Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu üçün çağırılan təcili yardım gec gəldi... "və gecədir, heç nə də edə bilmirəm..."

Tarix: 12-07-2017 18:28     Baxış: 3961 A- / A+
Manevr.az Emil RASİMOĞLUnun gənc yazar Çinarə ÖMRAYla apardığı bir nəfəslik dialoqu təqdim edir:

Emil Rasimoğlu üçün çağırılan təcili yardım gec gəldi...
- "Salam, Çinarə, necəsən? " ifadəsi ilk dəfə bir səsdə səni kövrəldib. Hansı səsdi o?

- Emil, bəzən həyatda yaşadıqların yaşından böyük olar. Yorulmaq deməzdim sadəcə olaraq çökərsən.
Çiyinlərin də sənə dil deyib ağlıya. Tam da bu an bir səs gələ “Salam. Necəsən Çinarə? ”. Tanımadığın səs. Körpə uşaq kimi sığınasan o səsə. Sahibini tanımadan, kimliyini bilmədən səsin əlindən tutub gedəsən taa uzaqlara. Bəzən
ehtiyacın olan o kəlmə və o səsə olur. Bəzən tanımadan, bilmədən də güvənmək olur…

- Orta məktəbdə oxuyarkən danışdığın bir yalan olub. Nədir o?

- Uşaqlıqdan balaca bir ayıcığım var idi. Onsuz yata bilmirdim. Məndən
olsa məktəbə belə onu özümlə aparardım. Bir dəfə 4,5-ci sinifdə oxuyurdum. Sinifdə söhbət edirdik. Təbii ki, uşaq ağlı. Hər birimizin içində həmən bir böyümək istəyi var idi.
"Kim hansi əşyani sevir "və ya" kimhansi filmi izləyir " kimi suallar verirdik. Əksərimiz böyük görsənə bilmək üçün tam fərqli-fərqli şeylər deyirdik. Mən həmən gün ayıcığımı gizlətmişdim. Onu nə qədər sevsəm də, istəsəm də həmən gün gizlətmişdim. Bəlkə də böyüməyimi belə görsətmək istəmirdim, uşaqlar ayıcıqla yatdığımı bilsələr mənə balaca kimi baxarlar deyə gizlətmişdim. Ilk o gün qarşımdakılara gözə içimdəki hisslərimdən imtina etmişdim.
İçimdə gizlətmişdim, saxta olmuşdum.

- Fərəcin "putkası"nın taleyi necə oldu?

- Nənəmlə babamın taleyi kimi. Hamısı köçdülər bu dünyadan..

- Həyatda özünə bağışlaya bilmədiyin bir günahın var. Nədən etmisən o günahı?

- Ay Emil, bir anlıq özümü müttəhim kürsüsündə hiss etdim e.. (gülür)

- Bir dəfə kitabını yandırmaq istəmisən. Niyə ?

- Adam olan şeyi yandırar (gülür)

- Bir zaman ölümlə üz-üzə gəlmisən . Nə üçün ?

- Xəstəliyimlə əlaqədar. Şükür yavaş- yavaş sovuşur o da.

- "O"ndan necə xəbərin var?

- Salamı var sizə (gülür)


- Bir dəfə özünü öldürmək istəmisən. Niyə ki ?

- O qədər aciz birisi deyiləm həyat qarşısında. Ölüm aciz və zəif adamların döyəcəyi qapıdır!

- Yazmaq istədiyin ancaq yaza bilmədiyin bir mövzu var.Nədir ki,o ?

- “ Görəsən ölülər də darıxır? ”

- Niyə həmişə ürəyini "günahkar" adlandırırsan ?

- Bir zaman ürəyim münbit torpaqdır demişdim. Təbiətimə güvənmişdim. Sonra baxdım ki, qurd yeyəni, danadişi aparanı, hinduşqa tapdaliyanı, quş dimdikliyəni, yığım zamanı gələndə ortaya zeif bir barçıxmışdı. Demək ki, insan heç öz ürəyinə belə güvənib danışmamalıdır.

- Başına gələn bir hadisə var ki, hələ də heç kimə danışmırsan. Niyə ?

- Mən bölüşüb danışan birisi deyiləm. O üzdən də başıma gələnlər elə məndə də qalır. Tək
səbəbi budur.

- Özünə heyatda nə söz vermisən?

- Hələ özümə sıra gəlməyib.

- Qələm yoldaşlarının biri ilə maraqlı bir əhvalat gəlib başına. Necə baş verib ki?

- Mənim bir qaqaşım var, adı Emil Rasimoğludu. Bir dəfə mənə zəng elədi ki, bəs halım pisdi -ürəyim məni narahat edir. Çox ağrıyıram. Mən Sumqaytda, o Bakıda. Məsafə uzaq. Və gecədir, deyə heç nə də edə bilmirəm. Bir həkim
dostum var, ona telefon açdım, ağrıları, əlamətləri dedim. O da dedi ki, ciddi heç nə yoxdu. Sadəcə çalışsın fikirin dağıtsın, keçəcək. Emil də maşallah canını o qədər çox istəyir ki, onun fikrin dağıtmaq olar? Birdən Emilə zəng edib dedim ki “Qaqa, bəs təcili yardıma zəng vurmuşam, gəlir sizə”. Emil indi ağrını unudub telefonda mənə yalvarır ki, yenidən zəng elə denən ki, gəlməsin. Yaxşıyam. 5 dəqiqənin içində Emil mənə 30 dəfə zəng elədi. Dedim mümkün deyil, artıq çıxıb təcili yardım gəlir. Və Emil bütün ağrını, acını unudub yaşadığı binanın həyətində gəzib, təcili yardımı gözləyib ki, gəlsə geri qaytarsın. Mən də yuxu tutub yatmışam. Bir də zəngə ayıldım ki, səhər saat 5:00-dı və Emil deyir ki, “Ay Çiniş, axı mən həyətdə dondum soyuqdan. Bunlar gəlmir ki, yola salam
getsinlər.” (gülür)

- Soruşmadığım bir söz qaldı. Nədir ki o?

- Son deyə bir şey yoxdu. Hər zaman nəyinsə qalması normal haldı. Üzülmə. (gülür)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar