Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Akif Həsənoğlu haqqında KİTAB NƏŞR EDİLİB -FOTO

Tarix: 31-12-2017 10:58     Baxış: 3878 A- / A+
Akif Həsənoğlu haqqında KİTAB NƏŞR EDİLİB

Tanınmış yazıçı-dramaturq, xeyriyyəçi müəssisə rəhbəri, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Akif Həsənoğlu haqqında kitab çapdan çıxmışdır.
Bu barədə Manevr.az-a Rəhman Orxan məlumat verib. O qeyd edib ki, "Milyonları xalq üçün xərcləyib, təmənna ummayan İNSAN" adlı bu kitab hər zaman özündən çox doğma xalqını düşünən, onun problemlərinin həllinə imkanı daxilində və hətta imkanı "xaricində" bacardığı hər şeyi etmiş bu vətənpərvər, qeyrətli, həm də qayğıkeş və səxavətli iş adamının, istedadlı yazıçı-dramaturqun 75 illik yubileyinə həsr edilmişdir.

Akif Həsən oğlu Zeynalov 22 yaşından bütün həyatını Sumqayıtın neft-kimya sənayesi ilə bağlamışdır. "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin yaradıcısı və Baş direktoru kimi yüksək vəzifə tutmaqla yanaşı, 10-dan artıq pyes və kino-ssenarinin, Sumqayıt kimyaçılarının həyatı ilə bağlı "Mənim Ağ şəhərim" adlı kəskin dramatik süjetli filmin müəllifidir.

Ermənilərin Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük dövrünün başlayıb davam etdiyi 1988-90-cı illərdə Akif müəllim özünün rəhbərlik etdiyi Trestə elindən-obasından didərgin salınmış 600 nəfərə qədər adamı (təkcə Sumqayıt üzrə!) işə götürmüş, onların öz ailələrini dolandırması üçün münasib şərait yaratmışdı. O zaman hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarının əhalisini işlə təmin etmək məqsədilə həmin rayonlarda – xüsusilə də Laçında, Füzulidə, Qubadlıda, Cəbrayılda Birliyin 130-dan artıq idarəsini yaratmış, 1200-dən çox adamı işlə təmin etmişdi.

Silahlı qarşıdurmaların, döyüşlərin başlandığı dövrlərdə Akif Zeynalov Sumqayıtda qərar tuta bilməyərək, dəfələrlə sərhəd rayonlarında olmuş, Şuşaya, Laçına, Ağdama, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi Trest tərəfindən həm silah-sursat, müəyyən materiallar, həm də ərzaq və sairə alınıb-aparılması üçün maksimum köməklik göstərməyə çalışmışdı. O, sonralar da neşə-neçə şəhid ailəsinə, kimsəsizlərə dayaq olmuş, onlarla xəstənin müalicə xərclərini, Türkiyədə, Rusiyada oxyan azərbaycanlı ali məktəb tələbələrinin təhsil haqqlarını ödəmişdi. Hətta bəzi büdcə təşkilatları da kömək üçün o zaman kifayət qədər gəlirli olan həmin Birliyə, onun səxavətli rəisi Akif Zeynalova üz tuturdular.

Ötən dövrün 80-ci illərinin sonlarında Akif Həsənoğlunun ən böyük və diqqətəlayiq xidmətlərindən biri də o zaman AzTV-də gənc istedadların üzə çıxarılmasında böyük rolu olan “7-17” telemüsabiqələrinin təşkili və populyarlaşmasında göstərdiyi maddi və mənəvi kömək idi. Məmnunluq doğurur ki, bu gün xalq tərəfindən sevilən, populyarlıq qazanmış İzzət Bağırov, Sevda Ələkbərzadə, İradə İbrahimova, Aynur Dadaşova və onlarla digərlərinin istedadları məhz həmin müsabiqələr zamanı aşkar edilib və onlar respublikada məhz o vaxtdan sonra tanınmağa başlamışdılar.

Kitabda 50 ildən artıqdır ki Sumqayıtda yaşayıb-çalışan Akif Zeynalovun ötən illər ərzində bir-çox çətinliklərlə üzləşərək, həyatda qətiyyətlə, mərdliklə duruş gətirməsindən və heç də asan olmayan "döyüşlərdə" qalib gəlməsindən söhbət açılır.

Kitabın müəllifləri Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və bəndəniz, redaktoru şair-publisist Qadir Sultanov, dizaynerlər Azər Məhəmməd və Aygün Fərzəliyeva, korrektoru Esmiralda İsmayılova-Mansurovadı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar