilməsi, müasir tədris metodikalarının və yeni texnologiyaların tətbiqi bu istiqamətdə müəyyən uğur və nailiyyətlərin əldə olunması üçün zəruri şərtlərdir. Ancaq görülən işlərə, atılan addımlara xələl gətirən, kölgə salan qədərincə neqativ hallar mövcuddur ki, bunun da qarşısı alınmır, ya da alına bilmir.

Bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxtəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda pul yığılır. Bu heç bir direktora, yaxud az məvacib alan müəllimə haqq vermir ki, şagirddən pul istəsin, valideynin cibinə girsin. Bütün qadağalara, tapşırıqlara baxmayaraq, bu günlərdə də direktorların “xüsusi tapşırığına” əsasən orta məktəblərdə şıdırğı “pulyığma kampaniyası” start götürüb. Hətta, işlərini etibarlı və operativ həyata keçirən bir çox məktəblərdə “bu qarşısıalınmaz və təxirəsalınmaz iş” başa çatıb, hər kəs öz payını götürüb, oturub. Sumqayitfakt.Az-ın apardığı kiçik araşdırma göstərdi ki, təhsil nazirliyinin xəbərdarlığına baxmayaraq, Sumqayıtdakı orta məktəblərin əksəriyyətində “xüsusi təlim” əsasında “Müəllimlər günü” münasibətilə pulyığma kampaniyası çox ustalıqla və “xətalara” yol verilmədən həyata keçirilir. Bu iş əsasən olduqca təcrübəli və peşəkarlara tapşırılır ki, “humanitar aksiyanı” səssiz-küysüz həyata keçirsinlər. Ancaq şair demiş, “qırqovul başını kolda gizlədib, amma quyruğundan xəbəri yoxdur”. Nə qədər ustalıq nümayiş etdirsələr də, “ev bizim, sirr bizim” məsəli fayda vermir. Məktəbdə pul yığıldığını çöldə də hər kəs bilir. Ancaq təəssüf ki, buna bir əncam çəkilmir. Niyəsini isə biz də bilmirik...Təssüf doğuran digər məsələ isə məktəblərdə bu iyrənc addımın valideyn komitəsinin sədrinin əli ilə həyata keçirilməsidir. “Peşəkar direktorlar” özlərinə sərf edən, onların dedikləri ilə oturub-duran valideyni sözügedən komitəyə sədr “seçdirir” və bununla da işini asanlaşdırır. Valideynlərə qarşı soyğunçuluğu həmin “sədr”lərin vasitəsi ilə asan həyata keçirirlər.

Bizim işimizi yazmaq, bu xoşa gəlməz halı ictimailəşdirməkdir. Tədbir görmək isə aidiyyatı qurumların borcudur. İnanırıq ki, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Ruhiyyə xanım Tağıyeva valideynləri narazı salan, məktəblərdə neqtiv hallara rəvac verən direktor və müəllimlər barədə tezliklə hər-hansı bir tədbir görəcək! Onu da vurğulayaq ki, Sumqayıt məktəblərində “qiymətlər” müxtəlifdir. Bu, məktəbin yerləşdiyi ərazidən, çəkisindən, direktorun “xüsusi hörmətindən” asılıdır. Hər şagirdin valideyni “Müəllimlər Günü”ndə 10, 20, 30 manata qədər pul ödəməlidir. (Sumqayitfakt.Az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar