Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya elmində ilkə imza atan naməlum azərbaycanlı qadın - MARAQLI

Tarix: 12-09-2016 17:32     Baxış: 4557 A- / A+
Dünya elmində ilkə imza atan naməlum azərbaycanlı qadın


Öncə ondan başlayaq ki, Moderator.az saytının təqdim etdiyi bu yazının qəhrəmanı haqqında həddindən artıq az yazılıb. Mahacirətdən bəhs edən kitablarda da dünyada nüvə fizikası sahəsinin ilk qadın mütəxəssislərindən olan Dilşad xanım Talıbxan haqqında çox az bəhs edilib.

1915-ci ildə Qarabağda xan nəslindən olan ailədə dünyaya gələn Dilşad xanım 1979-cu ildə İstanbulda vəfat edib və “Qaraca” məzarlığında dəfn olunub. O, hələ uşaq olarkən ailəsi bolşeviklərin sıxma-boğmasından, təzyiqlərindən xilas olmaq üçün məcburi şəkildə Türkiyəyə köçməli olur. O zaman Dilşad xanımın ailəsinə bu ölkədə yaşayan dayısı Hüseyin Yanar Qaraca qucaq açır. Beləliklə, 12 yaşında Azərbaycanı tərk edən Dilşad xanım bir daha doğma vətənə qayıda bilmir.

Kommunistlər hakimiyyət başına gəldikdən sonra ailənin başçısını- Dilşad xanımın atası Talıbxan bəyi öldürürlər, bütün mallarını və əmlakını isə müsadirə edirlər. Bundan sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər və Sürəyya dayısı Hüseyn Camal Yanar bəy tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirilir. Dilşad xanım əvvəlcə qızlar kollecində, sonra universitetin fizika fakültəsində təhsil alır. Elmi fəaliyyətinin davamı olaraq nüvə fizikası sahəsində dissertasiya müdafiə edir. O zaman dünyada bu sahədə elmi iş müdafiə edən ilk xanım olur. 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlayır və 1949-cu ildə dissertasiya müdafiə edir, 5 ildən sonra dosent adını alır. 1961-ci ildə İzmirdə Egey Universitetinin professoru olur. Elmi fəaliyyəti boyunca Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.

Dilşad xanım İstanbulla bərabər bir müddət Avropanın elm şəhərlərindən biri sayılan Oksfordda da yaşayır. Bundan əlavə, Avropanın demək olar bütün böyük şəhərlərində elmi simpoziumlarda iştirak edir. Azərbaycan, türk, rus dilləri ilə yanaşı, ingilis, fransız, alman dillərində də sərbəst danışırmış.
“Xalq cəbhəsi” qəzetində bir neçə il bundan əvvəl Dilşad xanım haqda yazılan məqalədə onun 1931-ci ildə böyük Məhəmməd Əmin Rəsulzadə ilə də görüşdüyü qeyd olunur:

“Türkiyə Cümhuriyyəti, Milli Təhsil Nazirliyinin müşaviri Ömər Özcan yazır ki, Dilşad xanım vətəni kiçik yaşlarında tərk etsə də, ona bütün varlığı ilə bağlı insan olub. Dayısı Hüseyn bəy 1929-cu il mayın 28-də Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü münasibəti ilə İstanbuldakı azərbaycanlıların “Odlu Yurd” məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq qatılıb, Azərbaycanın milli bayrağını Azərbaycan istiqlal davasının öndəri Məhəmməd Əmin Rəsulzadəyə təqdim edib. Mayın 30-da axşam “Union France” salonunda keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadənin “Vətən” şeirini oxuyub, Dilşad xanım da Əli Ustanın (təqaüddəki səfir Azər Volkanın atasıdır) “Vətən həsrəti” şeirini rəfiqələri ilə birgə rəqs edərək söyləyib. “Odlu Yurd”da gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi və hər kəsin sevgisini qazandığı yazılır.

1974-cü ildə dünyasını dəyişən Dilşad xanım hər zaman vətən həsrəti ilə yaşayıb. O, daim Azərbaycanla maraqlanar və oradan gələn xəbərlərdən narahatçılığını gizlətməzmiş.

Elmin Nuri


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar