Xəbər lenti
“TURAN-qara sevdadı, böyük bir hədəf olsa da gerçəkləşməsi mümkün bir ideyadı” -Nazim Muradov
“Turan – dünyəvi və demokratik dəyərlərə, insan haqlarına sayğılı; güclü, ədalətli, haqqaniyyətli, mürəffəh, barış içində yaşamağı hədəfləyən, böyük Rəsulzadənin “insanlara hürriyət, millətlərə istiqlal” arzuladığı bir Türk Dünyasıdır”
Vətəni ölkədən kənarda ləyaqətlə təmsil eləmək mənəviyyat məsələsidir. Qarşımızdakı zəif düşmənin güclü, bir o qədər də həyasızcasına təbliğatının fəsadlarını illərlə çəkən bir millət olaraq bizim xaricdə Vətənini, millətini sevən savadlı insanlara şəxsiyyətlərə ehtiyacımız var. Onları tanımaq, oxucuya təqdim eləməyi özümüzə borc bilib, üzümüzü Kıbrısa tuturuq.
Manevr.az Kıbrıs Lefke Avropa Universitetinin müəllimi, dosent Nazim Muradovun turkustan.info-ya verdiyi müsahibəsini təqdim edir:
– Nazim müəllim, xoş gördük sizi. Vətəndən salam olsun, deyəkmi? Yoxsa siz elə Vətəndəsiniz?
– Salam, Nigar Xanım, xoş gününüz olsun! Bu dəqiqə gündüz olduğu üçün qürbətdəyəm. Hər gecə isə səhərə qədər vətəndə oluram…
-Necəsiniz?
– Şükür Allaha. Yaxşıyam. Əslində yaxşı olmaq da, pis olmaq da görəcəlidir. Yəni şərti və ya nisbi qavramlardır. “Yaxşıyam” deyirəm amma nə qədər mümkünsə o qədər yaxşıyam. Ümumiyyətlə ictimai xoşbəxtlik yoxdursa şəxsi xoşbəxtlik də olmur. Kim qonşudakı yanğına sevinər ki? O qonşu ilə küsülü olsa belə…
– Sizi oxucularımıza öz təqdimatınızda tanıdaq. Olarmı? Kimdir Nazim Muradov?
– Ən çətin sual budur məncə. 49 yaşında, üç uşaq atası bir adamam. Nazim Hikmət demişkən “Səhər işə, axşam evə tələsən mutlu bir adam.”
– Nə gözəl. Nazim müəllim, vətənpərvər olmaq nə deməkdir? Bu zatdanmı gəlir ya sonradanmı qazanılır?
– Vətənpərvər olmaq vətəni heç bir təmənna güdmədən sevməkdir, onun “hər daşına üz qoya bilmək”dir. Vətən daşından vətəndaşına qədər sahib çıxmaqdır. Vətəni ruhunda, damarlarında hiss etməkdir. Günlərcə çıxara bilmədiyi ayaqqabısının içində dərisi getmiş əsgər ayağını qucaqlayıb öpə bilmək, üç rəngli bayrağın altında rüşvət alan harınlamış bir məmura həddini bildirə bilməkdir. Bu mənada vətənpərvər varsa nə mutlu bizə. Məncə yurdsevərlik (vətənsevərlik) də əsalət kimi daha çox soydan gələn bir şeydir. Amma bu dəyəri örnək və rol model olmaqla artırmaq, gücləndirmək mümkündür. Bu, haqqaniyyət, ədalət, dürüstlük, ləyaqət (layiq olma) qavramlarını ən ali mərtəbələrə ucaltmaqla mümkündür. Atın önünə ət, itin önünə ot qoymaqla deyil.
– Uçqun və Qaçqından nə xəbər?
– Sağ olun, onları soruşduğunuz üçün. Onlar bizim gözümüzün işığı, ilham qaynağımızdır. Bilməyənlər üçün deyək ki, Uçqun ilə Qaçqın iki il əvvəl buradakı pəncərəmizdə bir cüt qaranquşun qurduğu yuvada yumurtadan çıxan, dünyaya gələn iki qaranquş balasıdır. Onlar artıq ata-ana hətta nənə-baba olublar. Yenə buradadırlar, nəsillərini artırırlar. “İlham qaynağımızdır” dedik; keçən ilin sonlarına doğru gözəl şairimiz Ramiz Qusarçaylının “Bu il qaranquşlar Yəmənə uçmaz” şeirini oxuyub eyni adlı bir yazı da yazmışdım. O yazı Bakıda çıxan USTAD jurnalının Dekabr 2016 (8-ci) nömrəsində çap olundu. Ordan oxuya bilərsiniz. Ana və ataları Uçqun ilə Qaçqına yem gətirəndə onlar ağızlarını elə açırdılar, dimdiklərini elə yuvarlaqlaşdırırdılar ki, sanki Azərbaycanın himnini oxuyurlar. Professor Saadettin Yıldız bu iki nəfərlik “qaranquş xoru”nun o anını yaxalayıb şəkillərini çəkmiş, mən də o şəkli paylaşmışdım. Nigar xanım, mən “adamlar” tanıyıram ki, nə İstiqlal Marşını, nə Azərbaycan Himnini oxumaq istəmir, bunu özlərinə ar bilirlər. Çünki bu milli marşlar onlara xitab etmir. Onlar özlərini bu marşlardakı dəyərlərə, marşlardaki dəyərləri də özlərinə aid hesab etmirlər, edə bilmirlər. Əslində aid də deyillər, sadəcə masqalanıb, buqələmun kimi rəng dəyişdirib “yaşayırlar”. Məncə himnimizi “oxuyan” Uçqun ilə Qaçqın o nankor “insancıqlar”dan milyon dəfə daha dəyərlidir. Siz Uçqun ilə Qaçqından söz açmışkən Kırım Türklərinin Bolşeviklər tərəfindən öldürülüb cəsədi Qaradənizə atılan böyük lideri Noman Çələbicahanın (1885-1918) “Karılgaçlar Duası” (“Qaranquşlar Duası”) adlı gözəl bir hekayəsi yadıma düşdü. Kırım Türklərinin milli marşı “Ant etkenmen”in də yazarı olan Noman Çələbicihan təhsilin önəmini vurğuladığı bu hekayəsində daha o 14 yaşında ikən Kırımdakı məktəblərinin damında yuva quran, bala çıxaran qaranquşları özlərinə örnək aldıqlarını, onları saatlarca həsədlə izlədiklərini…, onların dualarını (türkülərini) eşitmək üçün gecə-gündüz gözlədiklərini yazır. Artıq “Yəmənə uçmayan qaranquşlar”ın hər günü ölüm və qan dolu dünyasında yaşadığımız üçün Uçqun və Qaçqının və nəvə-nəticələrinin taleyindən nigâranam doğrusu…
– Turan sizin üçün nədir? Ya da kimdirmi deməliydim?
– TURAN bir qızılalmadır, qara sevdadır əslində. Böyük bir hədəf olsa da gerçəkləşməsi mümkün bir ideyadır. Çünki siyasi və coğrafi deyil, daha çox kültürəl bir dəyərdir. Qaspıralı İsmail Bəyin “Dildə, Fikirdə, İşdə Birlik!” ideyası reallaşsaydı bu hədəfə daha yaxın olardıq. Turan – dünyəvi və demokratik dəyərlərə, insan haqlarına sayğılı; güclü, ədalətli, haqqaniyyətli, mürəffəh, barış içində yaşamağı hədəfləyən, böyük Rəsulzadənin “insanlara hürriyət, millətlərə istiqlal” arzuladığı bir Türk Dünyasıdır. Anarın Ağ Qoç – Qara Qoç romanında Turanın kiçik bir model-təsviri var. Hər şey öz əlimizdədir əslində, Ağ Qoçun üstündə duruş gətirə bilsək, o bizi Qara Qoçun belinə ata bilməsə Turana – işıqlı dünyaya çata bilərik. Turan – qadınımı Ana, məni Ata edən; Altay adlı qardaşının, Asya adlı bacısının abisi olan ilk övladımız, böyük oğlumuzdur.
– Allah saxlasın. Nazim müəllim, Biz 26 İyun Silahlı Qüvvələr Gününü qeyd edib, Mətbuat Gününə doğru addımlayırıq. Ümumiyyətlə Azərbaycanın xüsusi günlərindən hansı sizə daha doğmadır?
– Doğrusu təqvim adamı deyiləm, amma ata-babalarımızın “yoxdan var etdikləri”, vətənə və millətə qazandırdıqları dəyərləri qorumaq, yaşatmaq, ucaltmaq borcumuzdur. 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü 1918-ci ilin 26 İyun günü Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Milli Ordusunun qurulması haqqındakı rəsmi qərarın imzalandığı və yayımlandığı gündür. “Torpağı vətən edə bilmək” üçün o “torpaq uğrunda ölən” olmalıdır. Vətən şəhidləri isə daha çox ordu mənsubları arasından seçilən seçkin qardaşlarımızdır. “Ordun varsa, yurdun var!” bu mənada doğru sözdür. O ordu üçün iki əsgər də biz böyüdürük. Böyük Yaradan bütün əsgərlərimizi qorusun! 22 İyul 1875 – böyük Həsənbəy Məlikzadə Zərdabinin uzun zəhmətlər sonucu çıxara bildiyi ƏKİNÇİ qəzetinin – milli mətbuatımızın ilk qaranquşunun dünyaya gəldiyi gündür. Mətbuat “ən uzun yüzyıl” olan 19-cu əsrin modernləşmə adına atdığı ən böyük addımlardan biridir. Bəzilərinə görə “Əkinçi”dən “peyin qoxusu gəlsə” də bizə görə o “peyin qoxulu Əkinçi” bu günkü satılıq qələmlərlə dolu bir çox mətbuat orqanından qat-qat daha təmiz havalı, daha dəyərlidir. Zərdabinin “Əkinçi”ni çıxarmaq üçün çəkdiyi əziyyətlərin, keçirdiyi məşəqqətli günlərin qısa özətini onun vəfatından bir il öncə qələmə aldığı, Həyat qəzetinin 28 dekabr 1905 tarixli 129-cu və 2 yanvar 1906 tarixli 3-cü nömrələrində (Әrəb əlifbasıyla) çap olunan “Rusiya’da Әvvəlinci Türk Qəzetəsi” adlı yazıdan oxumaq olar… Zərdabiyə ən böyük dəyər verən isə –həm sağlığında, həm də vəfatından sonra – onu “Şeyhülmuharrirîn” (Jurnalistlərin Şeyxi) adlandıran, sağlığında şərəfinə, vəfatından sonra isə xatirəsinə xütbələr oxutduran Qaspıralı İsmail Bəydir. Allah onların ikisinin də məkanını Cənnət eləsin! Hər bir normal Azərbaycan vətəndaşı üçün doğma olan günlər mənim üçün də unudulmazdır: 20 Yanvar (1990, Bakıda qətliam günü), 26 Fevral (1992, Xocalı soyqırımı günü), 21 Mart (Novruz bayramı), 31 Mart (1918, Azərbaycanlıların Soyqırımı günü), 28 May (AXC-nin qurulduğu gün), 26 İyin (1918, Azərbaycan Milli Ordusu günü), 22 iyul (1875) – Milli Mətbuat Günü, 18 Oktyabr (1992) – Müstəqillik günü, 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəylik günü)… Ən doğma gün isə 99 yaşlı milli ordumuzun ermənilərə qapdırdığımız torpaqları geri alıb tarixi ədaləti bərpa edəcəyi, düşmən üzərində qələbə çalacağı gün olacaq! İnşallah bu unudulmaz gün də ən gec ordumuzun 100 illiyində olar.
– Medya ilə aranız necədir?
– Normal. Nə çox yaxşı, nə də çox pis. Satılıq qələmləri isə oxumuram.
– Nazim bəy, ölkədən xaricdəki vəziyyət sizi qane edirmi? Buradan ora oxumağa gedən gənclərin bilik səviyyəsi necədir?
– Sualınızın birinci hissəsi tam açıq deyil. Əgər “ölkənin xaricdən görünən vəziyyəti”ni soruşursunuzsa bunu deyə bilərəm: Ümumi vəziyyət nə iqtidar mətbuatının yazdığı kimi çox əladır, nə də müxalifət mətbuatının yazdığı kimi çox pis. İki tərəfin də daha obyektiv olmasına ehtiyac var. Dövlətin demokratiyadan daha önəmli olduğunu qəbul edirik, amma bu məqbuliyyətdən sui-istifadə edilməməlidir. Bilik səviyyəsi ilə qürur duyduğumuz Azərbaycanlıların sayı təəssüf ki çox azdır.
-“Qəndəyin qaşına səvər, şüvəyə küyül dolanda ağzına cımbız qımzırla…” Açması nədir bu misranın?
– Özəlliklə Azərbaycanın quzeybatı torpaqlarında bu gün də unudulmayan dilə aid bir cümlə örnəyidir. Anarın Dədə Qorqud Dünyası adlı yazısından yadımda qalıb. Bugünkü qarşılığını oradan oxuya bilərsiniz…
– Nədənsə mənə elə gəlir ki, sizin daxili aləminizdə bir təlatüm var amma onu dərin səsslizliyinizdə gizlədirsiniz. Həyata ironiya ilə baxan bir tövrünüz var. Ya da mən səhv görürəm.
– Yaşın və qürbətin təsiri ola bilər. Həyat dediyiniz şey zaman və məkan müstəvisində gerçəkləşən və əslində qeyri-fəal olan bir sürəcdir. İnsan isə bu iki müstəvidə də aktiv olmağa çalışan passiv bir varlıqdır. İlk yazılı qaynaqlarımızdan olan Orxun-Yenisey abidələrindən biri olan Kül Tigin yazıtında Bilgə Kağan kiçik qardaşı Kül Tiginin xatirəsinə ucaltdığı abidədə “Öd tengri yaşar. Kişi oglı kop ölgeli törümiş.” (“Zamanı Tanrı yaşar! İnsanoğlu hep ölmek için türemiş.”) deyə qısa və öz cümlələr var. Ulu kitablarımızdan biri olan Kutadgu Biligdəki maraqlı və ölməz Balasagunlu Yusuf Has Hacib misralarından ikisi zamanla əlaqəlidir, deyir ki: Ölügli kişi barça ödke tutuġ (Ölümlü kişilerin hamısı zamana əsirdir). Yetilse ödi kör mañıtmaz butuġ (Zamanı gəlincə addım attırmaz). İbn Haldun isə məkan (coğrafiya) haqqındakı məşhur fikrində coğrafiyanı (məkanı) alın yazısı hesab edir. Həyata ironik baxış isə Dədə Qorquddan gəlir “Hanı dediyin bəy ərənlər / Dünya mənim deyənlər…” sözünü xatırlayın… Biz kimiz ki, tavır takınalım, bacım?!
-Mən bu sualı Azərbaycandan kənarda yaşayan bütün həmvətənlərimə verirəm, sizcə diaspor necə işləyir? Biz yetərincə təmsil olunuruqmu?
– Mən bu gün bir diaspora fəalı olmasam da ən az iyirmi ildən bəri Azərbaycandan kənarda yaşayan bir şəxs kimi çox passiv də olmadığımı düşünürəm. Diasporanın bu illər ərzindəki fəaliyyətini isə çox enerji sərf etməsinə baxmayaraq qol vura bilməyən və sahədən qalib ayrılmayan bir futbol komandasının oyununa bənzətmək olar.
– İndi isə keçək bədii hissəyə. Ölkədən uzaqda ən çox nəyin qoxusu gəlir burnunuza? Həsrətiniz kimə və nəyədir? Oralarda Turan elinin yovşanı varmı?
– Anamın qəbrinin, uşaqlığımın keçdiyi yerlərin, doğulduğum evin, həyətin, tez-tez yuxularıma girən yerlərin… Rəhmətlik Akif Səməd “A bəxtəvər, elə bilmə yadam mən Akif Səmədə” misralarıyla başlayan məşhur şeirini belə bitirirdi:
Anam məni daş doğmadı,
Gözlərimdə yaş doğmadı.
Ağac yaxın, daş doğmadı,
Adamdan Akif Səmədə…
Təbii ki, başda atam, bacı-qardaşlarım, onların balaları, müəllimlərim, uşaqlıq və gənclik dostlarım, qonşularım, qohumlarım, ellilərim olmaqla “doğma və yad adamlar”ın hamısı üçün darıxıram. Amma yaş keçdikcə, səninlə eyni dili danışan hal əhli insanların sayı azaldıqca dağ-daş, ev-divar, həyət-baca, ağaç-budaq səni daha çox anlayır və sənə daha çox şey deyir. Doğma həyət-bacanı gəzərkən ananın abad qoyub-getdiyi təndiri bərbad görüncə, həyət-bacanın ot-ələfini, xəzəl-yarpağını təndirin odluğuna doldurulmuş görüncə orada yerə çöküb hönkür-hönkür ağlamamaq mümkün deyildi… Yovşan demişkən… Bir dəfə vətənə səfərlərimin birində dağda-daşda, çayda-bərədə oturmaqdan əzilib-qırışan paltarımı ata-ana ocağına mənim kimi qonaq gələn bacım ütüləmək istədi. Razılaşdım. Əynimi dəyişdirib qırış şalvarımı bacıma verdim. Bir az sonra onun ağladığını gördüm. Sən demə qırış şalvarın cibində iyini ciyərlərimə çəkmək üçün qopardığım bir dəstə yovşan varmış. Buralarda yovşan yoxdur, amma adı fərqli olsa da keşniş var…
– Bu əhvalatdan sonra məndə deməyə söz qalmadı. Bəs siz? Cavablamaq istədiyiniz suallar varmı?
– Suallar bitməz əslində… Sağlıq olsun.
Nigar İSFƏNDİYAR

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar