Xəbər lenti
"...O yorğun qolları ilə sevimli dostuna sarılır" -FOTOLAR
Hələ uzun illər əvvəl tanıdığın (aktyor kimi mavi ekrandan) insanın sənin üçün yeni xüsusiyyətləri üzə çıxırsa həmin adam sənə daha da maraqlı gəlir.
Üstəlik, bu xüsusiyyətlər müsbət müstəvidə canlanırsa, nə xoşbəxt sənin halına… Həmin xoşbəxtliyin ləzzətini heç nədən ala bilmirsən. Bir neçə gün əvvəl, elə deyək müsəlmanın o günü, sosial şəbəkələrin birində hər zaman aktyor kimi gördüyüm əməkdar artist Vidadi Həsənovu şair kimi də tanıdım. Əslində rolları həmişə diqqətimi cəlb edirdi. Ancaq şeirlərini daha da diqqətlə dinlədim. Hər dinlədikcə içimdəki peşmanlıq hissi üzümə “şillə vururdu”. Aktyor-şairi dinləyəndə çox təəssüf etdim ki, niyə mən bu insanın poetik tərəfini daha əvvəl tanımamışam. “Şair olmaq istəmirəm” desə də aktyorun şeirləri dəyərli şairlərin şeirlərindən heç də geri qalmır. Özü deyir ki, “İndi şairləri dilindən soyurlar, Dabanımın nə vecinə”. İlk olaraq hər kəsin ağlına Nəsimin edam səhnəsi gəlir. Doğrudur, elədir. Ancaq, bu, məsəlinin görünən tərəfidir. Bəs misraların alt qatı…? İndi deyəcəksiniz ki, onu şair yazıbsa bizdən daha yaxşı özü anlayır. Ancaq bir məqam da var- Vidadi müəllim anlayaraq yazdığını oxucuya-bizə anlatmaq istəyir . Bizi də düşüncədən qısır etmir. Həmişə elə düşünürdüm ki, bu aktyor danışan kimi səsi ətrafı bürüyəcək. Ancaq sakit bir səslə danışmağı bütün fikrimi çilikləyirdi.
Zahirən zəhmli görkəmi olan bu aktyorun xırıltılı səsindəki mərhmət hissi SÖZə hopur. Hələ aktyorun bir “dost”u da var. Boş vaxt tapan kimi yorğun qolları ilə sevimli gitarasına sarılır. İlləri o gitara ilə xatırlayır, olanları o gitara ilə unudur və bəzən də yaşamaq həvəsini həvəslə ifa etdiyi o musiqi parçalarından alır. Müsahibələrinin birində bədii rəhbəri olduğu “M-teatr” haqqında danışanda belə bir söz demişdi: “qarın da süfrə deyil ki, hər kəsə açasan”. Ancaq düşünürəm ki, istedadlı aktyor təkcə “M-teatr”la bağlı məsələlərə görə deyil, həm də bu günümüzün kino və teatr sənətinə görə “süfrəsini heç kəsə açmır”. Kimə açsın axı?! Atalar demiş, kor-kor gör-gör. Kimdən kimə şikayət etsin?! Bəzən düşünürəm ki, mükəmməl istedada malik olan bu aktyoru nə vaxta qədər “Adil”, “Musa” və ya “Yavər” kimi xatırlamalıyıq?! Axı hər ay bir serial çəkildiyi bir ölkədə Vidadi Həsənov kimi aktyoru niyə 2-3 ildən bir kinolarda görməliyik?!
Bilirəm indi hamınız üstümə hücum edəcəksiniz ki, Vidadi Həsənov teatrda kifayət qədər yaxşı rollar ifa edir. Bilirəm, dostlar, vallah bilirəm. Bəs kino?! Son zamanlar doğrudanmı rejissorlar Vidadi Həsənov kimi aktyoru görə bilmir?! İnanmıram ki, rejissorlarımız bu cür istedadlı aktyoru görməzdən gələcək qədər istedadsız olsunlar. Əgər belədirsə, demək aktyorun heç kəsə “süfrə açmamağı” haqlı yerə imiş! Əziz rejissorlar, sizi deyə bilmərəm, ancaq mən Vidadi Həsənovu şair kimi gec tanıdğım üçün həmişə ondan utanıram. İndi deyəcəksiniz ki, zalım qızı, rejissorlar onu lap əvvəldən tanıyıblar. Onu da bilirəm, cənablar. Ancaq nədənsə indi “bu tərəfə” baxmaq istəmirlər. Rejissorların adından danışa bilmərəm. Ancaq öz adımdan deyirəm ki, bağışlayın Vidadi müəllim.
Əntiqə Səməndər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar