Xəbər lenti
“Həkim olmaq uşaqlıq arzum olub”
İsmayıllı rayonunda özünün yüksək insani və peşəkar keyfiyyəti ilə hörmət qazanan təcrübəli və tanınmış həkim, Rayon Mərkəzi Xəsətəxanasının baş həkiminin müavini Əbdüllətif Maqsudov Manevr.az saytı üçün müsahibə verib.
Təcrübəli tibb mütəxəssisinin fikirlərini sizə təqdim edirik:
- Xalq arasında sizə “el həkimi” deyirlər. Bu adı necə qazanmısız? Yaxşı həkim olmağın sirri nədədir?
- Yaxşı həkim, yaxşı müəllim və yaxud da digər sahələrdə çalışan insanların yaxşı adını qazanması üçün işinin mütəxəssisi olmaq gərəkdir. Yaxşı həkim olmağın bir neçə qızıl qaydaları var, əvvəla gərək həkim savadlı və məsuliyyətli, düzgün, humanist olsun və ən başlıcası, nəfsinə qalib gəlməyi bacaran əsl insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olsun.
Həkimin mütəxəssis kimi formalaşması üçün, onun uzun müddət praktik təcrübəyə malik olması vacibdir. Hər bir həkim eyni zamanda, yaxşı psixoloq olmalıdır. Təcrübədən göründüyü kimi, müxtəlif düşüncəli, müxtəlif xarakterli xəstələr ən müxtəlif problemlərlə həkimə müraciət edirlər. Xəstələrin içərisində əqli-ruhi problemlərdən əziyyət çəkənləri də olur. Bu zaman Həkim xəstənin öz xarakterinə və problemlərinə uyğun onunla, necə deyərlər, “hərə ilə öz dilində” danışmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim vətəninə, xalqına, insanlığa, xidmət etməyi qarşısına məqsəd qoymalıdır.
- Bildiyim qədər ziyalı bir mühitdə böyümüsünüz.
- Bəli, 1956-cı ildə İsmayıllı rayonunun Diyallı kəndində ziyalı ailəsində doğulmuşam. Atam kolxoz sədri işləyirdi, qardaşlarım, bacılarım da ali təhsillidirlər. Böyük qardaşım o vaxtkı Neft-Kimya İnstitutunu bitirib. Kiçik qardaşım Aviasiya Akademiyasında təhsil alıb. Ailəmiz demək olar ki, həkimlərdən ibarətdir. Oğlum və gəlinim də həkimdirlər.
- Həkim olmaq arzunuz haradan yarandı?
-Mənim həkim olmaq hələ uşaqlıq arzum olub. Ona görə də yalnız bu peşənin dalınca getdim. Qaldı ki, həkimlik arzusu məndə haradan formalaşmağına, uşaqlıq dövrümdə kəndimizdə çalışan feldşer Əziz həkim vardı. Bizlərdən kiminsə səhhətində əngəl yaranan kimi Əziz həkimə müraciət edirdik. Mən onun xəstələrə necə can yandırdığını gördükcə bu sahəyə olan marağım və məhəbbətim daha da artırdı. Və mən gələcəkdə həkim olacağıma qərar verdiyimdə cəmi 13-14 yaşım olardı. Həmin vaxtlar Tibb İnstitutuna daxil olmaq çox çətin idi. Mən də 1973-cü ildə Tibb İnstitutuna daxil olmadıqda sənədlərimi Universitetin Biologiya Fakültəsinə verdim və qəbul olundum. Lakin Həkim olmaqda qərarlı idim deyə sənədlərimi geri götürdüm. Bir il müddətinə soyuducu zavodunda çalışdım. İnstituta hazırlaşdığım müddətdə bütün xərclərimi öz qazancım ilə idarə edirdim. Növbəti il Allaha şükürlər olsun ki, mən bu çətinlikləri dəf edərək Diyallı kəndindən ilk Həkim statusu alan məzun oldum.
Deyim ki, Diyallı təhsil sahəsində özünün ənənəsi olan bir kənddir. Məsələn, bizim sinfimizdə oxuyan 25 məzundan 19-u ali məktəbə daxil olmuşdu.
- Siz bir sıra fəxri adlara layiq görülmüsünüz. Aldığınız mükafatları bilmək maraqlı olardı.
-Hamısını saya bilməsəmdə deyə bilərəm ki, mənim gördüyüm işlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Müxtəlif qurumlar tərəfindən “Şəfalı Əllər” diplomuna, “Xalq və Azərbaycan Naminə” Fəxri Diplomu ilə təltif edilmişəm. Həmçinin Rayon İcra Hakimiyyəti və Rayon Səhiyyə şöbəsinin də bir neçə fəxri fərman və diplomlarına layiq görülmüşəm. Bütün verilən dəyərlərə görə dövlətimizin başçısına, Səhiyyə Nazirliyinə və Rayonumuzun başçısına minnətdarlığımı bildirirəm. Bir həkimin ən böyük uğuru onun humanistliyi, doğruluğudur.
- Azərbaycanın bu günkü səhiyyə durumunu necə qiymətləndirirsiniz?
- Uzun illərdir səhiyyədə çalışan biri kimi deyə bilərəm ki, səhiyyəmizin böyük uğurları var. İndi Azərbaycan səhiyyəsi yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə ən son tibbi avadanlıqların və peşəkar həkim kontingentinin səyləri nəticəsində dünyanın ən ağır və riskli sayılan açıq əməliyyatları da artıq ölkəmizdə aparılır. Bölgələrdə, hətta ən ucqar kəndlərdə belə ən müasir avadanlıqlarla təmin edilmiş həkim məntəqələri xidmət göstərir. Bir sözlə, dövlətimiz xalqın sağlamlığına olan xidmətləri dəfələrlə artırıb. Səhiyyə sahəsinə dövlət tərəfindən külli miqdarda vəsait xərclənir. Nəticə etibarı ilə isə inkişaf etmiş Avropa ölkələri ilə müqayisə olunacaq qədər inkişafımız var.
- Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqlar arasında bir sıra xəstliklər geniş yayılıb. Bunlardan ürək-damar sisteminin xəstəliklərini, qan azlığı xəstəliklərini, cırtdanboyluluq, əsəb-sinir xəstəliklərinin adını çəkmək olar.
- Son zamanlar peyvəndlə bağlı ictimayyətdə müxtəlif söhbətlər dolaşır. Buna görə də bir çox valideyn övladının peyvənd olunmasını istəmir. Bu nə dərəcədə düzgündür?
-Peyvənd uzun illərin təcrübəsidir. Peyvənd olunmuş insan yenidən həmin xəstəlikdən əziyyət çəkmir. Dövlətimizin peyvəndin proflaktikası ilə bağlı öz qanunları var. Doğrudur, peyvəndlərin sayı artıb. Amma gəlin razılaşaq ki, xəstəliklərin də sayı artıb. Peyvənd həmin xəstəliklərdən sığorta vasitəsidir. Uşağın gələcək sağlamlığı üçün bir zəmanətdir.
Elnarə Günəş, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar